Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ORALARDA KİMLƏR VAR:BƏDRƏDDİN DALAN PKK VƏ YAŞAR KAMAL Adalet.az | ORALARDA KİMLƏR VAR:BƏDRƏDDİN DALAN PKK VƏ YAŞAR KAMAL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ORALARDA KİMLƏR VAR:BƏDRƏDDİN DALAN PKK VƏ YAŞAR KAMAL

15867    |   2007-07-25 05:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bədrəddin Dalan: O Adam ( yəni yazar Yaşar Kamal) 30 min kəlmədən ibarət KÜRDCƏ BİR ROMAN YAZSIN, basdırma qonaqlığı məndən.
   
   Və beləliklə, BƏDRƏDDİN DALAN Əfəndi
   
   Kürdlük və Kürdlər haqqında
   
   
   
   ***
   
   
   
   Bu Adamın ilk duyumda görünən tərəfi bu ki, maraqlı Adamdır və bundan sonra onun haqqında düşündüklərmiz də məhz elə bu Adamın maraq doğurmasından irəli gəlir, bir də "Dalan" sözünün türkcədə daha başqa mənalar kəsb etdiyini də bura əlavə eləyək və onu da əlavə eləyək ki, bu Adam Azərbaycan rəssamlarının İstanbul yaşamı və yaradıcılıq həyatında yaxından iştirak eləyib. Bu baxımdan da Onun bizim insanlarımıza tanıdılması gərəksiz deyil. Və ən sonunda DALAN MƏKTƏBİ və DALAN UNİVERSİTETİ deyilən bir termin də bugünkü Türkiyənin dünya arenasına çıxmasında böyük rol oynamışdır. Və bir də bunu əlavə eləsək ki, çox milliyyətçidir və AYDIN BİR MİLLİYYƏTÇİDİR Kİ, bəzi adamlara bu söz bir az ləzzət eləmir. Bütün bunlar bir türk qəzetçisini onun yanına çəkib və ondan bəzi bilmədiyimiz şeyləri soruşub. Yazı internet xəttiylə əldə edilmiş və Azəri türkcəsində görüntülənmişdir.
   
   
   
   Bir müddət əvvəl "barış" adı altında, sözdə aydınlar, Türkiyənin birlik və bərabərliyindən rahatsız olan köşə yazarları, illərcə dövlətə qarşı mücadilə edən quruluşların bəzi məsul şəxsləri PKK-nın siyasi tribunası olan DEP, DEHAP-ı idarə edənlər, canını ədalətdən və Türk cəmiyyətindən qurtarmaq istəyən nə qədər PKK-lı varsa özlərinə ustad bildikləri, özünü həmişəlik Nobel mükafatına layiq bilən YAŞAR KAMALın başçılığı ilə bir toplantı düzənləyiblər.
   
   Toplantının ən maraq doğuran tərəfi isə Yaşar Kemalın tarixə altın hərflərlə yazılacaq yumurtlamalarıydı(!!!!!!!).
   
   Sanki heç kimsə bilmirmiş kimi, dünyəvi yazarımız, 1071-ci il Malazgirtdən bəri Kürd və Türklərin dost olduqlarından danışdı.
   
   Ülkücü gəncliyin daha çox 1970-ci illərdə istifadə etdiyi milli cizgi və müstəqilliyi ifadə edən "TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR" fikrinə dayanaraq Kürd-Türk dostluğunu bir də yada saldı. Ustadımız bu şüardakı dost olmayanlar sırasına kürdlərin girmədiyini heç şübhəsiz hamıdan yaxşı bilir. Ancaq həm Türk Milliyyətçilərini təhqir edərək, həm də salondakılara özünün nə qədər "milli birlikçi" olduğunu göstərmək üçün az tərləmədi. Yəni, çirkli suyla abdest alırmış kimi. Milliyyətçiliyin savaş anlamına gəldiyini də "bivəc" sözlərlə ifadə edən ulu yazar, hər halda, bu sözləri ilə Türk Milliyyətçiliyini də qəsd etməmiş deyildi. PKK və salonda toplaşan PKK siyasətçilərinin təmsil etdiyi (sözdə) Kürd Milliyyətçiliyi isə "barış "ın təmsilçisi olmalı, - dedi.
   
   ***
   
   
   
   Yaranışından 7 il keçir. İlk dəfədir bu universitetə- Yeddi təpə universitetinə gedirəm. Səlcuqlu sənətini əsas alan bir memarlıq üslubunda tikilən bu gözəl binaya gec də olsa ayaq basmaq mənə də qismət oldu. Bu universitetin QURUCUSU və YARADICI HEYƏTİN BAŞQANI Bədrəddin Dalan bəyəfəndi. Dalanla fəlsəfə üzərinə başladığım bir söhbət daha başqa səmtlərə uzandı.
   
   Nədən məhz Səlcuq memarlığını əsas götürdünüz?
   
   Türkiyə Batılaşmağa qərar verdiyində Batının sənətini də aldı. Ancaq Orta Asiyadan bu yana bizim qorxunc, gözəl bir sənətimiz var, dərin bir mədəniyyətimiz var. Biz bunu yozlaşdırdıq. Sənayi nəfisədən gələn xocaların hamısı yabançı idi. Bunların Türk uşaqlarına öyrətdikləri sənətin genetik olaraq alt qatı yox. Tamamən təqlidə dayanan sənət üzündən bir dənə də olsun orijinal sənət əsəri yaranmadı. Şəhərsalma işlərində nə Avropalı olduq, nə də Anadolulu. Böyük bir estetik pozuntu, kirlənmə ortaya çıxdı. Bu yozlaşma musiqidə hələ də davam edir. Mən öz milli ənənələrimizə dayanaraq, buradan qidalanaraq dünyəvi yapıya bağlı bir sənəti keçə biləcəyimiz qənaətindəyəm. Min il əvvəl qurduğumuz Əli Kuşçu, Uluq-bəy, İbn Sina, Farabinin elm ocaqlarının memarlıq üslubunu alaraq 21-ci yüz ilə daşıdım. z gələnəyimiz, adətimiz, sənətimizi cağdaşlıqla yoğurdum. İndi mətbəx sənətimizi də canlandıracağıq. Universitetdə MƏTBƏX SƏNƏTİ deyə bir bölüm yaratmaq istəyirik. Türk yeməklərinin əslinə varmaq şərtiylə ağzımızın dadını da dəyişdirəcəyik.
   
   Başqa universiteti qazana bilməyənlərin buraya çox zəif ballarla girdikləri doğrumu?
   
   Yalandı. Misal üçün: bizim DİŞ HƏKİMLİYİ fakultəmizə ödəmə şərtiylə girən tələbənin balı Türkiyənin başqa universitetlərində diş həkimliyinə girən tələbələrdən üstündür. Mühəndislik fakultəmiz də eləcə.
   
   Son seçimin liderləri haqqında nə kimi düşüncələriniz var?
   
   Ecevitdən başqa heç bir liderin tarixdə yerləri yoxdur. Mənim yaddaşımda heç iz buraxmadılar. Heç biriylə görüşmürəm.Müştərək heç bir tərəfimiz yox. Mənim üçün onlar yoxdur.
   
   Keçənlərdə kürdcə 600 kəlmənin olduğunu bəyan etdiniz. Bundan sonra mən Kamal Burkayla görüşdüm və onunla danışdım. Sizinlə eyni fikirdə deyildi. Hardan çıxardınız bu 600 kəlməni?
   
   Heç o qədər də yoxdur. Mənim ANAMIN ATASI kürddür. Məni döyəndə həmişə aralarında kürdcə danışırdılar. Amma hər dəfə də ortalığda bol-bol türk kəlmələri işlətməyə məcburdular. Çünki o kəlmələr kürdcədə yoxdur. Kürd dilini ZƏNGİN BİR DİL OLARAQ İDDİA EDƏNLƏR VAR Kİ, onlar 100 min kəlmə var - deyirlər. 50 min kəlmədən ibarət bir kitab yazsınlar, basdırması və qonaqlığı məndən. BUYUR, BU MEYDAN, BU ŞEYTAN.
   
   Abdulməlik Fırat da sizə qızmışdı?
   
   Mənim qohumumdur. Bilirəm, onlar FARSCANI KÜRDCƏ deyə tanıdırlar. Belə bir dil yox.
   
   Amma Avropada institutları, min kəlmədən ibarət sözlükləri var.
   
   Xeyr əfəndim, bunlar boş laflardır. Eyni şeyləri Yaşar Kamal da mənə dedi. 600 kəlməlik sözlərə deyəsən, o da qızmış. Dedi ki, mənim sahəmə girdin. Mən də dedim: sən mənim sahəmə girirsən. Çünki ONUN ANASI KÜRD,ATASI TÜRKDÜR. Mənim anam da, atam da kürddür.
   
   Ana, ata söhbəti bir çox məqamlarda bəlli. Sizcə, o daha çox araşdırmamışdırmı?
   
   Doğru, o kürdcəni daha çox araşdırmışdır. Amma mən İranda da araşdırdım bunu. Yaşar Kamal mənə "100 min kəlmə var kürdcədə" - deyəndə hər kəsin yanında ona dedim ki, Yaşar yüz min kəlmədən vaz keçdim, 50 min kəlmədən də vaz keçdim, 30 min kürd kəlməsindən ibarət olan bir roman yaz,basdırması,məndən, dağıtım mənə aid. Əgər otuz adam sənin romanını oxuyub anlarsa səndən hamının yanında üzr istərəm-dedim.
   
   Nə dedi?
   
   Eeeee, təbii durdu, mən belə şərt qoyunca. Kürdcə FARSCANIN dialektidir. Paris Kürd İnstitutunun başqanı Nazal Kendal yazdığı kürdcə sözlüyü mənə də göndərdi. On il əvvəl. "Sevgili kürd qardaşım"- deyə yazmış mənə olan avtoqrafında.Təbii güldüm.
   
   
   
   
   
   


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK