ANA SƏHİFƏ / YAZARLAR

AYAĞIMIZIN ALTINDAN QAÇAN YER

17521    |   2010-04-10 00:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


   
   Bir gün deyirlər ki, bəs filan yerdə sürüşmə oldu, nə qədər ev zədələndi, nə bilim nə qədər yurd-yuva dağıldı. Təəssüf ki, biz çox vaxt başımıza gələn hadisələrdən nəticə çıxarmaq istəmirik. Fikirləşmirik ki, nə üçün ayağımızın altından yer qaçır, evlərimiz, eşiklərimiz dağılır? Ancaq biz onu fikiriləşirik ki, iki daşın arasında bir-birimizi aldadaq və imkan düşəndə nə isə bir-birimizdən qopara bilək. Kimdənsə işimiz aşmasa ömür-billah onu axtaran deyilik. Belə çıxır ki, insanlar o qədər cırlaşıb ki, bir-birlərini ancaq işi düşəndə axtarırlar.
   
   Sürüşmədən danışırdıq. Beş-on gün bundan qabaq artıq Ağsu dolaylarındakı yamaclardada sürüşmə baş verib. Torpaq sürüşə-sürüşə gəlib çıxıb düz avtomobil yoluna. Təbii ki, avtomobil yolu da torpaq sürüşməsindən daha bərbad vəziyyətə düşüb. Yəni torpaq sürüşməsi nəticəsində Ağsu aşırımlarında nəqliyyat vasitələrinin hərəkəti xeyli müddət məhdudlaşdırılıb və dayandırılıb. Onsuz da bu cür torpaq sürüşmələri bir çox mütəxəssislərin dediyinə görə, son vaxtlar nəinki Azərbaycanda, eləcə də dünyanın bir çox yerlərində tez-tez olur. Başqa xarici yerlərə baxanda bizdəki torpaq sürüşmələri şükürlüdü. Yəni, bir çox xarici məmləkətlərdə torpaq sürüşmələri zamanı daha ağır və faciəli hadisələr baş verir. Xarici ölkələrin birində baş verən torpaq sürüşməsi zamanı hətta bir kəndin evləri torpağın altında qalıb. Görünür, dünyada günaha batanlar tək bizim məmləkətdə deyil, elə hər yerdə günah içində olan çoxlu insanlar var. Amma bu o demək deyil ki, bizim də günahlarımız azdır. Bəlkə də bizim günahlarımız başqa məmləkətdə yaşayan insanların günahından daha çoxdur. Yəni, ayrı-ayrı məmurlar bəzən sadə insanları o qədər incidirlər ki, axırda o sadə insanlar bəzən hər şeydən bezib bilmirlər nə eləsinlər. A kişilər, balaca bir problem üçün bir məmurun qapısının ağzında nə qədər gözləmək olar? Bir məmura nə qədər yalvarmaq olar ki, mənim filan işimə əncam çək və kömək elə. Məmur da həmin fağır və yazıq adama kömək eləmək əvəzinə, özünü çəkib qoyur göyün yeddinci qatına. Elə bil zalım oğlu Allahın bacısı oğludu. A kişi, bu vəzifəni sənə ona görə veriblər ki, camaatın dərisini soyub içinə saman təpərək özünə, qohum-əqrəbana və yeddi arxa-dönəninə gün ağlayasan? Məgər sənin Allahın yoxdu? Fikirləşmirsən ki, qapının ağzında günlərlə, həftələrlə və aylarla dayanan o insanlar da adamdı? Təbii ki, verdiyimiz bu sualların heç birisi boynu yoğun və harınlamış məmurları qətiyyən maraqlandırmır. Ən azından ona görə maraqlandırmır ki, bu cür məmurlar xalqa xidmət etmək əvəzinə, özlərinə bir gün ağlamaq haqqında fikirləşirlər. Qoy özlərinə hansı günü ağlayırlarsa ağlasınlar: ev-eşik düzəltsinlər, villa tiksinlər, ticarət şəbəkələri qursunlar. Ancaq heç olmasa, onlarda bircə qırıq vicdan olsun ki, qapısının ağzında günlərlə dayanıb-duran sadə, kasıb və yazıq insanlara heç olmasa bir balaca kömək eləsinlər. Eləməzlər. Ona görə eləməzlər ki, onların ürəyi ürək deyil. Oxucular soruşacaq ki, bəs ürək deyilsə, sinəsinin altında döyünən nədir? Bu cür adamların heç vaxt ürəyi olmur və döyünmür. Onların sinəsinin altında yerləşən daşdan və dəmirdən olan bir şeydir. Əgər onların ürəkləri olsaydı, bu ürək yumuşalar, heç olmasa ən kasıb adamdan belə pul ummazlar. Amma indi hara gedirsənsə get, bir çox məmurlar səndən pul almasa heç vaxt işini aşırmayacaq. Bax, ona görə ayağımızın altındakı torpaq qaçır, yer sürüşür və dünya aləm bir-birinə dəyir. Hələ bir azdan bu cür allahsız məmurların günahı üzündən daha dəhşətli hadisələr baş verəcək: vulkanlar olacaq, zəlzələlər baş verəcək, çovğunlar yaranacaq, sel gələcək. Əgər bu da həmin dediyimiz qəbildən olan vəzifə sahiblərini silkələyə bilməyəcəksə, onda vay bu cür insanların gününə. Hələ dünya ona görə dağılmır ki, yaxşı insanlar var. Bu yaxşı insanların hesabına birtəhər də olsa dünyamız yerində qalıb. Odey bir çox alimlər, ekspertlər, fiziklər deyirlər ki, 2012-ci il dekabrın 23-də dünya dağılacaq. Buna inananlar da var, inanmayanlar da. Elə adamlar var ki, nə Allaha inanır, nə də başqa müqəddəs varlıqlara. Elə bilir ki, pulu, varı, dövləti olduğuna görə, dünyada əbədi qalacaq. Amma bilmir ki, günlərin birində bu mal-dövləti qoyub bu dünyadan köçəcək. Qismət olsa, özü ilə üç metr ağ kəfən aparacaq, qismət olmasa, Allah-Təala ona qara torpağı da, məzarı da məsləhət bilməyəcək.
   
   
   
   ***
   
   Günlərin birində bir bülbülü salırlar qızıl qəfəsə. Padşaha da deyirlər ki, padşah sağ olsun, sənin dediyin bülbülü qızıl qəfəsə salmışıq. Yəqin tezliklə həmin bülbül oxuyar və sənin də kefin kökələr. Padşah hər gün səhər yuxudan duranda qızıl qəfəsə yaxınlaşıb bülbülə baxar, onun oxumadığını görəndə qanı it qanına dönərmiş. Bir gün də səhər padşah yuxudan qalxanda qəzəbli-qəzəbli qızıl qəfəsə yaxınlaşır. Görür ki, bülbül yenə oxumur. Vəzir-vəkilinə və ətrafındakılara padşah bərk əsəbiləşir. Vəzirdən soruşur ki, bəs bu bülbül nə vaxt oxuyacaq? Vəzir də qorxa-qorxa deyir ki, qibleyi-aləm sağ olsun, qızıl qəfəsdəki dişi bülbüldü. Tək olduğuna görə, oxumaq istəmir. Deyirəm bəlkə onun yanına bir erkək bülbül də salaq ki, bundan sonra bülbüllər ağız-ağıza verib cəh-cəh vuralar. Vəzirin təklifi ilə erkək bülbülü də qəfəsə salırlar. Ancaq yenə nə dişi bülbül, nə də erkək bülbül oxumur ki, oxumur. Axırda əlacsız qalıb qızıl qəfəsi açırlar və hər iki bülbülü buraxırlar. Sonra da padşah deyir ki, bu bülbülləri gözdən qoymayın. Padşahın adamları bülbüllərin hara qədər uçduğuna nəzarət edirlər. Sonra da görürlər ki, hər iki bülbül yaxınlıqdakı bağçada güllərin-çiçəklərin üstünə qonub cəh-cəh vururlar. Bülbüllər elə cəh-cəh vurur ki, onun səsi padşahın da qulağına çatır. Padşah təəccüblənir və əsəbi halda dillənir ki, mənim gül kimi qızıl qəfəsimdə iki bülbülün biri oxumadı, indi hər ikisi güllərin və kolluğun arasında cəh-cəh vurmaqdan və oxumaqdan yorulmurlar. Sarayda düz danışan bir kişi varmış. O bu dəfə də padşahın qəzəbindən qorxmayıb həqiqəti deyir. Deyir ki, qibleyi-aləm sağ olsun, o bülbülə sənin qızıl qəfəsin yox, gülün-çiçəyin gözəlliyi və ətri lazım idi. Bir də bülbül heç vaxt o gülü-çiçəyi qoyub gəlib bu qızıl qəfəsdə oxumaz. Bülbülə azadlıq lazım idi. Onu da siz verdiniz.
   
   İndi elə şeylər var ki, onu çərçivəyə salmaqla və sıxıntı içində saxlamaqla nəyə isə nail olmaq mümkün deyil. Hər şey azad və sərbəst olanda gözəl olur. Allah heç kəsə sıxıntılı və çətin yaşam tərzi qismət eləməsin. Soğan-çörək olsun, amma biləsən ki, o soğan-çörəyi şirinliklə və qorxusuz yeyirsən. Bax, onda yediyin o soğan-çörək sənin canına elə rahatlıq verir ki, sanki səhər-səhər bal-yağ, günorta kabab, axşam da plov yemisən.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-04-26
2018-04-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (40%)
"Real" Madrid (60%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Arvad ərinə:
- Əzizim, işdə bizə zərərli işə görə 15% əlavə pul ödəyəcəklər.
- Sən getdin ordakıları da zəhərlədin?




digər lətifələr
ARXİV
FACEBOOK