Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | GÜNLƏR VARDI... Adalet.az | GÜNLƏR VARDI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜNLƏR VARDI...

23521    |   2007-10-06 04:38
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet dövrü mətbuatının siması çoxumuzun yadındadı. Bədii nəşrlərdən başqa, yerdə qalanları əsasən sənaye və kənd təsərrüfatından bəhs edən yazılar verilirdi. Reallıqla heç bir əlaqəsi olmayan fikirlər, şişirdilmiş rəqəmlər oxucunu bezdirmişdi.Elə portret oçerkləri, zarisovkalar yazırdıq ki, haqqında danışılan adamı nəinki qohum-qardaşı, heç özü də tanıya bilmirdi.Mülkədarın oğlu muzdur oğlu, kolxoz sədrinin qızı çoban qızı kimi təqdim edilirdi.Sən demə, bu millətdə heç bir özgə silkin nümayəndəsi- bəy, xan, tacir, ziyalı yoxmuş... Ərzaq dükanlarında camaat ət, yağ növbəsinə duranda biz qəzet səhifəsində bir kolxoza bir rayonun əhalisinə yetdik ət tədarük etdirir, sağıcılara ildə hər inəkdən 4 min litr süd sağdırırdıq. Oxucuların giley-güzarı da yadımdadı: "Nə qədər pambıqdan, taxıldan yazılarmış bu qəzetdə..."
   
   İmperiyanın dayaqları laxlayan kimi "can qardaşlarımız" əsrlərdən bəri torpaqlarımıza qıcadıqları yırtıcı dişlərini daha gizlətməyi lazım bilmədilər, açıq- aşkar hücuma keçdilər. Müharibə, şəhidlər, talan edilib yer üzündən silinən şəhər və kəndlərimiz, erməni vəhşilikləri, qaçqın və köçkünlərin zilləti... İndi də bunlar qəzet mövzusu oldu... Bunlar da, təbii ki, həm yazanları, həm də oxuyanları tezliklə yordu, bezdirdi... Cəmiyyəti nostalji bürüdü...
   
   Neçə il bundan qabaq məşhur telejurnalist Mais Məmmədovun bir söhbətində dediyi sözləri unuda bilmirəm: "Əvvəlki tək bir təsərrüfatdan pambıq, taxıl yığımından reportaj verməyi elə istəyirəm ki" Bu ilki mətbuat günündə vaxtilə işlədiyim rayon qəzetinə ünvanladığım bir-iki cümlədə mən də qarış-qarış gəzdiyim tarlalar, zəmilər, fermalar üçün burnumun ucu göynədiyini yazmışdım. İradə xanım Tuncay da telefonda kənd həyatından bəhs edən yazılardan ötrü burnunun ucunun göynədiyini dilə gətirdi. Yəqin belələri çoxdu. Mən də o burnunun ucu göynəyənlərin xoş xatiri üçün kəndin dünənindən və bu günündən bir yazı hazırlamaq istədim.
   
   Mais müəllimin haralı olduğunu bilmirəm. İradə xanım şəhərdə böyüyüb. Mən kəndçi qızıyam və gördüklərimi, duyduqlarımı, yaşadıqlarımı yazmaq istəyirəm. Görək, o günlərdən ötrü burnumuzun ucunun göynəməsinə dəyərmi?!
   
   Məsəl var,deyirlər, kor atlanıb öz ölkəsini çapar. Mən də "çapqınlığa" öz kəndimizdən-Hacıqabul rayonunun Kolanı kəndindən başlamaq istəyirəm... O zaman kəndimiz Sabirabad rayonunun tərkibində idi.Beş kənd bir kolxozda-"Şirvan" kolxozunda birləşmişdi.Kolxozun taxılçılıq, pambıqçılıq,heyvandarlıq, yemçilik, sonralar isə bostançılıq briqadaları vardı. Kolxozumuz qabaqcıl deyildi, həmişə siyahıda axırıncı yerlərdən birini tuturdu. Bunun əsas səbəbi kəndimizin ucqarda, əldən-ayaqdan uzaqda yerləşməsiydi. Rayon rəhbərləri bura nisbətən az-az gəlirdilər. Ancaq təhkimçilərin gəlişi kənddə əməlli-başlı həyəcan yaradırdı.Uşaqlı qadınları da evdən çıxarıb tarlaya aparırdılar.Biri deyirdi: "Xəmir acıtmışdım, təndirə çörək bişirəcəkdim, mən qayıdıncan xəmir qıcqırıb qalxacaq" O birisi deyirdi: "Görürsən, sən Allah, nehrənin üstündən durğuzdular məni". Ancaq ürəklərində sevinirdilər; çoxdan görmədikləri tay-tuşlarını görüb o ki var söhbət edəcəkdilər, axı...
   
   Qonşu kəndlərin birində ibtidai, o birində səkkizillik məktəb vardı. Orta məktəb bizim kənddəydi, həm də evimizə yaxındı.Hələ aşağı siniflərdə oxuyanda bizi kolxozçulara köməyə aparırdılar.Körpə pambıq kollarının dibindəki alaqları əllərimizlə yoldururdular. Beşinci sinifdən pambıq yığımına qatırdılar. Olurdu ki, sentyabrın 1-ndə sinif otaqlarına girməmiş məktəbin həyətindən qaytarırdılar. "Gedin paltarlarınızı dəyişin, çörəkdən-sudan götürüb birbaş tarlaya". Pambıq sahələri kənddən xeyli uzaqda-çöl-biyabanda yerləşirdi.Səhərlər kolxozçularla bir yerdə yük maşınının kuzovuna minib sahəyə gedirdik. zümüzlə bir-iki butulka su, çörək, meyvə götürürdük. Maşının kuzovuna iki süd bidonunda içməli su qoyurdular. O da heç günortayacan çatmırdı.Sonra çöldə içməli su axtarırdıq. İçini qarğı-qamış basmış arxların dibindən su tapırdıq.Qamışları aralayan kimi mığmığalar vığıltıynan qalxıb ağzımıza- burnumuza dolurdu.Su duru, sərin olsa da içində qurdlar qaynaşırdı. Əlimizlə suyu çalxalayırdıq ki, qurdlar suyun dibinə qaçsınlar, biz də butulkalarımızı doldurub sərin, duru sudan doyunca içək. Axşam da yük maşınının kuzovundan xeyli yuxarı qalaqlanmış pambıq xarallarının üstündə qapanın yanına gəlirdik. O kələ-kötür,neçə-neçə arxların, kanalların üstündən, böyründən keçən torpaq yollarda pambıq xarallarının üstündə atılıb düşə-düşə, valay vura-vura gəlməyimiz yadıma düşəndə indi az qalır ürəyim dayansın.Amma o zaman qorxmurduq. Uşaqlığın romantikası da yəqin elə adamın heç nədən qorxmamasında, heç nəyin axırını düşünməməsindədir. O vaxt uşaq olmayan valideynlərimizin ağlı hardaymış, görəsən? Yəqin onların da öz romantikası varmış...
   
   Kənddə baş verənləri, ölüb-itənləri axşam evə qayıdanda eşidirdik. Axşamüstü sahəyə yığılmış pambığı daşımağa gələn sürücü xəbərlər gətirərdi. Bəzən şad xəbərlər də olurdu.Deyirdi ki, kəndə kino gətiriblər, ya da oxuyanlar gəliblər. Həmin günlər pambıq çəkiləndən sonra maşını birbaşa kolxoz binasına sürürdü. Biz də acqarına, toz-torpaq içində elə maşının kuzovundan hind filmlərinə baxıb kövrəlir,paytaxtda, rayon mərkəzində tanınmayan çalıb-oxuyanlara sidq-ürəkdən əl çalırdıq.
   
   Hər ayın axırında elə qapanın yanında kilosu 5 qəpikdən pambıq pullarını verirdilər.
   
   Havalar soyuyurdu, tez-tez yağış yağırdı.Bizsə hələ məktəbə getmirdik. Sinfimizin oğlanları tarlada od qalayırdı, əllərimizi qızdırırdıq. Birinci rübün axırında- bütün Sovetlər ölkəsində 7 Noyabr- Böyük Oktyabr sosialist inqilabının ildönümü qeyd olunandan sonra dərsə gedirdik. Müəllimlər ikinci rübdə birinci rübün də proqramını "belimizə yükləyirdilər". İnstitut və texnikumlara qəbulda isə kənddən gələn abituriyentlərə heç bir güzəşt olunmurdu.
   
   Gürcüstanlı tələbə yoldaşım Sabirabadın Muğan tayına dostugilə qonaq gedibmiş.Sonra dəhşətlə mənə danışırdı": Siz orada necə yaşayırsız? Gözümlə gördüm, milis bir hamilə qadını döyə-döyə pambıq yığmağa aparırdı".
   
   O zaman kolxoz və sovxozlarda əsas təsərrüfat sahəsi pambıqçılıq idi və bu sahənin də bütün ağırlığı kolxozçu qız-gəlinlərin üzərinə düşürdü. Gün çıxmamışdan hava qaralanacan qıçını qatlamadan, belini düzəltmədən başıaşağı sahəni əldən salıb 200-250 kiloqram pambıq yığan qızlar tanıyırdım. Onların heç biri nə qəhrəman oldu, nə Lenin ordeni aldı, nə də deputat oldu. Bu titulları almaqdan ötrü o zamanın da özünəməxsus "sınaq"ları vardı...
   
   Qəzetdə işləyəndə gördüm ki, pambıq yığılanda rayon adamı da elə kolxozçular qədər əziyyət çəkir.Hər işin ahəngi pozulurdu.İdarə və təşkilatları, məktəbləri bağlayıb işçiləri, müəllim və şagirdləri, hətta işləməyən evdar qadınları da pambığa aparırdılar. Redaksiya işçiləri deyirdilər ki, əvvəllər biz də gündüzlər pambıq yığır,axşamlar qəzet çıxarırdıq. Kənddən də heç kəsi rayon mərkəzinə buraxmırdılar. Küçədə tək-tək adam görəndə təəccüblənirdin. Lap İkinci Dünya Müharibəsi dövründəki arxa cəbhəni xatırladırdı. Univermaq və mağazalar axşam saat 8-də, 9-da açılırdı. Hər səhər mərkəzi meydandakı dirəyə vurulmuş radiodan pambıq yığımı barədə məlumat veriləndə elə bilirdin Levitan cəbhə xəbərlərini oxuyur.
   
   Axırda Məhsul bayramı olurdu. Sifətinə ləkə düşmüş, əl-ayağı təndir kösöyünə dönmüş qız-gəlinlərə güldan, maqnitofon, uzaqbaşı xalçadan-zaddan verirdilər. Maşın alanlar da olurdu.Hədiyyələrin qiymətlisini isə məmurlar ya evlərinə aparır, ya da alverçilərə verib satdırırdılar. Bir sözlə, sözün məcazi yox, hərfi mənasında xalqın başını pambıqla kəsirdilər.
   
   Yəqin oxucu deyəcək ki, yəni o vaxtlarda heç bir ürəkaçan şey yox idi?! Vardı! zü də lap çox! Kolxozçular ilbaşına xeyli pul, taxıl alırdılar. Bağda, bostanda yetişdirdiklərini kooptorqlara satırdılar. İşıq sönmürdü, qaz kəsilmirdi,səhər-axşam dupduru su verilirdi.Ailələrin çoxu yayda Soçiyə, Kislovodska, Pyatiqorska dincəlməyə gedirdilər. Xalq o qədər yaxşı yaşayırdı ki, Şuşaya dincəlməyə gedənləri "çuşka" adlandırırdılar...
   
    Qırx ildən çoxdu kəndimizə işıq çəkildiyi. Elə o vaxtdan da kənd arvadları səliqəsini,kişilər ağızlarının dadını itirdilər. Samovar çayının, təndir çörəyinin, ocaqlıqda bişən çığırtmanın,plovun, dovğanın ətri ildən-ilə uzaqlaşan şirin xatirələrə döndü. Alüminium, plasmas qab-qazanlar, vedrə-ləyənlər mağazalardan bayıra daşdıqca arvadlar heç bilmədilər tabağı, samovarı, mis qazanı, tavanı, sərnici, badyanı, ərsini, səhəngi, aftafa-ləyəni hara tulladılar.Saxsı nehrənin ahəngdar loqqultusu daha qulaqları oxşamır, bardaqların sərin suyu yaddan çıxıb... İtirə-itirə gəlib çıxdıq bu günə...
   
   
   
   (Birinci yazının sonu)
   
   


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-10-19
2019-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (85.71%)
Pullsuz (14.29%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK