Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | APARDI SELLƏR ARANI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

APARDI SELLƏR ARANI...

Gözəlliyin həddi

19226    |   2010-06-05 01:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

I yazı

Sahildə yaşayanlara qibtə elmişəm həmişə. Elə sanmışam ki, evləri çay, göl, dəniz qırağında olanlar olduqca romantik bir ömür sürürlər. Ən azından sudan korluq çəkmir, istədikləri qədər gül-çiçək, bağ-bostan becərə bilirlər. Çox zaman elə çörəklərini də sudan çıxarırlar. Kişilər balıq tutur, qadınlar sahildə paltar-palaz yuyurlar. Hələ yayın istisində günün çoxunu suda çimişən uşaqları demirəm. Hər dəfə Bakıya gedib-gələndə sahil kəndlərində yaşayan adamlara elə heyranlıqla tamaşa edirdim ki... Gecə yatanda da dalğaların şırıltısını, ləpələrin pıçıltısını eşitməkdən gözəl nə ola bilər ki? Üstəlik də, gözünə yuxu gedənəcən sənə gecələr Ay işığında qayaların üstünə çıxıb qızılı saçlarını darayan su pərilərindən, təsadüfən onu görüb vurulan, dərdə düşən cavanlar haqqında nağıllar danışırlar... Hələ yol gözləməkdə də xoşum gəlir. Bir şərtlə ki, inanasan, yola saldığın bir gün həmin yolla da sənə dönəcək. Sahildə dayanıb gözünü uzaq üfüqlərdən çəkməyən, yaylığının ucunu, paltarının ətəyini küləklər oynadan, göylə birləşən suların qoynunda gözə dəyən hər kiçik qaraltıdan ürəyi çırpına-çırpına ərinin, qardaşının, oğlunun yolunu gözləyən qadın ən gözəl sevgi, sədaqət heykəli deyilmi? Bircə sahildən tək geriyə dönmək olmaya...
   
   Dünya əzəli dönəmində çox gözəl olub yəqin. Dağları, qayaları da, çayları, gölləri, dənizləri də. çəmənləri, ormanları, vadiləri, yaylaları da həmçinin. Ta o vaxta qədər ki, insanlar təbiətə münasibətdə həddi aşdılar, onun sərvətindən acgözlüklə, tamahkarlıqla istifadə etməyə başladılar. Yeraltı, yerüstü sərvətlərin talanı başlandı. Meşələri qırdılar, çayların məcrasını dəyişdilər, buludları istədikləri səmtə qovmağa başladılar... Yerin altını üstünə çevirməklə ürəkləri soyumadı. Göyün ənginliklərinə də əl qatmağa başladılar... İnsanlar təbii gözəlliklərə hücum çəkdikcə, təbiətin də bakirəliyi pozuldu, cazibədarlığı azaldı... Və insan övladı elədiklərinə peşiman olmağa macal tapmamış, təbiətin əks hücumları başlandı...
   
   
   
   ***
   
   Yaz gəlib, sellər, sular artmağa başlayanda elə bu mövzuda-təbiətin gözəlliklərini vəsf edən bir yazı yazmaq, cansız bildiyimiz həssas aləmin sanki könlünü almaq istəyirdim. Ancaq bir dəfə amansızlığını gördüyüm təbiət bu dəfə də məni qabaqladı və... əsl üzünü göstərdi. Sübut elədi ki, hər şeydə olduğu kimi, gözəlliyin də bir həddi var, günlərin birində onun da limiti bitir və heyran olduğun görüntülər dəhşətli fəlakətlərin nədəni olmağa başlayır...
   
   Aprelin son günlərində Muğanda bir cənnət havası vardı. Hamının təsəvvüründə susuzluqdan cadar-cadar olmuş torpaq kimi yaşayan düzün iqlimi sanki dəyişmişdi, daha çox buludlu yağışlı havalar üstünlük təşkil edirdi. Bu yerlərin adamına sərin havalar nə qədər xoş gəlsə də, hamının içində qəribə bir narahatlıq gizlənmişdi. Ayrı-ayrı bölgələrdən həyəcanlı xəbərlər gəlirdi. Qəzetlər yazırdı ki, Tovuz rayonunun Qəribli kəndində bir ailə torpaq sürüşməsindən məhv olub. Ata, ana və üç qız. Adamın ağlı belə faciələri dərk etməkdə acizdi. İlahi, doğrudanmı, onlar üçü də bir gündə ölməliydilər?!..
   
   Bu dünyada bizlik olan nədi?!
   
   Bəzən insan sakit, rahat günlərin qədrini bilmir. Dünyanın müxtəlif bölgələrindən təbii fəlakətlər barədə xəbərlər səni bir qədər real düşünməyə, romantik, macərapərəst xəyallardan əl götürməyə yönləndirir... Rayon uşaq məsləhətxanasının pilləkəni düz işə gedib-gəldiyim səkiyə açılır. Havalar xoş olanda məsləhətxananın müdiri qapıya çıxıb hal-əhval tutur, çox zaman da sözünü belə bitirir: "Necə darıxdırıcıdı ey. Əvvəlki qaynarlıq, maraq yoxdu daha..." Mənsə tabelə qol çəkməliyəm və onun sözlərini işə tələsə-tələsə ürəyimdə götür-qoy edirəm. Darıxmasın, neynəsin. Sovet dövründə iki dəfə SSRİ Ali Sovetinə deputat seçilib. Yəqin ki, keçmiş İttifaqın, dünyanın bir çox şəhərlərini gəzib-dolanıb. Hələ alqışlardan qulaq batan iclasları, tədbirləri demirəm....
   
   Bir dəfə sözünün qabağında mən də fikrimi dedim: "Düzdü. Ancaq dünyada baş verən zəlzələləri, sunamiləri, qasırğaları eşidəndə bu "darıxdırıcı" günlərinə şükür eləməkdən başqa çarəm qalmır". Tez razılaşdı: "Əlbəttə, min şükür!"
   
   Elə bil ürəyimə damıbmış. Mayın ilk günlərindən Kürün "qan-qan" deməsi barədə xəbərlər dolaşmağa başladı...
   
   
   
   ***
   
   Orta məktəbin 9-10-cu siniflərində oxuyanda gündəlik yazırdım. Sonra həvəsdən düşdüm. Amma həmişə özümü qınayırdım. Gündə beş-altı cümlə yazsan, dünya dağılmaz ki... Sonra səninçin göydən düşmə kimi olacaq. Amma əməl eləmirdim. Bəlkə də tələbəlik illərində dərslərin çoxluğu, sonra rayon qəzetindəki gərgin iş buna mane olurdu. Bilmirəm. İş elə gətirdi ki, günlərin birində təzədən gündəlik yazmağa başladım. Dərdimi, ağrılarımı unutdurmağın başqa yolunu tapa bilməyəndə qələm-kağız dadıma çatdı. On ildən artıqdır ki, ağ vərəqləri qaralaya-qaralaya ürəyimi yüngülləşdirməyə çalışıram. Amma bəzən iki-üç ay bu dəftəri əlimə də götürmürəm. Görünür, hər şeyin zamanı yetişməlidi. Rayonumuzda, ümumən Kürqırağı bölgələrdə vəziyyət gərginləşəndən "can dəftərim" evdə də, işdə də mənimlədi... Artıq hər saatı, hər dəqiqəni qeyd eləməyə başlamışam...
   
   İstəkli oxucum! Məmləkətimizin iri bölgələrindən birində-bərəkətli Aran düzündə baş verənləri artıq bilirsən. Ancaq yaşananları tamamilə duya bilməzsən. Necə deyərlər, olan oldu. Ancaq keçən keçmədi. Bu yazımda operativlik axtarma. Ancaq yaşananları, olan, ancaq keçib getməyən, heç bir zaman unudulmayacaq hadisələri tələm-tələsik yazdığım bu sətirlərdən də öyrənməyin pis olmaz. Bəlkə nəyəsə yaradı... Elə şeylər var ki, onları dönə-dönə xatırlamaq lazımdı...
   
   
   
   SEYRANGAHIN BUDURMU, KÜR?!
   
   
   
   07.05.2010. vəziyyət bu gündən böhran həddinə çatıb. Səhər saat 9-a qalıb. Hələ işə getməmişəm. Azan səsi eşidilir. Həyacanlanıram. Nəsə xeyir deyil bu. Çox güman ki, Kürlə bağlıdı. Yolda iş yoldaşlarımdan biriynən rastlaşıram. Gedə-gedə həyəcanla telefonda danışır.
   
   - Niyə azan verilir? Çayla bağlıdı?
   
   - Vəziyyət yaxşı deyil. "Mal bazarı"nı su basıb...
   
   İdarəmizin arxasında, həmişə maşınlar dayanan yerdə küçə bomboşdu. Ürəyim döyünməyə başlayır. Müavinlərdən birinin maşını qarşımdan keçir. Sürücü düşən kimi başının üstünü alıram. "Elə bir şey yoxdu" deyib məni sakitləşdirir...
   
   İşdə öyrənirəm ki, sən demə, ötən gecə əməlli-başlı həyəcan yaşanıb. Müşfiq (mən bu yazıda ancaq onun adını çəkəcəyəm) deyir ki, gecə saat 3-də küçəmizdə hay-qışqırıq qopdu. Qadınlar, uşaqlar əməlli-başlı qorxdular. Səhər tezdən uşaqları aparıb kəndə qoyduq...
   
   Ulacalı, Kürkəndi, Məmişlər tərəfdə vəziyyət gərgindi. Minbaşını su basıb... şəhər stadionunda çadırlar qurulub. Su başmış kəndlərin camaatını köçürəcəklər... İdarədə cəmi iki-üç nəfər qalmışıq. Ümumi şöbənin müdiri, başçının köməkçisi, polis, bir də mən... Hamı "ön cəbhə"dədi...
   
   Həmişə kədərli anlarımda qollarımı stolun üstünə qoyub, anlımı da yumuruğuma söykəyirəm. Bəzən ağlayıram da. İndi də belə eləyirəm. Keşkə bu vəziyyətdə dərin bir yuxuya gedərdim. Bir də ayılıb görəydim ki, bu olanlar bir yuxuymuş. O qədər belə arzulamışam ki... Neyləyəsən ki, gerçəkliyin üzü çox bərkdi. Çadırların qurulması xəbəri halımı yaman pozub. Doxsanıncı illərin əvvəlində baş verənlər bir anda üzümün qabağına gəlir. Necə də aydın görürəm hər şeyi. Maşın karvanları, yorğan-döşəyin üstündə oturmuş uşaqların, qadınların nigaran, yorğun baxışları... Ortayaşlı bir qadının sözləri qulağıma gəldi: "Sizi görüm bizim günümüzə düşəsiniz..." Cavan uşaqlardan biri onun xətrinə dəymişdi. Dediyi sözləri təkcə mən eşitdim. Xətrimə dəysə də, ona heç nə demədim. Canı odludu, deyə düşündüm, yurdunu, isti ocağını itirib... İndi niyə onu xatırladım?! Bəlkə qarğışı tutdu bizi? Yox! Heç bir yerdə sabirabadlılar qədər qaçqınlara, köçkünlərə hörmət qoyan olmayıb. Üstəlik, rayonumuz şəhidlərin sayına görə işğal olunmuş rayonların çoxundan irəlidədi... Yaxşısı budu, belə şeylər barədə düşünməyim. İndi bu xatirələrin nə yeridi, nə zamanı... Ancaq nə edəsən ki, insan baş verənlərdə həmişə günahkar axtarır. Çox zaman da mistik düşüncələrə qapılır.
   
   Müşfiq qapıda görünür, "Sənədlərini yanında saxla. Birdən..." Adam dəli ola bilər. Axı, insan heç vaxt qəfil zərbələrə hazır olmur...
   
   Poçtalyon qəzetləri gətirir. Görək nə yazılır? Mənə çox şeyləri unutdura bilən yeganə şey mütaliədi. "525"də Telman Orucovun "Orta əsrlər Yaponiyasına səyahət" yazısının üçüncü hissəsini oxuyuram. Telman müəllimin bənzərsiz müqayisələrinin vurğunuyam...
   
   Nahar vaxtı bitməmiş Bakıdan bacım zəng vurur: "Televizorda Sabirabadı göstərirlər. Səndən ötrü çox narahatıq. Niyə çıxıb gəlmirsən?" Deyirəm narahat olma, lazım olsa, gələrik...
   
   Saat 4-dü. Bilmirəm kimdən nə soruşum. Belə hallarda hadisə yerində olmaqdan yaxşısı yoxdu. Arxadakı həmişə daha çox narahatlıq keçirir. İndi də kənddən qardaşım qızı zəng vurur. Deyir, sumkalarımızı yığıb hazır dayanmışıq. Gözləyirik ki, nə vaxt Kür daşacaq, biz də qaçacağıq... Deyir, Abdulabaddan su sızmağa başlayır. Abdulabad qonşu kənddi. Mənsə, Kolanı qəbristanlığının dərdini çəkirəm. Oraları su götürsə... Bədənimi tər basır. Buna dözmək çətin olacaq...
   
   Saat 6-ya qalır... Evdə olanda daha çox həyəcan keçirirəm. Məlumat almağa adam tapmıram. Hava qaraldıqca səbrim də daralır. Qonşu qadınlar balkona çıxıb danışırlar. Televizordan, ağızdan-ağıza eşitdiklərini bölüşürlər. Saat 10-dan sonra həyəcanlı xəbərlər xeyli artır. Şəhər uğuldayır, maşınlar vıyıltıynan, siqnal verə-verə, təkərləri qıjıldada-qıjıldad o tərəf, bu tərəfə gedirlər. Hiss olunur ki, imkanı olan Bakıya qaçır. Binamızdan da bir ailə çıxdı. Telefonlar da tutmur. "Şəbəkə məşğuldur" sözləri adamın qulağını deşir. Bu vəziyyətdə yorğan-döşəyə girmək adamın ağlına da gəlmir. Televizora baxmağa səbrim çatmır. Həm də televizor bayırdakı səsləri eşitməyə mane olur. Yaxşısı budu, başımı bir şeylə qatım. Qulağım səsdə evi yığışdırıram, qabları yuyuram... Əsas nigarançılığım qızımdandı. O, lap uşaqlıqdan ağciyərdi. Küləkdən, yağışdan, ildırımdan, zəlzələdən qorxur. Bizimkilər Ermənistana bir qədər sərt mesaj göndərən kimi telefon açır: "Mama, müharibə olacaq?", "Bu ağlına hardan gəldi?", "Televizorda deyirlər ki..." Vəssəlam. Təsəlli verməkdən yorulmuşam... İndi də qorxuram ki, ona bir şey ola.
   
   Saat 2-dən sonra otura bilmirəm. Mobil telefonu nə oturduğum, nə də yatdığım otağa qoymuram, həmişə koridordan asıram. İndi yanımdadı. Bənd bərkitmə işlərində çalışan bir tanışım deyib ki, bir şey olsa zəng vuracam. Təəccüblü də olsa uzanan kimi yuxuya gedirəm. Vərdiş eləmişəm, səhər ayılan kimi nə yuxu gördüyümü yadıma salmağa çalışıram. Əzablı yuxular əldən salıb məni. Allaha şükür, deyəsən, bu gecə yuxu-zad görməmişəm...
   
   Suların alıtnda qalmasam, yazının davamı olacaq...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-23
2019-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK