Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | UZUN GECƏ... Adalet.az | UZUN GECƏ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UZUN GECƏ...

21158    |   2009-12-19 02:04
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gün var ki, bir il çəkir. Və elə bilirsən ki, o günü uzun illərdir yaşayırsan. Sonra baxıb görürsən yaşadığın illər, aylar deyil, uzun günlər, gecələrdir. O uzun gecələr ki, nə səhər açılmaq bilir, nə də bu gecələrdə özünü rahat hiss eləyirsən. Uzun gecələrdə adamın yuxusu da gəlmir.
   
   Fikirləşirsən ki, yəqin yuxun ona görə gəlmir ki, canın ağrıyır, təzyiqin qalxır və ürəyində narahatlıq hiss eləyirsən. Onsuz da yatağa girəndə çoxları dərdin-sərin əlindən yorğan-döşəyin içində səhərə qədər qıvrıla-qıvrıla qalır. Dərdin içində boğulan adam heç vaxt yorğan-döşəkdə rahat yata bilməz. Ən azından ona görə ki, səhər açılanda onun cibində evinə bazarlıq eləməyə beş-on manat pul tapılmır. Beş-on manat pulu olmayan adam gecələri necə rahat yata bilər?! İstedadlı yazıçı Seyran Səxavətin yazılarının birində oxumuşam ki, adamların bəziləri öz-özünə danışır. Bu fikri Seyran Səxavət beş-altı il bundan əvvəl işlədib. İndi metro qatarına, avtobusa əyləşəndə görürəm ki, insanların çoxu öz-özünə danışır. Yəni bu adamlar dərd-sərin içində boğulanda və bu dərli kimin ləsə bölüşə biməyəndə başlayır ürəyində özü ilə söhbət eləməyə. Bir müddət keçəndən sonra özü ilə söhbət eləyən adamlar ətrafındakılar unudub lap bərkdən danışırlar. O vaxt bunu his edirlər ki, kimlərinsə nəzəri həmin adama dikilib. Lakin fərqinə varmadan özü ilə danışan adamlar lap dərdini bərkdən danışmağa da utanmır. Ümumiyyətlə, içini dərd oyan və dərd yeyən adam gecələri və xüsusən də uzun gecələri necə yata bilər? o bu dərdlə bir gün "əlbəyaxa" olmur. Belələri hər saat, hər an dərdlə döyüşür. İçini dərd yeyənlər onun ağırlığına dözmə yib ürəyi partlayır. Bir az iradəlilər isə dərdə üstün gələrək bu uzun gecələrdə nəyinsə hesabına yaşaya bilir. Amma dərd olmayanda uzun gecələr də və uzun gündüzlər də sənin üçün bir göz qırpımında ötüb keçir. Nə etmək olar ki, çoxları belə anları deyil, əzablı və iztirablı günləri yaşayırlar.
   
   
   
   ***
   
   
   
   Deyirlər ki, Allahsız yerdə əyləş, böyüksüz yerdə oturma. Bu sözdə böyük məna və həqiqət var. O yerdə ki, yurdun, elin, obanın ağsaqqalı var və orda həmişə xeyir-bərəkət olub. Ən azından camaat yeməyə çörək tapıb. Elə ki, kimlərsə ağsaqqala hörmət eləmir və böyüyün üzünə ağ olur, onda həmin məmləkətdə ruzi də qəhətə çəkilir. O ruzi ki, insan bütün günü onun dalınca düşür. Tapanlar sevinir, tapmaynlarınsa qanı qaralır. Bəzən görürsən ki, bir elə çörək verən və çətin gündə ona arxa duran adama qara yaxmaq istəyirlər. Amma el-oba görür ki, o nə qədər şərəfli, namuslu, xeyirxah və çörəkverən adamdı. Füzulidə də həmişə ağsaqqala, böyüyə hörmət eləyiblər. Bu məna da rayon icra hakimiyyətinin başçısı Nəbi Muxtarov öz ağayanalığı, xeyirxahlığı və ağsaqqallığı ilə camaat arasında böyük nüfuz qazanıb. Ona nüfuz qazandıran təkcə vəzifəsi olmayıb. Nəbi müəllimə nüfuzu qazandıran və ona hörmət gətirən amillərdən birincisi həmişə el-obanın çətin və ağır günündə onun yanında olması olub. Yəni kim çətinə düşübsə, ona kömək edib. 17 il bir rayonda icra başçısı işləmək və camaatı yola vermək xeyir-şərinə yaramaq hər adama nəsib olan iş deyil. Düzdü, bəzilərinin gözü onu götürməsə də, amma elin gözü böyük tərəzidi. Suyu bulandırmaq istəyən müəyyən adamlar heç vaxt insanların sevdiyi və hörmət elədiyi şəxsləri el-obanın gözündən sala bilməzlər. Ən azından ona görə ki, el-obanın sevdiyi adamları Allahda çox istəyir. İnsan gərək vəzifədə olanda hörmət qazansın ki, çıxandan sonra da ona camaatın məhəbbəti olsun. Bax, belə adamlar heç vaxt el-obanın yadından çıxmır.
   
   
   
   ***
   
   
   
   Hamıya şəfa verən və çoxlarını həyata qaytaran tibb elmləri namizədi, istedadlı kardioloq Rafiq Yusifli də günlərin birində ürəyində ağrı hiss eləyir. Heç kimin ağlına gələ bilməzdi ki, hamıya şəfa verən bir adam nə vaxtsa ürəyindən əməliyyat olunacaq. Əbülfət Mədətoğlu dedi ki, xəbərin var, Rafiq həkimi ürəyindən əməliyyat ediblər. Sözün düzü, xəbərim yox idi və xəstəxanaya da ona görə getmirdim ki, qrip olmuşdum. Çünki qripə yoluxan adamlar ürək əməliyyatı olan insanların yanına buraxılmırlar. Şükür Allaha ki, Rafiq həkim əməliyyatdan uğurla çıxıb və bu gün özünü yaxşı hiss eləyir. Amma Rafiq həkimin mobil telefonu indi də dincəlmir. Ona görə ki, onun pasiyentlərinin çoxu hələ də bilmir ki, Rafiq həkim işə çıxmır və ürəyindən əməliyyat olunub. Çox kardioloqlar tanıyıram. Ancaq onların heç biri Rafiq həkim kimi böyük ürəyə malik deyil. Bəzən ürəyim ağrıyanda onun yanına gedərkən görmüşəm ki, digər kardioloqların qəbulunda heç kim dayanmır. Rafiq həkimin otağının qarşısında isə dayananların sayı-hesabı yoxdu. Özü də onun yanına gələnlər elə də imkanlı xəstələr deyillər. Ən çox qaçqın, köçkün və kasıb ziyalılar onun yanına böyük ümidlə gəlir. Başqa həkimlər xəstəyə on-on beş dərman yazanda Rafiq həkim ən çoxu bir-iki dava-dərman yazıb və onların da qiyməti elə bahalı deyil. Ən böyük insanlığı isə onunla bağlıdır ki, Rafiq həkim imkansız və kasıb adamlardan heç nə ummayıb. Yəni onları təmənnasız müayinə və müalicə edib. Qələm dostumuz Məzahir Əhmədoğlu deyir ki, Rafiq həkim olmasaydı, mən çoxdan ölmüşdüm. Çünki digər həkimlərə müraciət edəndə mənə dedilər ki, ürəyində heç bir problem yoxdur. Elə ki, Rafiq həkim məni müayinə elədi, kardioqrammama baxdı və dedi ki, Məzahir müəllim, sən təcili ya Mərkəzi Klinikaya, ya da Neftçilər xəstəxanasına gedib ürəyini müayinədən keçirməlisən. Mən də Neftçilər xəstəxanasına getdim və burda ürəyimi müayinə edəndə dörd damarım tutulmuşdu. Əgər Rafiq həkim mənə xəbərdarlıq eləməsəydi rayona gedəcəkdim və orda da nələr baş verəcəkdi bir Allah bilir.
   
   İndi Rafiq Yusiflinin yolunu Kardiologiya İnstitutunda tək həkimlər deyil, xəstələr də böyük səbirsizliklə gözləyirlər. Allah birinci Rafiq həkimə şəfa versin ki, ondan da şəfanı xəstələr tapsın.
   
   
   
   ***
   
   
   
   Cəmiyyətimizdə bu gün tərbiyəli, qanacaqlı və mərifətli gəncləri çox nadir halda görürük. Məsələn, metroya, avtobusa minirsən, görürsən ki, yeniyetmə və cavanlar əyləşiblər, yaşlı və ahıl insanlar gəlib ona yer vermirlər. Ancaq cavan bir qız salona daxil olan kimi o dəqiqə yeniyetmələr ayağa qalxıb yerlərini onlara verirlər. Yaşlı adamlar da bu səhnəni görəndə bərk dilxor olurlar. Dəfələrlə bir hadisənin şahidi olmuşam ki, hamilə qadın, xəstə adam, qoca kişi ayaq üstə durub, cavan bir oğlansa oturaraq başını aşağı salıb ki, guya ayaqüstə duran adamı görmür. Ona görə də yaşlı nəslin adamları deyir ki, indiki cavanlar arasında tərbiyəli, mərifətli və qanacaqlı uşaqlar azdır.
   
   Bir dostum var - Çingiz Qəmbərov. Masallı rayonundandı. Bir dəfə necə oldusa, Çingiz müəllimlə "Pürrəngi"də çay içəndə iki cavan oğlan bizə yaxınlaşdı. Səhv eləmirəmsə şair Əlisəmid Kür də yanımızda idi. Bu uşaqlar o qədər qanacaqlı, tərbiyəli və abırlı uşaqlar idi ki, onlara baxanda adam sevinirdi. Sevinirdi ki, bugünkü ipə-sapa yatmayan gənclərin arasında belə tərbiyəli uşaqlar da var. Çingiz müəllim dedi ki, bu uşaqlar mənim oğlanlarımdı. Birinın adı Ramiq, digərinin adı isə Rafiqdi. Hər ikisi Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin II kursunda təhsil alır. Sən demə, bu uşaqlar həm də əkiz imiş. Diqqətlə baxanda belə onları ayırmaq çox çətindir. Elə bil ki, Ram və Şama oxşayırdılar. Bu uşaqlarla söhbət eləyəndə onların nə qədər savadlı, mütaliəli və səviyyəli bir gənc olduğunu hiss elədim. Həm də bu gənclər oruc tutub, namaz qılırlar. Çingiz müəllim deyir ki, onların heç vaxt boş vaxtı olmur. Yəni ya dərsdə olurlar, ya kitabxanada əyləşib nəsə oxuyurlar, ya da hardasa yaxşı bir işlə başlarını qatırlar. Çünki indiki cəmiyyətdə bu cür tərbiyəli uşaqlar böyütmək və yetişdirmək çox çətindir. Sirr deyil ki, bu gün gənclərimizin bir çoxu siqaretə, spirtli içkilərə və bəziləri narkotikaya qurşanıb. Amma Çingiz müəllimin uşaqlarını görəndə sevindim ki, nə yaxşı gənclərin arasında bu cür tərbiyəli, ağıllı və əxlaqlı uşaqlar var. Çingiz müəllimin digər iki oğlu - Emin və Elçin də həqiqətən bu millətə layiq oğlanlardı. Adam bu cür tərbiyəli uşaqları görəndə içindəki ümidsizlik yoxa çıxır və bir nikbinlik yaranır ki, gənclərimiz arasında gələcəyimizi təmsil edəcək tərbiyəli və əxlaqlı uşaqlar var.
   
   
   
   ***
   
   
   
   Xaqani Ayxan gözəl şeirlər yazır. Amma gözəl şeirlər yazmaq o demək deyil ki, Xaqani yaxşı yaşayır. O balalarının çörəyini kitab satmaqla çıxarır. Çoxları biləndə ki, Xaqani şairdi və gözəl şeirləri var, istər-istəməz ona hörmətlə yanaşırlar. Bir neçə gün bundan əvvəl yenə dostumu fikirli gördüm. Dedi ki, axşam saat altıdı cəmi bir kitab satmışam, o da bir manata. İndi mən dilxor olmayım, nə eləyim?! Sumqayıtdan Bakıya gəlirəm, bir təhər çörəkpulumu çıxaranda sevinirəm. Ancaq elə ki, kitab alan olmur, bax, onda vəziyyətim ağırlaşır. Çünki məni evdə gözələyən ailəm, uşaqlarım var. Onlar fikirləşmirlər ki, Xaqani pul qazanıb, yoxsa yox. Bu qətiyyən onları maraqlandırmır. Amma tay mən də özümü öldürməyəcəm ki, onsuz da indi kitab alan yoxdu. Kitab almaq istəyənlərin pulu olmur, pulu olanlar da kitab almırlar. Bir də havalar soyuyanda nədənsə işlərimiz yaxşı getmir. Görünür insanlar da soyuq havalarda kitabdan çox yeyib-içməyə və başqa şeylərə maraq göstərirlər. Amma buna da şükür. Birtəhər ailəmizi dolandırırıq və xəcalətli qalmırıq, günü sağ-salamat başa vururuq. Nə etmək olar. Xaqani dedi ki, bir də qanım ona görə qaralıb ki, mənə bu ay 88 manat işıq pulu gəlib. İndi kitab satmaqla gəl bu borcu ver görüm, necə ödəyirsən?
   
   Yenidən öz-özünə təsəlli verir: Allah qoysa kitabımı çap etdirəcəm və ondan qazandığım pulla bir çox məsələləri yoluna qoyacam. Bircə qalır səbr eləmək, səbr də bizdə çoxdur. Çünki səbri olan adamlar Allaha yaxın adamlardı. Allah səbrini geniş eləsin, ay Xaqani. Təki bütün işlərin kitabın çıxandan sonra qaydaya düşsün.


YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı
SON XƏBƏRLƏR
2018-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (64.29%)
Qaynana (35.71%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Tibb bacısı əlində iynə palataya daxil olur:
- Əliş dayı, oyan... xahiş edirəm oyan...
Xəstə güclə şirin yuxudan ayılıb gözünü ovxalayır:
- Nolub a bala, nə deyirdin?!
- Heç, yuxu iynəsi gətirmişəm, onu vurum, gedirəm.




digər lətifələr
ARXİV
FACEBOOK