ANA SƏHİFƏ / YAZARLAR

«OLUM!» «ÖLÜMÜ»ü YIXDI

Əbülfət MƏDƏTOĞLU

43758    |   2015-04-03 17:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaşanan bir günün mənzərəsi

Bu hisslər yəqin ki, sizlərə də tanışdı. Ən azından həkim, xəstəxana, ümumiyyətlə səhiyyə ilə bağlı anlayışı, təması olan hər kəs mənim indi söyləyəcəklərimi yaşamamış deyil. Özü də bu hisslər bu və ya digər şəkildə bütün adamlarda təkrarlanır. Maraqlı burasıdır ki, həmin hissləri bəzilərimiz etiraf edirik, bəzilərimiz dişimizi dişimizə sıxıb qarşılayırıq, bəzilərimiz isə onun xofundan uzun müddət çıxa bilmirik. Və bütün bunlar da bir kompleks təşkil edir: həkim-xəstə kompleksi. Xəstə o vaxt rahat, dözümlü, lap elə bir az da köntöy desəm, özünü qalib sayır ki, onda həkimə inamı olur, həkim özünü sevdirə bilir. Deməli, inam və sevgi həkimi və xəstəni bir araya gətirib onları çiyinlərindəki yükün altından çıxarır. Necə ki…

Bəli, o ana qədər eşitdiklərim, oxuduqlarım, hətta dost-tanışı ziyarət edib şahidi olduğum proseslərin hamısı mənə bir xəyal kimi gəlirdi, yuxu kimi görünürdü. Açığını etiraf edim ki, məhz o məşhur bir deyimdə söylənildiyi kimi, özüm bu prosesin içərisinə qatılanda həmin o xəyal, o yuxu bütünlüklə dəyişildi, gerçək ortaya çıxdı və mən bir gerçəyin daşıyıcısına çevrildim, onu yaşadım…

Həmin gün ömrümün, həyatımın silinməyəcək, unudulmayacaq bir səhifəsidir. Elə bir səhifə ki, mən yaşamla ölümün, həyatla onu itirməyin sərhəddində dayanmışdım. Hətta məni bu məqamda müşahidə edən doğmalar belə bütün içimi, bütün duyğularımı görüb oxuya bilmirdilər. O qədər öz içimdə yüklənmişdim ki, o yük məni əməlli-başlı sıxmışdı. Elə sıxmışdı ki, iç dünyamın kitabının səhifələrini çeivrmək mümkün deyildi. Bircə Allah xofu, Allah sevgisi, Allaha bağlılıq və bir də itirmək istəmədiklərimin gözlərimin axtardığı çöhrələri həmin an mənə ümidə bənzər nə isə verirdi. O, bütünlüklə ümid deyildi, təqribən onun yarısı idi. Və mən bu yarı ümidlə növbəmi gözləyirdim… Əməliyyat öncəsi növbəmi. Bir etirafı gizlədə bilmirəm. Ola bilsin ki, bu etirafım dostlardan, doğmalardan kimlərəsə toxunsun. Amma yeri gələndə deyilməli olanı deməmək, onu başqa bir zamana saxlamaq mənim əxlaqıma, dünya görüşünə görə yalnış yanaşmadı. Odur ki, mən də məhz həmin o anda hiss etdiyimi və mənə doğrudan doğruya ağır təsir bağışlayan bir fikri dilə gətirmək istəyirəm. Deməli, məndən öncə əməliyyat otağına götürülən bir insanın ətrafına yalan olmasın 25-30 nəfər adam toplaşmışdı. Övladları, dostları, doğmaları… Və üstəlik də bu adamın mobil telefonu susmurdu. Hər kəs arayıb-axtarır, hər kəs möhkəm olmasını və şəfa diləyirdi. İndi təsəvvür edin ki, xəstəxana otağından əməliyyat otağına keçməyə hər an hazır olan bir insanla mən yanaşı çarpayıda uzanıb növbəmi gözləyirəm. Və mənim telefonum da susur, ətrafımda da bir kimsə yox. Bunun insana necə təsir etdiyini, bunun nə demək olduğunu söyləmək mənə çox çətindi. Və mən bu çətinliyi həyatımın, yaşamımın bir növü mövcud olmağını hardasa qiyməti, dəyəri kimi gördüm. Deməli, hardasa mən yalnız ehtiyac duyulanda sən demə yada düşürmüşəm – dostların, doğmaların yadına… Nə isə…

Bax, həmin o məqamı indinin özündə də xatırlayanda özümdən asılı olmadan həm kövrəlirəm, həm də şükr edirəm. Ona görə şükr edirəm ki, o məqamda mənim güvəndiyim Allahım və güvəndiyim tək buraxmadı. Deməli, mən kiminsə yadındayam. Yadında olduğum yanımda idi! Bir qəribə nüans da söyləyim. Özümlə birlikdə götürdüyüm dəftər-qələmim, bir də eynəyim köməyimə çatdı orda. Bunu da öncədən tədarük etmişdim. Bir atalar sözündə deyildiyi kimi, şəri düşünüb xeyirə qovuşmaq üçün götürmüşdüm onları. Son anda ağlıma gələni, ürəyimdə olanları yazıb yastığın altına qoymaq üçün. Nə bilmək olar… Bax, beləcə əməliyyat növbəmi gözləmişdim. Onda yazdığım misralar əyri-üyrü olsa da, amma ürəyimin səsi idi.

Əməliyyatdan öncə

şəkil çəkdirmək

qara lent almaq

və onları

dostlar üçün

əl altında saxlamaq

istəyimi

gerkəç etdim.

Bunu

tədbirli olduğum üçün deyil

sadəcə,

dostlarıma qəfil problem

çıxarmamaq

və onların sinəsindən

son kərə

özlərinə,

gözlərinə

özlərindən baxmaq

arzumdan etdim.

***

Məndən öncəki xəstə əməliyyat otağından geri qaytarıldı. Gözucu baxdım. Üz-gözünün rəngi bəmbəyaz idi. Dodağının qanı da qaçmışdı. Amma bir kəlməsindən hiss etdirməyə çalışırdı ki, burda qorxulu bir şey yoxdu. Düzünü deyim ki, onun bu jesti mənə bir az toxtaqlıq verdi. Adətən kimsə ufuldayanda, sızıldayanda, hay-küylə ağrıdığını dilə gətirəndə ətrafdakılara da müəyyən qədər psixoloji təsir edir. Görünür, məndən öncə əməliyyat olunmuş bu insan həyat təcrübəsinə malik idi. Ona görə də heç nəyi büruzə vermədi. Sadəcə dedi ki, qorxulu bir şey yoxdu. Elə bu sözün təsiri altında mənə yaxınlaşan tibb işçiləri gətirdikləri xərəyi çarpayının yanında saxladılar və təbəssümlə:

- Buyurun, gedək! – dedilər.

Üzüyola uşaq kimi heç nə demədən xərəyə uzandım. Ardımca gələn bu ağxalatlılar məni gözlərimin axtardıqlarından ayırıb apardı. Bir azdan vurulmuş iynənin təsiri altında başımın üzərindəki ekranda ürəyimi gördüm. Onun içərisindəki saçaqlar yadıma qocaman bir ağacı saldı. İlahi, insanın ürəyindəki damarlar nə qədər saysız-hesabsız və nə qədər də bir-birinə dolaşmadan öz işini görürmüş. Mən ürəyi bu qədər yaxından görməmişdim. Daha doğrusu, ürəyin içini bu qədər yaxından seyr etməmişdim. Çox diqqət yetirdim. Səni axtardım onun içində… dostları axtardım… və bir anlıq sağ tərəfimdə dayanıb hansısa tibbi prosesləri yerinə yetirən həkimin gözlərini görmək istədim. Bəlkə də həyatımda ilk dəfə onda gözlərdən, baxışlardan qorxub çəkindim. Çünki yalnız Allahın bildiyi, Allahın gördüyü bir məqamı həkimin görəcəyindən qorxdum. Elə bildim ki, ürəyimin içindəki səni o da görəcək. Amma şükürlər olsun ki, Allahın gördüyünü o görə bilmədi. Əgər görsəydi, ən azından bir eyham vurardu, ya da gördüsə də, özünü ağayana apardı, büruzə vermədi. Hər halda mən rahat oldum. Çünki səni kiminsə görməsini heç vaxt istəməmişəm. Ən azından ona görə ki, sən həm ümidsən, həm güvəncsən, həm şeirsən, həm yaşamsan, həm də elə mənim özümsən. Deməli, bu əməliyyatdan ikimiz birlikdə çıxırdıq. Necə deyərlər, xeyirlisi-uğurlusu nədisə və bir də taleyimizə nə yazılıbdısa onu yaşadıq və yəqin ki, bundan sonra da yaşayacağıq…

Mənim hesabımla 40-45 dəqiqə çəkən bu prosesdən sonra yenidən xərək arabada məni palataya qaytardılar. Artıq bu dəfə tibb işçiləri əllərinin üstündə məni yatağa uzatdılar. Tərpənməməyi təkrar-təkrar tapşıran həkim uzandığım vəziyyətdə ən azı 6 saat qalmalı olduğumu söylədi. Məndən sonra əməliyyata alınacaq xəstə üzümə baxdı. Mexaniki olaraq mən özümdən öncə mənə söylənilən fikri, yəni sözləri təkrar etdim:

- Qorxmayın, qorxmalı bir şey yoxdu.

Həmin xəstə də eynən mənim kimi əməliyyat otağına aparıldı. Mən isə dediyim sözün ona hansı təsir etdiyini, ona ümid verib-vermədiyini bilmədim. Çünki qorxulu olmasa da, ağrılı bir proses idi. Və yavaş-yavaş güclənən ağrı məni uzanan vəziyyətdə dayanmağa qoymurdu. Odur ki, özümü unudub həkimin qadağasına baxmayaraq çabaladım. Yanımdakı xəstənin etiraz səsini eşidən tibb işçiləri dərhal mənə yaxınlaşdılar. Qanaxma baş vermişdi. Təkrar əməliyyat otağı, təkrar müdaxilələr və indi həkimin bir az qəzəbli və sərt tapşırığı:

- Günahkar özünüzsünüz. İndi daha 6 saat da uzanası olacaqsınız. Deməli, üst-üstə 12 saat kürəyimlə çarpayını isidə-isidə bu ağrılara dözməli idim. Buna dözmək o qədər də asan deyildi. Yavaşca yanımdakı tibb işçisindən xahiş etdim ki, yastığımın altındakı qələm-dəftəri və bir də pəncərə önünə qoyduğum eynəyi mənə versin. Başını bulayıb bir söz deməyən tibb işçisi istəyimi yerinə yetirdi. Mən onun nəyə işarə vurduğunu anlasam da, yazmaya bilməzdim.

Ağız dolusu təriflədilər

birnəfəsə

təqdim etdilər

öz işində

uzmandı! – dedilər.

mən də

bütün eşidənlər də

inandı…

düşündüm

bu ki,

böyük loğmandı

deməli,

ürəyimin içini görəcək!..

məni

o anadək

yaşamadığım

bir həyəcan

göz görəti

əsir aldı

əlim

ürəyimin üstə qaldı…

qorxdum ki,

Allahdan başqa

kimsənin

görmədiyi,

bilmədiyi

səni nəhayət ki,

o görəcək

və məni

sevməyəni

ürəyimdə yaşatdığımı

ağrı sayacaq

hər kəs də

dərdimin tapıldığına

inanacaq…

Amma

bu uzman,

bu loğman

dörd tərəfdən

baxıb

ürəyimin şəklini çəkib

axırda başını buladı

və yerindən qalxdı

çıxa bilərsən! – deyib

növbəti xəstəni

içəri çağırdı.

düşündüm ki,

Əli Kərim demiş,

vəziyyət ağırdı

amma

əlimdəki reseptdən

ordan üzümə

bir söz baxırdı:

- Dəli!!!

***

İnsan öncə öz doğulduğu yerdə, öz ocağında güclü olur, özünü hər şeyə qadir sayır. Amma doğma ünvandan bir az uzaqda, özü də xəstəxanada olanda elə bil ki, əlindən bütün gücünü, dözümünü, təpərini qeyri-ixtiyari olaraq alırlar. O qədər fağır, o qədər zəif olursan ki, hər şey, hər bir söz, hər bir hərəkət həm səndə qıcıq yaradır, həm də sənə mütləq təsir edir. Hətta başqa birisinin ünvanına deyilən fikir də, başqa birisinə ünvanlanan sərt baxış da hardasa sənin özünə ünvanlanmış, deyilmiş kimi bir iz buraxır. Nə qədər çalışsan da bu sıxıntıdan özünü çıxara bilmirsən. Şəxsən mən həmin o xəstəxana otağındaykən özümü bir adada olduğum kimi hiss edirdim. Doğrudu, həkim də, digər tibb işçiləri də, hətta mənimlə bir palatda yatan xəstə və ona baş çəkməyə gələnlər də mənimlə maraqlanır, kimliyimi, hardan gəldiyimi bilib xüsusi bir sevgi büruzə verirdilər. Etiraf edim ki, bu doğrudan-doğruya qürurverici bir hal idi. Ancaq əvvəldə dediyim kimi, içimdəki o həssas nöqtə məni rahat buraxmırdı. Unudulduğum, yada düşmədiyim, maraq dairəsində olmadığım, bir sözlə, dediyim kimi adada tək, tənha yerlə göy arasında qalmış bir Allah bəndəsinin nələr yaşadığını, nələr duyduğunu mən orda anbaan yaşadım və duydum. Şükr etdiyim bir məqam var idi. O da Allahımın böyüklüyü və məni bu əməliyyata qədər müşayiət edən can dostlarım, ürək parçalarım. Amma neyləyim ki, bu məqamda onlar da qərib idi… onlar da xəstəxananın foyesində mənim yaşadıqlarımı, mənim çəkdiklərimi yaşayır və çəkirdilər.

Bax, bütün bu anlatdıqlarım bəlkə də oxucu üçün o qədər də maraqlı deyil. Mən bu özəl yazımla onları hardasa yükləmiş oluram. Amma gəlin bir-birimizi dürüst anlayaq. Azacıq ruhu, duyğusu olan adamlar içini bölüşməyəndə daha çox ağrıyırlar. Mən də az-çox söz yaza bildiyimdən güvənc yeri olan sizlərlə içimi bölüşürəm və düşünürəm ki, bu ərkimi, bu yanaşmamı normal qarşılayacaqsınız və bu yazı sizi sıxmayacaq. Hər halda, bu bir insanın, bu bir əməliyyat keçirmiş adamın özünə dönüşü kimi bir şeydi. Yəqin ki, mənim özümə dönməyim kimlərinsə haqqını tapdamaq və yaxud da kimlərəsə yük olmaq hesab edilməyəcək. Ən azından ona görə ki, hər kəsin özəl yeri Allah tərəfindən müəyyənləşir. Kimsə kiminsə yerində dura bilməz. Necə deyərlər, kimsə kiminsə ayaqqabısını geyinə bilər, amam onun yerişini yeriyə bilməz. Nə isə…

Hə, bu yazının sonunda mən elə 12 saat kürəyi üstə qaldığım çarpayıda dəftərçəmə qeyd etdiyim əyri-üyrü xətlərin şəklini şeirə çevirirəm və istəyirəm ki, siz də, mən də, bizim dua etdiklərimz də və bütövlükdə sizin də, mənim də içimdə ümidimz də heç vaxt kimsəsizliyin, unudulmağın, yol gözləməyin, telefona göz dikməyin nigarançılığını yaşamayaq. Hər halda, mən bunu istədiyimdən yazıram. Elə bu şeiri də!..

Xəstəxana çarpayısı

çevrəmdə fırlanan

ağxalatlılar…

onlar öz işində –

sakit və rahat

mən

əməliyyat gözləyən xəstə

gözümün önündən

gəlib keçir

bugünə qədər

yaşadığım həyat…

diqqətim

və bütün fikrim

eşidəcəyim

ilk səsdə…

mən…

xəstəxana çarpayısı…

ağxalatlılar –

sən,

eşitmək istədiyim səs

sıxır məni bu qəfəs

gəl,

əlimdən tut

çıxarıb məni burdan apar!..

P.S. Təkrar olsa da, yenə bu yazıda fikirlərimi bölüşdüyüm dəyərli oxucu əgər narazı qaldınsa, məni bağışla, səni ağrılarımla baş-başa buraxdığıma görə!




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK