hacklink Adalet.az | BODUN Adalet.az | BODUN Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BODUN

19895    |   2014-12-27 01:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır



Özümüzün on iki heyvanlı təqvimimizi buraxıb, artıq mənimsədiyimiz qərbin miladi təqviminə görə 2014-cü il ilə vidalaşırıq. Digər tərəfdən qərbin təqvimini niyə ki mənimsəməyək, "qonşunun toyuğu qonşuya qaz, gəlini qız görünər" sözünü babalarımız yaratmayıb? Deməli, özgələrə məxsus olan dəyərlər tarix boyu bizim üçün daim maraqlı olub. Bu anlayış tarix ərzində xalqlarımıza bir tərəfdən yaxşı digər tərəfdən isə pis təsir bağışlayıb. Həmişə özümüzünkünə o qədər də fikir verməmişik, yoxsa "çıraq dibinə işıq verməz" sözü yaranardı mı? Belə etməsəydik yəniliklərdən kənarda qalmazdıq, axı dünyada təkcə biz yaşamırıq?.. Sonra "Evdə bişməyib, qonşudan gəlməyib" sözü də həmişə yeniliyə can atmağımız fikrini şərh etmir ki? Elə bu əhvali-ruhiyyədə və bu fikirdə olduğumuzdan elin təqvimi bizə maraqlı gəlib, özümüzünkünü buraxıb onu götürüb mənimsəmişik. Yadlar özününküləri beynəlmiləlləşdirib, biz isə özümüzünkünə yadlaşmışıq...
Bu ili yola salırıq, yəni uşaqlarımız və cavanlarımız bir il böyüyür, yaşı əllini ötənlərimiz isə bir il daha qocalır. Allah sənə min rəhmət eləsin böyük şairimiz Bəxtiyar Vahabzadə...
"Yoxsa qocalıram mən yavaş-yavaş".
Hər bir şey qocalır, ancaq həmişə canlı və diri qalan zamandı, çünki Tanrı ona böyük bir qüdrət bəxş edib və heç bir kəsin zoru da ona çatmır, çatada bilməz.
Ululardan ulu, yazılmış tarixlərdən də qədim olan xalqımız, neçə-neçə qərinələri yorub yola salıb, şükür Allaha ki, dövlətçiliyimiz hələ də yaşayır və inşallah da yaşayacaq. Tarixi biz yaratmışıq, ancaq onu yazmaq hələ də bizə qismət olmayıb, inşallah bir gün olar. Bugünkü yazımda yenə ictimai qurğumuza üz tutub qədim tariximizdə öz sözünü demiş "bodun" haqda öz fikirlərimi və mülahizələrimi siz əzizlərimlə bölüşmək istəyirəm.
Bodun, boylar birliyi mənasındadı. Biz Türklərin qədim ictimai anlayışımızda boylardan bir pillə yuxarıda "bodun" dayanırdı. Bodunun başında "xan" titulunu daşıyan bir idarəçi (yönətici) olardı. Bodun, daha çox siyasi mənada bir təşlikat idi. O bəzən müstəqil, bəzən də bir dövlətə bağlı ömür sürürdü, yəni vassal olurdu. Boy ilə bodunu bir-birindən fərqləndirən ən ümdə prinsip boylarda dil və soy birliyi əsas olduğu halda bodunda bu xüsusiyyətin olmamasıdı. Yəni bodunun tərkibində xarici xalqlardan olan və yad dillərdə danışan insanlar da yaşaya bilirdi. Mənim fikrimcə imperiya anlayışının özülünü də bu ictimai-siyasi qurğu yaradıb. Ən qədim dövrlərdə bodun, Türk xalqları arasında ilkin siyasi birlik huviyyətini qazanıb. Boyun böyüyüb hərbi gücünün artmasından sonra birliyin və iqtisadi vəziyyətin qorunması üçün bəyin mənsub oluğu ailə tayfa "sülalə" vəsfini qazanıb və dövləti bu xanədan, yəni bu tayfa idarə edib. Nadir hallarda isə seçkiyə üz tutulub. Görünür bodun daxilindəki yadların əksəriyyəti təşkil etməsi və hərhansı seçki aparılması halında hakimiyyət cilovunun özgələrinin əlinə keçməsinə səbəb olar deyə dövlət rəhbərini seçmə işi buraxılıb, yəni demokratiyadan imtina edilib. "Zamanə sənə uymursa sən zamanəyə uy" sözü də mənə görə bu səbəbdən yaradılıb.
Nümunə üçün desək, Osmanlı İmperiyasının əhali sayı 60 milyon qədərdi, türklərin sayı isə ancaq 13-14 milyon ya olar və ya olmazdı. Dövlət rəhbəri səçkiylə təyin olunsaydı imperiyanı Türklərin əvəzinə özgə xalqlara mənsub şəxslər idarə edərdi. Osmanlı xanədanı kimi sülalələrin həmişə hakimiyyətdə qalmasına səbəb olan anlayış bu səbəblə yaradılıb, bununla da dövlətçilik qorunub. Bodunlarda görülən bir digər xüsusiyyət isə bəylik səlahiyyətinin "xanlıq" üçün məhdud hala gətirilməsidi, yeni bey xana tabe idi.
Hökmranlıq hüququnu əlində saxlayan, dövlətdən birinci səviyyədə məsul olan uzun ömürlü xanədanlar ailəsinin yaradılması qədim Türk dövlət gələnəyində yeniliklərin qəbul edilməsiylə birgə özünü göstərib.
İndiki vaxta Türk xalqlarında dövlət rəhbəri seçkiylə təyin olunur, mənə görə düzü də budur. Əgər indiki vaxtda ailələrin və xanədanların dövlətə hökmran olması məsələsi vardırsa, bu anlayışı yaxşıdırmı, pisdirmi, onu gələcək nəsillər təyin edəcək, gələcək tarixçilər yazacaqdı.
Yeni iliniz mübarək.
Mən özümə bu təbriki çox görürəm, çünki Qarabağım, İrəvanım əsarətdədi...



YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK