Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | ORALARDA KİMLƏR VAR: Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:

TARIK ALİ -2

16272    |   2008-05-28 00:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

FRANSADA BAŞLAYIB DÜNYANI SARSAN 68-ci İL HADİSƏLƏRİNİN ƏN ÖNDƏ GƏLƏN İSMİ və indi dünyadakı qloballaşmaya qarşı bütün nümayişlərin və mitinqlərin dəyişməz ismi Avropadan dünyaya səslənir.
   Yeni kitabında Çaves, Morales və Kastronun Latın Amerikasında yaratdığı sosialist dalğanı anladan Tarık Aliyə görə, kapitalizm artıq işləmir. Tarık Ali həm də deyib: "Əgər Türkiyədə yaşasaydım qızlarımın başını örtdürməzdim".
   Tarık Ali naşiri olduğu "New Left Review" (Yeni Sol Görüş) dərgisiylə yaratdığı sosialist mədəni mirası bir yana, 1968-ci illər Parisinin tələbə liderləri arasında Vanessa Redqrave və Daniel-Cohn Bendit ilə eyni sıralarda çıxışlarıyla, əllərində plakatlar gənclik həyəcanıyla da tanınan bir beynəlmiləl aktivist. Pakistan doğumlu, üç uşaq atası ateist bir britaniyalı olan Alinin agentliyi hər zaman iş başında. Ölkəsi Pakistan haqqındakı "Duello" adlı yeni kitabının çap hazırlıqlarını görən Tarık Ali yaxın günlərdə Parisə gedərək 68-lərin 40-cı il dönümündə yenidən anti-kapitalist şüarlarla çıxış edəcək. Ali "Qəraib Quldurları" romanıyla isə son illərdə, xüsusilə, Venesuela, Kuba və Boliviyada daha çox yayılan sosialist dalğanın mədəni və sosial araşdırmalarını aparır. Türkiyənin SABAH qəzetinin BAZAR əlavəsinə verdiyi intervyüdə bir şərq ölkəsi olaraq bizi də maraqlandıran bir çox məsələlər yer almışdır. Aliyə görə, son zamanlardakı qida krizi və təbii resursların tükənməsi baxımından düşünüldükdə kapitalizmin sonu gəlmişə bənzəyir.
   
   
   
   (əvvəli 21 may 2008-ci il ƏDALƏT qəzetinin sayında)
   
   -Yaxşı,AKPnin İslamcılığı necə bir İslamçılıq?
   -Bu İslamcı hökumətin var olma şərtlərinin Türkiyə şərtlərinə xas olduğunu, barışcıl özəlliklərini qeyd etməmiz lazım.Başqa bir tərəfdən yəni 2-ci dünya savaşının ardındakı Türkiyədəki "intiligentlər", gələcəklərinin ABŞla olan münasibətlərə bağlı olduğu qənatinə gəldi.Beləcə Türkiyə, Batı üçün mərkəzi rol oynamağa başladı. NATOya daxil oldu və bu baxımdan Ərəb Dünyasına və beynəlxalq liberal hərəkətlərə qarşı ABŞ tərəfindən daima istifadə edildi.Sadə Türklər də bunu dəstəklədi. Bu durum, indiki hökumət üçün də keçərli. Hər nə qədər İslamçı olaraq bilinmiş olsalar belə, NATOnun gözdə İslamcıları vəziyyətdindədirlər.Çünki NATOya son dərəcə sadiqdirlər.NATOnun da bu cür İslamçılarla heç bir alıb vermədiyi yox. Belə bir hökumət var ki, qarşımızda, rüşvətçiliyi silib atacayıq deyərək iş başına gəldi; son dərəcə zəki, çətin bir neo-liberal hökumət bu. Özəlləşdirmə tərəfdarı. Amma eyni zamanda, ölkədəki gerçək çatışmazlıqları aradan qaldırmaqda da aciz.Bu çatışmazlıqlardan biri də Doğudakı Kürt məsələsi.
   68-Cİ İLLƏR MİRASINA SAHİBİK
   -May ayının sonunda 1968-ci illərdəki tələbə hadisələrinin ürəyi sayılan Parisdə olacaq və Cumhurbaşqanı Sarkoziylə müxalif olaraq 68-ci il hadisələrinin 40 illiyi yürüşlərinə qatılacaqsınız.
   -Kapitalizm artıq tənəzzülə gedir.68-ci ildən keçən 40 il içində artıq ekonomik cəhətdən çökən bir krizisin içinə girmişik.ABŞ və getdikcə Britanyada, ev qiymətləri düşür. İnsanlar ekonominin yaxşı yolda olduğunu düşünürkən, birdən fikir dəyişdirmiş halda pullarını bankalardan geri götürürlər.Bu krizin bir yerə getməyəcəyinin və sistemin də daha artıq dözməyəcəyi ortada. Bu səbəbdən Sarkoziyə qarşı o gün hər kəs orada toplaşaraq meydan oxuyacaq. Sarkozi ki, bugün pis olan nə varsa, hamısının 1968-ci il hadisələrindən sonra olduğuna inanır.Bu axmaccasına fikri dəfələrlə söyləyən birisi o.Biz o gün orada olub, ona başa salmaq istəyirik ki, azadlıq,qadın haqları, rejimə etiraz, ABŞ-na dirəniş və ifadədə müstəqillik bunlar hamısı 1968-cii ildə yarandı.Bunu bir kərə daha ona deyəcəyik.1968-ci ilin mirasına gücümüz çatan qədər sahib olmaq istəyirik.
   TARIK ALİ, İSVEÇRƏ SOSYALİSTLƏRİYLƏ BİRLİKDƏ.
   -Başörtüsü ya da çarşab, Türkiyədəki insanları ikiyə bölən bir qorxu halına gəldi.Universitetlerdə vəya ictimiyi sahələrdə çarşab örtmək məsələsinə münasibətiniz?
   -Bu barədə mənim şəxsi düşüncəm: Mən çarşabı sevmirəm.Boş bir şey. Və əyər Türkiyədə yaşamış olsaydım nə qızlarımı, nə qardaşımın qızlarını, nə də tanıdıqlarımı buna məcbur edərdim.Amma, bir dövlətin buna münasibəti necə olur baxımınldan yanaşsaq bunları deyə bilərəm: Səudiyyə Ərəbistan, İran kimi ölkələrdə, çarşab-türbanın rəsmiyyət qazandığını bilirsiniz. Burada həyat və hüquq baxımından dini şərtlər əsas götürülür.Deyə bilərsiniz,baxın, biz də məcburi hökmlərə qarşıyıq və belə bir yanaşmadan yana deyilik.Ancaq eyni prinsipi layiq bir dövlət üçün də keçərli edə bilərsiniz.Mən, layik bir dövlətdə, insanların çarşab gəzdirmələrinin bu qədər vacib bir məsələ halına gətirilməsini, bu məslənin bu qədər böyüdülməsini anlamıram.İnsanlar çarşabı müxtəlif məqsədlərlə gəzdirə bilərlər.Kimi bunu şəxsiyyət adına, kimi din adına eləyə bilir.Xatırladığıma görə İstanbul Kitab Fuarındaki bir imza günümdə, çarşablı gənc iki qadın yanıma gəlincə, onlara neyçin çarşablı olduğunu soruşduqda mənə bunu söyləmişlərdi: "çarşab örtməmizin bir səbəbi var: çünkü, atamız ancaq çarşablı olduğumuzda küçəyə çıxmağa və oğlanlarla görüşməyimizə izin verir." Deməli bu məsələnin, bu qədər düşüncə kasablığı və bəsid olması bir yana, artıq bunu müzakirə etmənin bir anlamı qalımr.
   - Türkiyə Erməni məsələsini yaxın zamanlarda necə həll edə bilir, sizcə?
   - Keçmişdə nələr olduğunu və kimin nələr etdiyini hamımız bilirik.Yaşananlar bir sir deyil. Mənə qalırsa, artıq bu vəziyyətin açıqca qəbul olunması və onun haqqında şəffaf danışmağın vaxtıdır.Bu olursa dünya yıxılmayacaq, bir şey də dəyişməyəcək. Bəzi Türk elitaları, yaşananlar qəbul olunursa, ortaya yeni tələblərin gələcəyindən narahatdır.Necə ki, israyılılar almanlardan bəzi şeyləri istəyirlər.Mən buna inanmıram.Hər necə olursa-olsun adına istər soyqırım deyin, istərsə qətliyam, siz bunu şəffafca danışmadığınız sürəcə, daima bir inciklik olacaq və dibsiz çuxur kimi qalacaq.Beləcə AB-dəki həddən artıq sağ qrupların əlinə imkan vermiş olacaqsınız və "Baxın biz bu Türkləri AByə almırıq," deyəcəklər. Açığın desək bu durumun özü səfeh bir şey. Öz tarixi ilə üzləşməyən bir ölkə indisiylə necə danışa bilər?Bugünü anlamaq və bir nəticə əldə etmək üçün keçmişdə nələr yaşandığını açıq və təmiz üzə çıxarıb qəbul etməmiz lazım.
   son
   
   
   
   TARIK ALİ KİMDİR?
   
   Tarık Ali 1943-cü il oktyabr ayının 23-də Pakistanda doğulub. İngilis dilində yazan yazar və rejissor. "New Left Review" adlı akademik dərginin redaksiya heyətində adı keçir və "The Guardian" qəzetində daimi çıxış edir.
   "Edvard Said ilə Söyləşilər" (2005), "Buş Babildə" (2003) və "Clash of Fundamentalizm: "Crusades, Jihads and Modernity" (2002) kitablarının yazarıdır.
   İlk və orta təhsilini Pakistanda alan Tarık Ali ali təhsilini İngiltərədə Oksford Universitetində tamamladı. 1960-cı və 1970-ci illərin mühüm və diqqətçəkən şəxslərindən birisi olan Tarık Ali dörd il İngilis Televizyonu Kanal-4-də rejissor olaraq çalışdı və "Bandung File" (Bandung Dosyası) proqramının rejissorluğunu elədi.
   O günlərdən ta bu günlərədək siyasi etirazları, kütləvi nümayişlərin təşkili ilə seçilərək siyasət dünyasında hər zaman təpərli olan bir şəxsiyyət kimi geniş maraq doğuraraq sənətdə rejissorluğu və yazarlığ ilə də həmşə diqqətdə olmuş və kitablarıyla oxucuların sevgisini qazanmışdır. Hal-hazırda "New Left Review" dərgisinin məsul yaradıcılarından biridir və Londonda yaşayır.
   Əsərləri:
   Elmi incələmələri:
    Pakistan: Əsgəri idarəmi, xalq iqtidarımı? (1970)
    1968 və Sonrası: Devrimin İçində (1978)
    Pakistan yaşaya bilərmi? (1982)
    Nehrular ve Qandilər (1985)
    Küçə Savaşı İlləri: 1960-cı illərin bioqrafiyası (1987),
    Yuxarıdan çevriliş: Sovetlər Birliyi hara gedir? (1988)
    Fundamentalizmlərin mübarizəsi (2002), Buş Babildə (2003)
    Buş Bağdadda (2004)
   
   Romanları:
    Kefaret (1990)
    İslam Beşliyi: Nar Ağacının Kölgəsi (1992)
    Selahaddinin Kitabı (1998)
    Daş Qadın (1999)
    Kommunizmin Çöküşü Üçlüsü: Kefaret (1991)
    Ayna Qorxusu (1998)
   
   Dram əsərləri:
    Moskva Altunu Hovard Brentonla birlikdə yazdıqları İran Gecələri.


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK