viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | SƏKKİZ SAAT Adalet.az | SƏKKİZ SAAT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏKKİZ SAAT

29449    |   2009-08-01 00:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyəsən, oxucularım dözməli olacaqlar. Başqa cür mümkün də deyil. Bu ilki məzuniyyətimin zəhlətökən təəssüratları barədə silsilə yazılarımı oxumağa səbirsizlik göstərmələrini istəmirəm. Belə olsa, mən də onlardan inciyə bilərəm. Hesablamışam, ortabab həcmdə bir məqaləni oxumaqçın mənə cəmi beş dəqiqə kifayət edir. Onlar da oxusunlar on dəqiqəyə. Nə olar ki?... On il "Santa Barbara" serialına dözümlülük göstərən millətin əlində bu nədir ki? Eşitdiyimə görə, filmin çəkildiyi ölkənin sakinləri də bizim bu səbrimizə heyran qalıblar. Elə düşünməyin ki, indi mən də acığa düşüb adamlarımızın səbrini sınağa çəkmək istəyirəm. Yox, heç özümün belə boş-boş şeylərə nə vaxtım var, nə də həvəsim. Sadəcə, millətimin öz fəqir jurnalistinə azca sayğı göstərməsini istəyirəm. Məsələ burasındadı ki, bu günlər ərzində ömrümüzü necə qəlibə saldığımız və bu qəlibə də həvəslə öyrəşməyimiz mənə bir daha aydın oldu. Deyəsən, biz ancaq birinci sinfə gedənəcən sərbəst oluruq, axı. Elə ki, yeddi yaşın tamamında ayağımızı məktəb qapısından içəri qoyuruq. Əlvida, azadlıq! Bundan sonra məktəbdəkilərlə evdəkilər əl-ələ verib əlavə iki göz də satın alırlar ki, biz binəvaların hər addımını izləsinlər. Bilmirəm, bunca nəzarət lazımdı ya yox, bircə onu bilirəm ki, belə eləməsəydilər, biz də məktəblə ev arasındakı yoldan sapıb çox əyri-üyrü yollara düşə bilərdik. Gərək ki, doqquzuncu sinifdə oxuyurduq, məktəb direktoru sinfimizə girib dedi ki, bu dərs ilində bir gün də evdə qalmayan varsa, əlini qaldırsın. Lap son illərə qədər fəxr edirdim ki, həmin gün təkcə mən əlimi qaldırmışdım. Həyatında məktəbə getməkdən və müəllimlərin tapşırıqlarını canla-başla yerinə yetirməkdən başqa maraqlı bir şeyi olmayan kənd qızı özgə daha nəynən öyünə bilərdi ki?...
   
   Bu günlər özümü dərsdən qalan şagird kimi hiss edirəm. Məsələ burasındadı ki, yaşadığım binanın işdə olduğum anlarda keçən saatları mənə çox darıxdırıcı və qəribə görünür bu günlər. Sanki bura tamam başqa bir yerdən gəlib düşmüşəm. Aran yerinin toz-torpağından qorunmaqdan ötrü qapı-pəncərələri bərk-bərk örtən qonşularımdan fərqli olaraq dörd bir tərəfə açıq olan mənzilimdən bütün saatlarda şəhərin uğultusu içəri dolur. Gözümə yuxu dolunca, belə davam edir. Aşağı mərtəbədəki qonşum sanki məni gözləyirmiş. Evində möhkəm təmir aparır. Saat doqquz olmamış güppagup, tappatap, divarların qaşınmasından qalxan ətürpədici səs beynimə dolur. Kimsə pilləkəni qaça-qaça çıxır və ya düşür. Ürəyim əsir, görəsən, nə baş verir?! Heç nə. Sən demə, kiminsə, tələsik işi varmış. Yaxüd, nəyisə yadından çıxarıb evdə qoyubmuş. Kimsə aşağıdan boruları döyəcləyir. Balkona çıxıb baxıram. Azı yüz kilo ağırlığında qarayanız arvad süd-qatıqla dolu sumkasını tut ağacının kölgəsinə qoyub müştərilərini səsləyir. Yaxşı ki, mənim heç üzümü də görməyib. Qapı arxasından səs gəlir, uşaqlar xısın-xısın nəsə edirlər. Hə, indi aydın oldu ki, hər gün işdən qayıdanda gördüyüm ayaq altına tökülmüş konfet kağızları, meyvə tumları kimin işiymiş. Uşaq da olsalar, bilirlər ki, bu mənzilin sahibi evdə yoxdu, deməli, bu qapının ağzını zibilləmək olar. Biz beləyik, axı. İrsi xüsusiyyətimizdi. Çəpəri, gözətçisi olmayan bağ-bostanın yanından nə vaxt qənimətsiz keçmişik ki?! Yuxarıdakı qonşunun televizoru heç vaxt söndürülmür, deyəsən. Özüm gündüz televizora baxan deyiləm. Dünya özü ağappaq ekrandı elə mənimçin. Maraqlı və gözəl olan nə varsa, hamısı da onun qoynundadı. Bir də hava qaralanda, yəni, kainatın ekranı qapananda televizoru açıram. Onu da istəsəm. Başqalarının məzmunsuz, bayağı həyatını seyr eləməkdənsə, pis-yaxşı öz ömrünü yaşamaq daha önəmlidi fikrimcə.
   
   Yəqin, alın yazımdı- iş yerim həmişə evimə yaxın olub. Çoxlarının fikrincə bu, yaxşı haldı. Bəziləri də deyir ki, yox, hər səhər bir-iki kilometr piyada yol getmədin, nə ləzzəti. Mənsə, qəti bir söz deyə bilmərəm. Deyəsən, elə ikisi də yaxşıdı. Bəzən vacib olanda, ya işarası, ya da bir-iki saat evə tez gəlməli olsam, özümü çox narahat, hətta kədərli hiss edirəm. İş vaxtı qurtarmayınca gərginliyim keçib getmir. Yəqin, bu da mənim qəribəliklərimdən biridi. Bəlkə başqalarında da bu hisslər var, amma mən lap ağını çıxartmışam bu xırdalıqlarnan. Bir də saat altıdan sonra sanki əl-qolumu kəndirdən açıb buraxırlar, mən də rahat nəfəs alıram. İndi də beləyəm. Bilirəm ki, qanuni məzuniyyətdəyəm. Bu 36 gün də öz ixtiyarımdadı, necə və harada istəsəm, keçirə bilərəm. Yenə də sakit olmuram. Yəqin harasa getmək lazımdı. Buna imkanım yoxdu. Qabaqcadan planlaşdırsaydım, bəlkə nəsə alınardı.
   
   Uzun illərdi istəyirəm ki, kəndimizdə öz evim olsun. "Ev" sözü bir az yekə çıxır, lap elə bir daxmam olsun. Bunu xəyalımda canlandırmaqdan belə hədsiz zövq alıram. Amma hələ ki, arzuma çata bilmirəm. İndi bildiniz, yuxarıda " fəqir jurnalist" ifadəsini niyə işlətdim?! Milli mətbuat günümüzdə televiziya kanallarımızın birində cənab Amaşov dedi ki, Türkiyədə bir köşə yazarının illik qazancı yarım milyon dollardı, həmçinin Boğazlarda ev alanların arasında kifayət qədər jurnalist olduğunu öyrəndim. O tərəfdən aparıcı da əlavə elədi ki, ABŞ-da. Daha ardını yazıb nə özümün, nə də sizlərin qanını qaraltmaq istəmirəm. Doğulub böyüdüyüm ərazidən 12 sot torpaq sahəsi məndən ötrü qəhətə çıxıb, daha doğrusu, o torpaqların "yiyələri" bu işi müşkülə çeviriblər. Üstəlik, bildirim ki, mən həm də dövlət qulluqçusuyam.
   
   ***
   
   
   
   Yenə, Allah bərəkət versin səkkiz saatlıq işimizə. Sən demə, bu səkkiz saat adi bir zaman kəsiyi deyilmiş. Uğrunda qanlar tökülən, camaatın günlərlə barrikadalar qurub küçədə yatdığı, qanuniləşdirilməsini və lazımınca dəyərləndirilməsini tələb etdiyi yaşam qarantıymış. İxtiyarımızda olan və olmayan, ağalığını və nökərçiliyini elədiyimiz, bəzən darıxdığımız, bəzən də mövcudluğuna şükranlıq yağdırdığımız ömür parçamız. Bir parça çörəyimiz, minnətsiz ömrümüz, halal zəhmətimiz, dik başımız. Onsuz da bütün istəklərini reallaşdıra bilməyən insan anlayır ki, başqa cürəsi bəlkə də daha maraqsız olardı. Onu da anlayır ki, bu səkkiz saatın hər anından səmərəli istifadə edə bilmir. Özündən asılı olmayan səbəblərə görə. Hamı eyni dərəcədə, eyni səy və məhsuldarlıqla işləyə bilmir. Çoxları buna ya qadir də deyil, ya da səy göstərmir. Özündən başqa üç-dörd nəfərin əvəzinə işləyənlər də var, müxtəlif üsullarla baş girləyənlər də. Bir parça çörək hamı üçün olsa da, haqq və ədalət hamı üçün deyil. Bunun səbəbini və baiskarını da özgə yerdə axtarmağa ehtiyac yoxdu. Öz içimizdə, öz aramızdadı haqsızlar, haramyeyənlər, gözügötürməyənlər, bədxahlığı özünə peşə edənlər və onların havadarları. Kiminsə xeyrinə dodaq tərpətmək, döyüləni, söyüləni heç olmasa, Tanrı rizasına sovunmaq çoxdan dəbdən düşüb. Birdən işin içindən iş çıxar, deyərlər, sən filankəsi niyə qorumaq istəyirsən?! Lap yaxın zamanlarda adamlar başqasına arxa durmaqdan, qanadı altına almaqdan zövq alardılar, bunu özlərinə insanlıq borcü bilərdilər, indi öz kölgələrindən belə qorxurlar.
   
    Nə olur-olsun, çarə yenə də işləməyə qalır. İşsizlik bütün bəlaların nədəni olduğu kimi, işləmək də çox dərdləirn, hətta xəstəliklərin də dərmanıdı. Görəsən, təkamül nəzəriyyəsinə görə Darvini niyə hoydu-hoyduya götürürlər? Bunun əksini kim sübut eləyə bilib ki? Amma Engels ona haqq qazandıraraq yazırdı ki, əmək meymunu insana çevirdi. Həmin məşhur əsərində deyirdi ki, bekarçılıqdan darıxan dənizçilər gəmidəki tutuquşulara elə söyüşlər öyrətmişdilər ki, onlar ( yəni tutuquşular) öz söyüşləriylə Almaniya bazarlarında göyərti satan arvadları belə utandıra bilərdilər. Deməli, zəhmət eybəcər heyvanı gözəl insana çevirə bilirsə, görün bekarçılıq insanı necə iyrənc bir varlığa döndərə bilər. Sözüm nə yaman uzandı. Deyəsən, axı, bu da işsizlikdəndi. Amma qorxum əbəs imiş. Sən demə, bekarçılıqdan filosofluq da eləmək mümkünmüş.
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-08-22
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (75%)
“Linfild” (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK