nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Nurçuluq budursa... Adalet.az | Nurçuluq budursa... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Nurçuluq budursa...

23660    |   2014-03-11 17:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xeyli vaxtdır, əvvəl Türkiyədə, sonra isə Azərbaycanda "nurçu” adlandırılan insanlara qarşı sanki bir savaş açıldığını müşahidə eləyirəm. Çox hallarda da nadancasına, ədalətsiz münasibətin şahidi olur, heyfslənirəm.

Mən dəfələrlə «Dialoq Avrasiya» Forumunun tədbirlərinin iştirakçısı olmuşam. Foruma Çingiz Aytmatov, Anar, İlbər Ortaylı, Rostislav Rıbakov kimi şəxslər sədrlik ediblər. Tədbirlərə Avrasiyanın 40 ölkəsindən yüzlərlə intellektual qatılıb. Elə Azərbaycandan da fəal ziyalıların əksəriyyəti bu toplantılarda iştirak edib. Bir dəfə də olsun bu tədbirlərdə hansısa dinin, hansısa şəxsin təbliğatının aparılması halı ilə üzləşməmişəm.

Dəfələrlə Ankarada türk olimpiadalarının finalını izləmişəm. Dünyanın yüzdən çox ölkəsindən – Afrikadan Hollandiyaya qədər - məktəbli uşaqların türkcə danışmasından, şeirlər söyləməsindən gözlərim yaşarıb.

Nədir nurçuluq? Kimdir nurçular?

Əgər qısa müddətdə dünyanın 100-dən çox ölkəsində məktəblər açıb türk dilini dünya dilinə çevirməkdirsə nurçuluq, mən bu nurçuluğu alqışlayıram!

Əgər Avrasiyanın 40-dan artıq ölkəsindən ziyalıları bir yerə toplayıb günümüzün problemlərini müzakirə etməkdirsə nurçuluq, mən bu nurçuluğu bəyənirəm!

Əgər şəviyyəli təhsil, dürüst insanlardırsa nurçuluq, mən bu nurçuluqla qürur duyuram!

Bəzi nadanlar Azərbaycanda neçə il fəaliyyət göstərən, dürüst, saf insanlara qarşı çamur atmaqdan çəkinmirlər!

Hüseyn Dinləməz Xəzər TV-nin rəhbəridir. Həyatımda gördüyüm ən dürüst, ən saf, səviyyəli, tərbiyəli insanlardan biridir! Əgər nurçu Hüseyn Dinləməzdirsə, mən onun tərəfindəyəm!

Yaxud Mustafa Saatçı, Ənvər Özərən, Əhməd Sanic və yüzlərlə sadə, təvazökar insan! Öz işlərini sevən, adət-ənənələrə sayğı ilə yanaşan, ağsaqqala ehtiram göstərən fədakar insanlar! Bu keyfiyyətlərdirsə nurçuluq, nurçuluq budursa, mən bu nurçuluğun tərəfindəyəm!

Fətullah Güləni görməmişəm! Amma imkan yaransa, görüşərdim və suallar ünvanlayardım ona. Türkiyənin məşhur jurnalisti Məhmət Gündəmin «Fətullah Gülənlə 11 gün» kitabından bəzi şeylər öyrənmişəm, kitabın Azərbaycan nəşrinə ön söz yazmışam. Bu insanın gördüyü böyük işlərə, məktəblər açmaq üçün etdiyi fədakarlıqlara heyran qalmışam.

Bir sözlə, həmkarlarımın nurçu adlandırdıqları insanlarda həqiqətən nur, işıq görmüşəm!

Qaldı Rəcəb Tayyib Ərdoğana və Türkiyədəki siyasi davalara, hələ bu proseslərin ilkin mərhələsində Anar müəllimin bir nigarançılığının şahidi oldum. Dedi ki: «Qorxuram məsələ böyüyə, bu universitetləri, məktəbləri bağlayalar. Heyifdi!» Düzü, mən vəziyyətin bu hal alacağını təsəvvür eləmirdim. Görünür yaş, təcrübə insanın intuisiyasını daha da gücləndirir.

…Bir qədər sonra sayın başbakan efirdən alov püskürdü. "Övladlarınızı bu okullardan çıxarın”, - deyə hayqırdı!

Xarizmatik lider saydığım, natiqliyinə və siyasi gedişlərinə heyran olduğum, hətta xeyli müddət tərəfini tutduğum Tayyib bəy son bir ildir, səhv buraxa-buraxa gedir! Cümhuriyyət quranlara "iki alkaş” deyir, "mənəm-mənəm”lik eləyir, özünəvurğunluğu açıq görünür, hikkəsindən yer titrəyir. İctimai fikrə ironiya edir, məktəblərə nifin yağdırır, sosial səbəkələri bağlayacağını söyləyir! Sevdiyim siyasətçini belə görmək məndə, ən azı, təəssüf doğurur! Və onun bu gedişində zərrə qədər işıq ucu görə bilmirəm!...




İmza:

Aqil Abbas: “Azərbaycan bu məsələyə vaxtında və çox ciddi yanaşdı”

YOLUXMUŞLAR - Nicat Novruzoğlu yazır

Bizim müğənnilər, hardasınız? - Murat Bozdan nümunə götürün!

Təkrarını gözlədiyimiz şərəf dönəmi - Aprel döyüşlərinin zabitləri ilə söhbət!

Koronadan daha qorxulu xəstəlik - soyqırım! - Emin Piri yazır

Siz onları yox, onlar sizi seçdi... - Soner Yalçın

Xalq artisti koronavirusu alqışladı: “Təbiət öz qucağını necə də gözəl təmizlədi”

Dərdim, kədərim, dərdli səhərim, KƏLBƏCƏR!-27 ilin ağrısı...

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

Prezident İlham Əliyev: Əgər kimsə hansısa vəzifədə olan dostlara arxalanırsa səhv yoldadır

YAZARIN ARXİVİ

2011-10-29 : BAYAT
2011-10-06 : "Xilaskar"
SON XƏBƏRLƏR
2020-04-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Deməli, belə. Səyavuş Novruzov əsgərlikdədi. Ali təhsilli olduğuna görə, onu bölmə komandiri qoyurlar. Və deyirlər ki, bölmə yeddi nəfərdən ibarətdi, siz də komandirsiniz.

Bölməni yığır və sayır. Görür altı nəfərdilər. Soruşur ki, bəs, yeddinci hanı? Axtarın tapın. Bölmə axtarır. Nəhayət, əsgərlərdən biri deyir ki, mən tapdım.

Deyir ki, komandir, sıraya düzülək. Düzülürlər sıraya. Əsgər başlayır saymağa: bir, iki, üç, dörd, beş, altı da Səyavuş Novruzovdu. Sonra da deyir:

-Yeddinci də mən.

Səyavuş Novruzov həmin əsgərin təpəsinə bir şapalaq vurur:

- Bir saatdı səni axtarırıq, hardasan?





digər lətifələr
ARXİV
FACEBOOK