hacklink Adalet.az | BU ÜZÜ DÜNYANIN... Adalet.az | BU ÜZÜ DÜNYANIN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

BU ÜZÜ DÜNYANIN...

24650    |   2012-03-03 08:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sən də oxutmağa mahnı tapdın, ay cavan oğlan! Üstəlik, maşının qapısını da açıq qoyub girdin marketə. Ağlına da gəlmədi ki, başını qaldırıb marketin üstündəki mənzillərin pəncərələrinə baxasan. Baxasan və görəsən ki,... Görə bilməzsən. Necə görəcəksən?! Belə şeyləri gözlə görmürlər. İndi heç mən də səni görmürəm. Gecənin bir aləmində oxutduğun mahnının səsinə şirin (yuxular da həmişə şirin olmur ha!) ayıldım. Gecənin bu çağı oxunan nəğmənin həzinliyi günahlarını əhv etdirdi mənə. Maşının qapısı örtülmədi, açar cingildəmədi, başqa hənir də gəlmədi-bunlardan bildim cavanlığını, cavanlıqdan doğan laqeydliyini. Bu vaxta qədər bağlanmayan marketin açıq qapısından küçəyə düşən işığı kölgənlə necə yarıb keçdiyini də hiss elədim...
   
   O qədər sakitlikdi ki,... Dünyanın yarısını bürümüş gecədə bir mənim ürəyimin, bir də maşında "tək qoyub getdiyin qız"ın səsi eşidilir...
   
   
   
   Ölüm bu dünyanın o üzündədi.
   
   Bu üzü dünyanın güldü-çiçəkdi...
   
   
   
   Bilirəm, qəsdən seçməmisən bu mahnını. Diskdəki növbəti mahnıdı, o da hərlənib-fırlanıb gecənin bu saatında bizim məhəllənin payına düşüb. İki can arasında qalmışam: bilmirəm, səni qınayım, yoxsa minnətdar olum?! Deyəsən, axı, bu dünyada hər şey mümkündü. İnsanı saymadan, nəzərə almadan da ona yaxşılıq eləmək olarmış. Ya da əksinə, sevdiyin, əziz tutduğun birisini incidib bezdirmək çox asan bir iş imiş...
   
   Sən də belə edirsən. Saymırsan heç kəsi. İki-üç saat bundan əvvəl çağırılmış təcili yardım maşınından qopan benzin havadan hələ getməyib. Ürək dərmanının qoxusu da bloku bürüyüb. Bəlkə də o xəstə elə indicə dərindən bir ah çəkərək yuxuya getmişdi. Yuxuda öz cavanlığını, gümrahlığını, ağrımağın, yorulmağın nə demək olduğunu bilməyən bədənini görürdü. Sinəsinə çökmüş ölüm qorxusunu şirin yuxunun qoynunda əridirdi. Birdən ayılıb bu mahnını eşitsə...Doğrudanmı, səninçin fərqi yoxdu?! Hələ ikinci mərtəbədəki qadın... Neçə gündü gözünün yaşı qurumur. Həkim nəsə deyib ona... İnsan necə sürətlə sir-sifətdən çıxarmış. Bir az səsini alsaydın barı. Eşitməsə yaxşıdı. Heç bir təsəlli ağlına batmasa da, bu sözlər batacaq, bilirəm. Eşidəcək... və bu üzücü gecədə başını götürüb ayaqları tutduqca qaçmaq istəyəcək...
   
   Nə yaxşı ki, üçüncü mərtəbədəki qonşum bərk yatandı. Deyir, nə qədər dərin yuxuya getsəm də, yuxuda səhərəcən kəndimizi gəzirəm. Gəzib-gəzib evimizi tapıram. Görürəm işıqları yanmır, hər tərəfi zülmət qaranlıq bürüyüb. Dörd bir yanında bayquşlar ulayır. İstəyirəm əlimi uzadıb həyətimizin, sonra da evimizin işıqlarını yandırım. Gözlərim heç nə görmür. Əvvəl belə deyildi. Gecə Ay işığında belə həyətdə gəzən qarışqanı seçə bilirdim. Bu qaranlığın o qaranlıqdan olmadığını yuxuda da başa düşürəm. Əllərimi sürtə-sürtə axtarıram. Axı, hamısının yerini bilirəm. Hə, bax, budu, tapmışam. Ürəyim əsə-əsə barmağımı uzadıram. İndicə bir çıqqıltıynan canımı üşüdən qaranlığın bağrı yarılacaq, hər tərəf nura boyanacaq, ətrafı basmış qaramat uçub gedəcək.. Ev-eşiyimizi, həyət-bacamızı görəcəyəm. Görəcəyəm ki, hər şey qoyub getdiyimiz kimi qalıb. Çal-çəpərimiz, bağımız-bostanımız, həyət-bacamız. Hələ qonşularımız da evdədi, heç kəs heç yana getməyib. Bütün gördüklərim bir yuxu imiş, sən demə. Pis, dəhşətli bir yuxu...Barmağım toxunar-toxunmaz arxadan iki qolumu da bərk-bərk tutub qoymurlar. Dartınıram, çırpınıram, ürəyim partlamağa gələndə qəfildən ayılıram...
   
   Keşkə bu gecə həmin yuxunu görməsin qonşum. Qəfil ayılar və... bu mahnını eşidər...
   
   Sən də nə çox yubandın?! Gecənin bu saatında ya bir şüşə sudan, ya da bir qutu siqaretdən ötrü girərlər mağazaya. Sənin bazarlığın nə uzun çəkdi?! Oyatdıqlarını, ağlatdıqlarını can bazarında vuruşdurmaqdan ötrümü?!...
   
   Qapıbir qonşum hər gecə bu saatda azı əlli dəfə o üz-bu üzə çevrildiyi qor tökülmüş yatağından qalxıb arxa balkonda papiros çəkir.
   
   Hospitalda yaralı yatan oğlunun yanından gəldiyi üç gün olmaz. Uşağın anasından gizlədir çox şeyi. Ancaq kişilərə sirr gəldiyi mənim də qulaqlarıma çatıb. Deyəsən, o göyçək, mərifətli oğlan daha əvvəlki kimi yeriyə bilməyəcək...
   
   Hə, əzizim, dünyanın elə bu üzündə də iki dünya var...
   
   Gərək mağazaya girməmiş səsini kəsəydin o "maşındakı qız"ın. Yəqin indi içəridə tay-tuşlarınla ya futboldan danışırsan, ya da internetdə tanış olduğun qızlardan. O da yandırıb-yaxır, od tökür canına qulağı eşidənlərin. Bax, indi yuxarıda sinəsindəki qəm yükünü siqaret tüstünə qarışdırıb havaya buraxanların sən yaşda olanda belə imkanları yox idi. Sevdikləri gözəlin uzaqdan boyunu görməklə dünya qədər şad olurdular...
   
   Bu qədər ki, biganəsən, nədən oxudursan bu mahnıları?! O qədər şit, düşük mahnılar var ki,.. Axşamdan bəri yaşıdların guppuldada-guppuldada o tərəf-bu tərəfə keçirlər. Biz də eşidib əsəbləşirik, deyinirik. Amma deyəsən, elə belə yaxşıdı, axı... Hər halda bu mahnılar dərd çəkdirmir ...
   
   Sənsə bəxti yatıb kədəri oyaq olanların qəsdinə durmusan bu gecə. Yəqin Lermontovu oxumamısan. Haradan oxuyacaqsan?! Boş-boş işlərdən başınız ayılır ki?! Torpağı sanı yaşayasan, bəlkə də elə onun yaşdasan. Bilirsən, heç bir şair gecə oyaq qalan ağrıları onun qədər duymayıb məncə... "Mənim yatmış bəxtim, oyaq kədərim" deyirdi o dəliqanlı, yaraşıqlı oğlan...
   
   Elə bilirsən, işıqlar sönəndə dinclik, rahatlıq gəlir?! Beyinlərin, ürəklərin işığında oyananlardan, dirilənlərdən xəbərin yoxdu sənin. Əgər can yanğısının alovu görünsəydi qaranlıq pəncərələr qüruba enən günəşin şüaları kimi şölələnərdi...
   
   Yaxşı ki, çox şeylər gözlə görünmür...
   
   Gecə düşür...
   
   Susur bütün nəğmələr...
   
   
   
   Əli Kərimin şeiridi. Balaca oğlanlarına yazmışdı. Deyirdi ki, sizin ürəyinizdə gecələyir nəğmələr. Sənsə ürəklərdə yatan nəğmələri oyatdın bu gecə. Üz-üzə qoydun iki dünyanın adamlarını. Tez yuxuya gedib günün yorğunluğunu, ağrı-acılarını canından çıxarmaq istəyənləri məhşər ayağına çəkdin...
   
   Sonra da maşina minib getdin. Qızı da, mahnını da özünlə apardın...
   
   Ay da süzüb getdi həmişəki yerinə. Kürlə Arazın qovuşduğu yerdə gecələməyə...
   
   Bizi tək qoydu. Mahnı da, Ay da. Yuxusu qaçan adamın təzədən mürgüləməyi müşküldü. Sabaha az qalır. Uzaq həyətlərdə xoruzlar sözləşibmiş kimi qanadlarını şaqqıldadıb ağız-ağıza verdilər. Yenə sükut... Yuxunun şirin vaxtıdı... Amma çətin yatarıq bundan sonra. Bir nəğmə bir gecəmizi də belə oğurladı. Bir gecəlik kədərimizi də! Qoy oğurlasın! Nə eybi var? Hələ ki, dünyanın bu üzündəyik. Güllü-çiçəkli üzündə.
   
   Və... dünyanın bu güllü-çiçəkli üzündə təzə bir sabah açılır...


YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK