Adalet.az | O İŞIQ BİZİ GÖZLƏYİR... Adalet.az | O İŞIQ BİZİ GÖZLƏYİR... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

O İŞIQ BİZİ GÖZLƏYİR...

18439    |   2010-05-15 01:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nə vaxtdan idi ki, istedadlı şair və gözəl insan Vaqif Bəhmənlinin nə səsini eşidirdim, nə də üzünü görürdüm. Daha doğrusu, həm onun özü üçün, həm də bal kimi şirin söhbətləri üçün bərk darıxmışdım. Mobil telefonuna zəng eləyib dedim ki, şair, Bəhmənlidən təzə gəlmişəm sənə çoxlu sözüm var. O da telefonda mənə dedi ki, sən Bəhmənliyə məndən tez-tez gedirsən. Çalışıram kəndə-kəsəyə gedim, amma vaxt tapa bilmirəm. Nə yaxşı ki, heç olmasa sən kəndə tez-tez gedib el-obanın xeyir-şərində iştirak edirsən.
   
   Qardaşımızla bir qədər telefonda dərdləşəndən sonra soruşdu ki, indi sən hardasan? "Gənclikdəki "Pürrəngi"də çay içirəm" dedim. Sonra da Vaqif Bəhmənli əlavə elədi ki, orda ol, 15-20 dəqiqəyə səni gəlib götürəcəyik. Sözün düzü, elə fikirləşdim ki, yəqin özü tək olacaq. Düzdü, "Gənclik"ə avtomobildə tək gəlmişdi, sonra maşina əyləşib onların evləri olan istiqamətə getdik. Dedi ki, maşını qaraja qoyub yaxınlıqdakı yeməkxanaya gedəcəyik. Seyran Səxavət və başqa bir dostum ora gələcək, nə vaxtdandı görüşmürük. Bir tikə çörək kəsərik, bir az da dərdləşərik. Axı sən Bəhmənlidən gəlmisən. Danış görək nə var, nə yox? Dedim ki, hər şey gözəldir. Dağlarda, yamaclarda, ormanlarda gül gülü çağırır, bülbül bülbülü. Hara baxırsan güllər, çiçəklər və gözəllik göz oxşayır. Bircə o yerlərdə sən çatışmırsan. Dost-tanışın çoxu deyir ki, Vaqif Bəhmənlini neçə ildir görmürük. Yolun buralara düşəndə onu da özünlə gətir. Beləcə Bəhmənlidən söhbət eləyə-eləyə yeməkxanaya çatdıq. Orda Vaqif Bəhmənlinin dostu, Füzulinin Mahmudlu kəndində olan Rafiq müəllim bizi gözləyirdi. Bir qədər əyləşmişdik ki, istedadlı yazıçı, öz şirin söhbətləri, duzlu lətifələri ilə hamımızın ürəyinə yol tapan, biz yazarların ağsaqqalı Seyran Səxavət gəlib çıxdı. Hamımız ayağa qalxıb onunla öpüşüb görüşdük və stolun yuxarı başında əvvəlcədən Vaqif Bəhmənli ona yer saxlamışdı. Deyir ki, mən olan yerdə həmişə stolun yuxarı başında ağsaqqqalım Seyran Səxavət əyləşib. Çünki Seyran Səxavət kənddən şəhərə gələndə mənə arxa duran, atalıq eləyən və köməklik göstərən kişilərdən olub və heç vaxt da boynuma minnət qoymayıb. Çünki Seyran Seyrandı. Hətta ailə quranda da qız evinə elçi gedəndə ağsaqqallığı Seyran Səxavət eləyib. Söz sözü çəkir, söhbət söhbəti. Özümüzün də xəbərimiz olmadan bu söhbətin şirinliyi bizi Füzulinin Ərgünəş dağına, Köndələn çayına, gözəl məkanlara aparır. Seyran Səxavət öz kəndlərindən danışır, uşaqlıq illərini xatırlayır, kimlərlə dava elədiyini, kimlərlə ayaqyalın-başıaçıq kənd yollarını necə ölçdüyünü dilə gətirir. Bəlkə də Seyran Səxavətin hekayələrinin, romanlarının şirinliyi onunla bağlıdır ki, o yazdığı hər hansı bir mövzunu real həyatın özündən, iç dünyasından götürüb. Elə axırıncı romanının da baş qəhrəmanı Seyran Səxavət özüdür. Daha doğrusu, o bu romanda öz həyatını, nənəsinin, dayısının və qohum-əqrəbasının ömürünün müəyyən anlarını qələmə alıb. O qədər şirin dillə və bədii üslubda romanı qələmə alıb ki, adam birinci sətiri oxuyan kimi özü də hiss eləmədən axıra qədər romanı oxumağa can atır. Romanın bir neçə parçası "525-ci qəzet"də və "Ədalət"də çap olunub. Bütöv halda "Azərbaycan" jurnalında çıxacaq. Bunu ona görə xatırladırıq ki, Seyran Səxavət hansı məclisdə olursa, hansı məclisdə əyləşirsə, Vaqif Bəhmənli kimi onun da söhbətinin şirinliyindən və dadından doymaq olmur. O Füzulidəki Qəmər arvaddan danışdı, dostu Hacıyevi yada saldı, bir qədər də Araz Yağlıvənd kəndində kolxoz sədri işləmiş, ziyalı insan olan Qoşun müəllimi xatırladı. Vaqif Bəhmənli də dedi ki, Qoşun müəllimlə məni Seyran Səxavət tanış eləmişdi. Çox mehriban və yaxşı kişi idi. Daha doğrusu, qonaqlı-qaralı bir adam idi. Seyran Səxavət sovet dövründə həmin kənddə köməklik eləyib açdırdığı musiqi məktəbindən danışdı. Dedi ki, o məktəbi mənim bir sözümlə Mədəniyyət Nazirliyində yaxın bir dostuma xahiş eləməklə, 10-15 gün içərisində fəaliyyət göstərməsinə razılıq veriblər. Heç kəs də bizdən bir təmənna ummadı. Qoşun müəllim də mənə deyəndə ki, ay Seyran, bəlkə paydan-pürüşdən, puldan-paradən həmin adama verək? Həmin dostumuz da bildirmişdi ki, elə söhbət olsa məktəbin açılmasından söhbət gedə bilməz. Əgər Seyran Səxavət kimi gözəl bir insan mənə bir xahiş edirsə, təbii ki, mən də onun xahişini təmənnasız yerinə yetirməliyəm.
   
   Seyran gülür və sonra yenidən bal kimi şirin söhbətlərə başlayır. Bu dəfə poçtalyon Qədirin lətifələrindən, onun gözəl futbol oynamasından, qəşəng bir xanıma necə eşq elan eləməsindən danışır. Sonra da deyir ki, rəhmətlik Qədir mənə deyərdi ki, elə bilmə sən böyük yazıçısan, yazdıqlarının 50 faizini məndən oğurlamısan. Qədir düz deyirdi, mənim qələmə aldığım mövzuların çoxunu o verirdi və onun mövzularından mən nəsə yazıb-pozub ortaya bir şey çıxarırdım. Qədir o qədər yumorlu və şirin adam olub ki, onunla bir dəfə görüşmək istəyən həmişə bu görüşə onun bal kimi şirin söhbətinə can atıb. Nə bilim vallah. Gör biz hardan gəlib hara çıxdıq.
   
   Sonra Seyran Səxavət dərindən köks ötürür. Deyir, Füzuli qayıtsaydı, öz el-obamıza gedərdim. Diz çöküb torpağı qucaqlayardım, bağrıma basardım, sonra da elə bil bütün dünyanın yükü çiynimdən götürülərdi. Amma hələ ki, nə yaxşı Füzulinin işğaldan azad olunan kəndləri, yaşayış məntəqələri var. Allah qoysa, bu yaxınlarda Araz Yağlıvəndinə gedəcəm. Qəbiristanlığa baş çəkib rəhmətə gedənlərimizi ziyarət eləyəcəm. Sonra da bir mamam var, onunla görüşəcəm. Üç-dörd gün kənddə qalacam. Amma vaxt tapa bilmirəm.
   
   Çəkdiyi siqaretdən əyləşdiyimiz otaqda bir qullab vurur, sonra da Vaqif Bəhmənliyə deyir ki, vallah, bu otağın havası bizi öldürdü. Çıxaq çöldə bir stəkan çay içək. Çölə çıxırıq, yeməkdən sonra çay süfrəsinin arxasında əyləşirik. Çöldəki havanı doyunca ciyərlərinə çəkən Seyran Səxavət "oxqay" deyir. "Allah köməyiniz olsun, bayaqdan otaqda boğulurduq. Gül kimi havanı qoyub gedib girmişik damın içinə. Elə bildim bu havanı udanda Füzulinin havasını ciyərlərimə çəkdim. Amma qəşəng havadı".
   
   Axşamüstü olsa da, hava çöldə sərin idi. Elə bu sərinlik də həm Seyran Səxavətə, həm Vaqif Bəhmənliyə, həm də Rafiq dostumuza ləzzət eləyirdi.
   
   Seyran Səxavət dedi ki, bir dəfə Musa Yaqubla qarşımıza bir jurnalist çıxdı. Musa Yaqub dedi ki, bu çox yaxşı və istedadlı oğlandı. Mən də dedim ki, indi jurnalistlər müsahibə ala bilmirlər. Sən demə, bu oğlan da Ceyhun Musaoğlu imiş. Mən soruşdum ki, "Nekroloq"u oxumusan? O da mənə çox səmimi və orijinal bir cavab verdi: "Ölülər özləri haqqında olan yazını oxumurlar". O oğlan o qədər xoşuma gəldi ki, sonra dostlaşdıq. Sən demə, bu günün özündə də istedadlı gənclər var imiş. Ceyhunu görsən məndən salam de. Onu da de ki, Seyran deyir ki, vaxtı olsa mənə zəng eləsin, ancaq ona müsahibə vermək istəyirəm. Çünki o müsahibəni ancaq Ceyhun yaza bilər. Sizin xətrinizə dəyməsin, nə bu iş sənlikdi, nə də Əbülfətlik.
   
   Bir az da Seyran müəllim Aqil Abbasdan, onun yazılarından, Mirzə Cəlil üslubunda mövzuları qələmə almağından və ən nəhayət çox səmimi bir dost olmağından söhbət elədi. Dedi ki, Aqilin yerini heç kim verə bilməz. Kimsə onun ayaqqabısını geyə bilər, amma Aqil Abbas kimi yeriyə bilməz. O özü də bilir ki, mən Aqili çox istəyirəm. O da məni çox istəyir ha. Sadəcə olaraq bizimki bir-birimizlə çox tutur. Hərdən bir deyir ki, içib-eləyən deyiləm, amma səninlə vururam.
   
   Vaqif Bəhmənli mənə yeni çıxmış şeirlər kitabını və bir də özünün ifası ilə səslənən diskini verir. Kitaba baxıram. Son illərdə yazılmış şeirlərdi. Hamısı bir-birindən gözəl və bir-birindən seçilən şeirlər. Adam bu şeirləri oxuyanda istər-istəməz içi silkələnir, ürəyi döyünür və hiss eləyir k, onun qəlbinə və ruhuna bir işıq gəlir. O işıq insanı təmizliyə, yaşamağa və mübarizə aparmağa çağırır. O işığın selində insan dünyanı daha aydın və daha gözəl görür.
   
   Nə yaxşı bu yaz günündə Vaqif Bəhmənli ilə görüşüb dərdləşdim. Nə yaxşı yeməkxanada əyləşib Seyran Səxavət ilə dostları, Rafiq müəllimlə ürək söhbəti elədik. Dörd dost xatirələrin qanadında bir anlığa da olsa Ərgünəşə, Köndələn çayına, Bəhmənliyə və o cümlədən Füzulinin gözəl məkanlarına gedib qayıtdıq. Bu yaz günündə bu sevincli anları yaşamaq Vaqif Bəhmənlidən, Seyran Səxavətdən və dostumuz Rafiq müəllimdən müsbət enerji almaq sanki mənim ömrümə yeni işıq gətirdi. Bu işığın selində və nurunda gün o gün olsun ki, dörd qardaş Füzulinin Ərgünəşinə, Köndələninə, Cəmillisinə gedə bilək...


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK