hacklink Adalet.az | VAHİD SALAM DEDİ Adalet.az | VAHİD SALAM DEDİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

VAHİD SALAM DEDİ

Gözdən uzaq olanda

23709    |   2008-09-20 02:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İş günü yenicə başlamışdı. Mobil telefonuma zəng gəldi. Sanki fəhmlə hiss etdim. Mütləq Vahid olacaq. Fəhmim düz çıxdı. Eynəyimi gözümə taxıb telefonun ekranına baxanda orda mənə doğma olan adı oxudum:
   - Vahid Əlifoğlu.
   Bəli, o, tez-tez zəng çalır. Halımı soruşur, uşaqlarla maraqlanır, günümdən-güzəranımdan xəbər tutur və daha çox da "Ədalət"in hər nömrəsi barədə fikirlərini deyir. Hətta bəzən məni əməlli-başlı danlayır da. Deyir ki, filan yazını niyə vermisən? O yazı oxucuya nə verə bilər ki? Və yaxud da filan yazıdakı şəkil heç mətnlə uyğun gəlmir. Və arada bir də yaxınlardan ölüm-itim olanda təvəqqe edir ki, onun da adından başsağlığı yazım. Lap sonda "dostlara", "uşaqlara salam de" söyləyir.
   Artıq yaxşı bilirəm "dostlar", "uşaqlar" deyəndə kimləri nəzərdə tutur. Ona görə də nə vaxt onun nəzərdə tutduğu "dostlarla", "uşaqlarla" qarşılaşıramsa, yerindən, məqamından asılı olmayaraq, salamını çatdırıram. Bir dəfə Vahidin salamını Tofiq Abdinə yetirəndə dərhal soruşdu ki, mobil nömrəsini dəyişib, yoxsa yox... Sonra özü də öz fikrini təkzib etdi və yanımdaca Vahidə telefon açdı, hal-əhval tutdular. Düzünü deyəcəm. Bu cür istiqanlılığı Ceyhun Musaoğlu da bir neçə dəfə Vahidə qarşı nümayiş etdirib. Oqtay Salamov isə mən Vahidlə danışa-danışa səsini qaldırıb söhbətimizə müdaxilə edib, salamlarını göndərib.
   Bütün bunları bilirsiniz niyə yazıram? Ona görə ki, Vahid ədəbi mühitin, mətbuatın "qıtlığını" çəkir, qəribsəyir tez-tez söz adamları üçün, qələm adamları üçün. Ona görə də içindəkiləri yalnız kağıza köçürməklə, qələmə almaqla özünə təsəlli verir. 3 saylı şəhərcikdə özünün o balaca damının altında qızı ilə, xanımı ilə birlikdə həm özünü düşünür, həm ailəsini düşünür, həm də özünün dediyi kimi, "dostlarını", "uşaqları" düşünür, həm də sabahımızı... Qarabağa gedən yolun açarının necə tapılacağını özünəməxsus şəkildə arayıb axtarır.
   Bu günlərdə qəribə bir hadisə oldu. Söz sözü çəkdi, söhbət gözdən, könüldən düşdü və məlum oldu ki, bəzən gözdən iraq olanlar könüldən də iraq olur. Çünki həyatın sıxıntıları, qayğıları, dolanbacları o qədərdi ki, bir parça çörək çıxıb "ceyran belinə". Və hər kəs də ailə-uşaq qarşısındakı məsuliyyətindən yaxasını çəkib bir kənarda dura bilmir. Bunu o adamlar bacarırlar ki, onlar kosmopolitdirlər və onlar üçün yalnız hər şeyin "onların düşüncəsi ilə uyğun gəlməsi, ona uyğunlaşdırılması" əsas şərtdir. Bir az da konkret desəm, yəni hər şey mənim üçün olsun, qalanları nə çəkir, necə çəkir özləri bilərlər. Təbii ki, duyğu, ürək adamları bu cür hisslərdən həmişə uzaq olublar. Onlar daha çox yaxın ətraflarından tutmuş cəmiyyəti düşünüblar. Bax, elə Vahid Əlifoğlu da həm üzbəüz söhbətlərdə, həm yazılarında, həm telefon söhbətlərində təkcə özünün yox, özünə simsar bildiklərinin həyatına da bir cavabdehlik məsuliyyəti daşıyır. Məhz ona görə də əli çatmayanlara, ünü yetməyənlərə salam göndərir.
   Azərbaycanın söz adamlarının, qələm əhlinin ümid yerlərindən biri də onlara "rəhbərlik" edən təşkilatdır. Amma nədənsə həmin təşkilatın da qaçqın taleyini yaşayan, yaşadığı taleyin bütün çalarlarını böyük SÖZə çevirə bilən Vahid Əlifoğlunun həyatından, məişətindən o qədər də xəbəri yoxdur. Təəssüf... Lakin Vahid heç bunun fərqinə də varmır. Çünki o, öz işini görür. Elə öz işini görə-görə də arada-bərədə salam da göndərir...
   Dünən də Vahid salam göndərdi - Rəşad Məcidə, Elçin İsgəndərzadəyə, Ceyhun Musaoğluna, Tofiq Abdinə, Oqtay Salamova, Hidayət Elvüsala, Etibar Cəbrayıloğuna... Təbii ki, Aqil Abbasa da. Və hər kəsə də uğur dilədi, "özünüzdən muğayat olun" dedi. Mən də həmin sözləri qarşılıqlı olaraq onun adına ünvanladım. Bu, söz mübadiləsi deyildi. Sadəcə və sadəcə bir dəyərli söz adamının özünə doğma bildiklərinə xoş arzuları və onun qarşılığı idi. Mən də yazının bu yerində nöqtə qoyub redaksiyanın dəhlizinə çıxıram. Qarşıma ilk çıxan Ceyhun Musaoğlu oldu:
   - Ceyhun, Vahid salam dedi.
   - Əleyküm salam...
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK