warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | SU QUYUSU... ZİNDAN... QƏFİL YAܭIŞ Adalet.az | SU QUYUSU... ZİNDAN... QƏFİL YAܭIŞ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SU QUYUSU... ZİNDAN... QƏFİL YAܭIŞ

Olmuşlar və olacaqlar barəsində hekayəvari

22662    |   2008-05-31 01:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onlar şərtləşdikləri yerdə görüşdülər. Məqsədləri bu istirahət gününü şəhərin görməli yerlərinə həsr etmək idi. Elə də etdilər. Keçmiş "Bakı Soveti" metrosunun qarşısında bir anlıq tərəddüddən sonra metronun arxasındakı Qala qapısından içəri keçdilər. Yanaşı addımlayırdılar və bu addımlar onları bu gündən qoparıb keçmişə, əsrlərin arxasına aparırdı. Qədim şəhərin darısqal küçələri, dalanları və bu küçələrə açılan həyət qapıları adamda qəribə duyğular oyadırdı. Sanki bu qapıların o biri üzü çox uzaq, əlçatmaz bir dünya idi. Və elə ona görə də istər-istəməz adamı özünə çəkir, hətta az qala keçmiş zamanlarda qapıları döymək üçün asılmış xüsusi ağac parçaları da səndən nəsə umur. İstəyir ki, əlini uzadıb o qapını döyəcləyəsən. Bax bu duyğuların içində yanaşı addımlayan iki insan əslində o tarixi qədimliyin arxasında az qala itib-batır, eyniləşirdilər.
   Maraqla ətrafı seyr edə-edə "Şirvanşahlar" sarayının giriş qapısına gəlib çatdılar. Oğlan yaxınlaşıb gözlüyün arxasında oturmuş xanımdan giriş üçün bilet aldı. Başqa vaxt olsaydı biletin qiyməti oğlanı narazı salardı. Amma indi heç nə demədi. Sanki elə belə də olmalıymış. Bəlkə də özünü qızın yanında sındırmaq istəmədi. Digər tərfədən bu gün maaş da almışdı, cibində xərcləməyə pulu vardı. "Şirvanşahlar"a daxil oldular. Bu qədim sarayın möhtəşəmliyi, əzəməti adamda heyrət doğururdu. İçəridə təkəm-seyrək yerli seyrçilər və turistlər var idi. Əcnəbi ölkədən gələnlər daha çox sarayın memarlıq işlərinə maraq göstərir, onun müxtəlif profillərdən şəkillərini çəkirdilər. Bax, bu maraq dünyasının içində onlara qəribə gələn o idi ki, xarici turistlərin uşaqları da yaşlarından asılı olmayaraq onlara gidlik edənə müxtəlif suallar verir və nə isə öyrənməyə çalışırdılar.
   Bu mənzərəni seyr edən qız bir acı təəssüflə üzünü oğlana tutdu:
   -Görürsən də xaricilərin uşaqları da hər şeylə maraqlanır, öyrənmək istəyir. Bizimkilər isə Allah bilir nə ilə məşğuldurlar.
   İradda müəyyən həqiqət olsa da, amma bu həqiqətin bir tərs şilləsi daha çox valideynlərə, bizlərə aid idi. Çünki uşaqları tariximizlə, muzeyimizlə bizlər maraqlandırmalıyıq. Onlar sarayın divarları arasında özlərini çox-çox uzaqlarda hiss etdiklərindən bir daxili rahatlıq yaşayırdılar. Qız həmişəkindən fərqli olaraq indi onları kimlərinsə qoşa görəcəyindən ehtiyat etmirdi. Bunun səbəbi oğlana da bəlli idi. Onlar yaxşı bilirdilər ki, tanışlarından heç kəslə burda rastlaşmaq mümkün deyil. Odur ki, bəzən özlərini unudub əl-ələ də tuturdular. Qaranlıq dalanları, darısqal pilləkanları qalxanda oğlan ərklə qızın əlindən tutur və ona bir az da yaxın olurdu.
   Bu da "Şirvanşahlar" qalasının içərisindəki quyu. İkisi də maraqla quyuya tərəf əyildilər və eyni vaxtda bir-birindən xəbərsiz quyuya baxmaq istəkləri onları baş-başa gətirdi. Oğlan dərhal qızdan üzr istədi. O da şirin bir təbəssümlə "eybi yox, o qədər də bərk ağrımadı"- dedi. Bu bir anın "toqquşması" hər ikisinin damarlarından isti bir cərəyan keçirtdi. Və bir-birinin baxışlarının eyni nöqtədə birləşməsi qızın yanaqlarına qəribə bir təbəssüm, qızartı hopdurdu.
   Bu da şahın zindanı. Aşağıya doğru uzanan pilləkanla zirzəmiyə düşürlər. Qaranlıqda göz-gözü seçmir. Əslində bu, ilk anda yaranan təəssüratdı. Gözləri qaranlığa alışandan sonra içərini əməlli-başlı görmək mümkün olur və bu darısqal zirzəmidə qız qəflətən başını qaldırıb tavana baxmaq istəyir. Həmin an divarın küncünə toxunan alnının ağrısından elə ufuldayır ki, səsi zirzəmidə əks-səda verir. Oğlan tez onun əlindən tutub açıq havaya çıxarır. Qızın alnı əməlli-başlı göyərib. Bir qorxu, bir təlaş, həm də bir macəra axtaran marağı hər ikisini eyni cür düşünməyə məcbur edir. Qız:
   - Soruşsalar nə deyəcəm?
   Oğlan çiyinlərini çəkir və sonra "deyərsən ki, marşrutda olub". Hər ikisi bu yalana gülürlər. Elə bil ki, bununla da ağrı-acı çəkilib gedir. Onlar Qala divarının dibindəki ağacın altında qoyulmuş sınıq-salxaq skamyada əyləşirlər. Qız başını oğlanın çiyninə söykəyir və burada bu Qala divarları arasında min il əvvəl yaşanmış sevgilərdən, görüşlərdən, yaşanan anlardan danışırlar. Bildiklərini, eləcə də fərziyyə etdiklərini bir-birinə söyləməklə özlərini o günlərə qaytarmağa çalışırlar. Qız qədim dövrün gəlinlik paltarından, oğlan isə Qala divarı dibində dayanıb onun keşiyini çəkən döyüşçü qiyafəsində. Bu bənzətməyə hər ikisi gülür.
   Qəflətən ilin bu fəslinə uyğun gəlməyən yağış başlayır. Onlar tələsik qalanın yağış tutmayan küncünə üz tuturlar. Yağış getdikcə güclənir. Getməkdən başqa çarə qalmır. Qız əməlli-başlı islanıb. Saçlarından süzülən yağış onun görkəminə qeyri-adi bir yaraşıq verir. Bu yaraşıq bəlkə də rəssamlar üçün əsl natura üçün mənbə ola bilərdi. Təəssüf ki, oğlanın rəsm çəkmək qabiliyyəti yox idi. O, yalnız həmin şəkli gözlərinə, ürəyinə çəkə bilirdi.
   
   P.S. Uzun illər sonra o günləri xatırlayanda qız balaca əl çantasının içərisindən "Şirvanşahlar" muzeyinin biletini çıxardıb oğlana göstərdi. Həmin günlərin əl boyda yadigarı onlara çox şeyləri xatırlatdı.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK