Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM Adalet.az | ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONLAR VƏ MƏMLƏKƏTİMİZ 2-ci DÖNƏM

VALERİ MARÇENKOnun KƏDƏRLİ VƏ UNUDULMAYAN HEKAYƏTİ - 3

29289    |   2014-01-25 00:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ON NE EDİNSTVENNIY, KOQO SUDİLİ ZA "DVOYNOY NATSİONALİZM" - "UKRAİNSKİY İ AZERBAYDJANSKİY".
Valeriy Marçenko stal nastoəhim borüom za vozrojdenie kulğturnoqo boqatstva i duxovnoqo vzaimooboqaheniə ukrainüev i azerbaydjanüev. Za çto i postradal vposledstvii, no ne pokorilsə, daje v laqere osobo stroqoqo rejima zanimaəsğ perevodami s azerbaydjanskoqo. Avtor emko i obcemno oxarakterizoval jiznennıy putğ i dostijeniə izvestnoqo svoey löbovğö k Azerbaydjanu ukrainüa Valeriə Marçenko.

Vladimir Krilovski

Öncələr qəzetimizdə gedən "Onlar və Məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılanlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və buna baxmayaraq zaman-zaman başqa məmləkətlərdə haqqımızda gedən yazılar bizim diqqətimizi çəkməyə bilməz. Görünən bu ki, artıq dünyada, bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, toxunduğumuz bu məsələlər yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz də yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.

... MOO təşkilatının "Demokratiyanın nəbzi" qolu Valeri Marçenkonun anadan olmasının 65-ci il dönümündə çoxdan unudulmuş bağlı bir sandığı açaraq Qızıl Ordunun baş qərargahının rəisi Şerbakovun adına olan küçəni, yüksək insani keyfiyyətlərilə fərqlənən və həyati prinsiplərindən heç vaxt dönməyən Marçenkonun adına verilməsi barədə məsələ qaldırır.
İmperiyanın məhv etdiyi ukraynalıların və başqa millətlərdən olan insanların sayı saymaqla bitməz. Bu siyahıda "Arxipelaq QULAQ"ın məhv etdiyi hər millətin fəxr edə biləcəyi istedadlı, insan haqlarının müdafiəçisi və bu yolda öz həyatını qurban verən adamların adları sırasında Valeri Marçenkonun adı birinci sırada gəlir. O İKİ MİLLƏTİN, İKİ XALQIN AZADLIĞI UĞRUNDA MÜBARİZƏ APARAN VƏ BU XALQLARIN - UKRAYNA VƏ AZƏRBAYCAN MİLLƏTLƏRİNİN AZADLIĞI UĞRUNDA mühakimə olunan birinci və sonuncu fədai deyil, təbii ki.
18 oktyabr 1991-ci ildə Ukraynadakı "Müəllimlər evi"nin böyük salonu ağzınacan dolu idi. Zalın amfiteatrını ali məktəb və texnikum tələbələri tutmuşdu. Salonda isə saçları və gicgahları da ağappaq insanlar vardı ki, bu ağ saçlar o insanların keçmişinin nə dərəcədə ağır keçdiyinin şahidi idi. Səhnəni azad Ukraynanın bayrağı bəzəyirdi və bu bayraq ardında otuz yaşlarında gülərüz bir gəncin fotosu vardı.
...Valeri Marçenkoya həsr olunmuş bu xatirə gecəsi onun dostları, tanışları tərəfindən hazırlanmışdı. Burada onlardan başqa, onunla birlikdə bir kamerada yatanlar, əziyyət çəkən siyasi aydınlar, Kiyevin intellektual adamları da vardı. Onlar bir-bir tribunaya qalxır və Valerinin həyat yolu, onun qısa və fırtınalarla dolu ömrünün mərhələlərindən danışırdılar.
...Valeri Marçenko Leninqradın xəstəxanalarından birində ağır müalicədən sonra 37 yaşında həyata əlvida dedi. Xəstə olduğu günlərdə və hətta ölüm anında belə anası ilə onun görüşməsinə mane oldular. Daş ürəkli insanlar buna da icazə vermədilər. (Bu barədə önümüzdəki həftələrdə çap edəcəyimiz yazılarda geniş danışacağıq).

MÜHAKİMƏ və
TƏRCÜMƏ YARADICILIĞI

...1973-cü ilin iyun ayında Valeri Marçenko iki respublikanın - Ukrayna və Azərbaycan respublikasının konstitusiya kodeksləriylə mühakimə olundu. Ancaq onun mühakiməsi Ukrayna mədəniyyətinin süqutu haqqında yazdığı üç məqalə əsasında aparılırdı: ("İdeologiyanın pərdə arxası, "Nə dəhşətli bir yük", "Kiyev dialoqu"), İvan Dzyubanın "Beynəlmiləlçilik və ruslaşma" traktatının təbliği və sovet ideologiyasına qarşı təbliğat və təşviqat. Ona altı il qapalı rejimli həbsxana həyatı olmaqla, üstə gəl bir də iki il sürgün kəsdilər.
Sürgün illərində Valeri Marçenkonun istedadı bir daha pardaxlanır. "Dədəmə məktublar", sarkazm və ironiya ilə dolu "Mənim sevimli ledim", "İki alman jurnalistinə açıq məktub", "YUNESKO-nun baş direktoruna açıq məktub" kimi əsərlərini və "Mən benderəm" adlı çox maraqlı bir esseseni bitirir. Bütün bunlarla paralel olaraq, o həm də tərcümələr üzərində işləyir.
Valeri Marçenko tərcümə sahəsində çox maraqlı əsərlərin çevirisinə imza atmışdır. Onun tərcümə etdiyi yazarlar arasında dünyanın tanınmış yazarları və klassikləri yer almaqdadır. İngilis dilli yazarlar Edqar Po,Cerom K.Cerom, E.Li Masters, L. Xyuz,Q.Uels, polşalı yazar Q.Senkeviç.
Şərqşünaslıq fakültəsində təhsil aldığından o Azərbaycan yazarlarının əsərlərinin tərcüməsinə xüsusi maraq göstərir və Süleyman Sani Axundovun, Cəlil Məmmədquluzadənin, Anarın əsərlərini Ukrayna dilinə tərcümə edir, Azərbaycan mahnılarının mətni toplanmış bir toplu çap etdirir.
İki mədəniyyətin Ukrayna və Azərbaycan mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri və inkişafı mövzusunda Marçenko özünün QULAQ essesinin yazır. Bu esse "Sovet Ədəbiyyatı" (1971) jurnalında çap olunur. Bu yazılar və iki ölkənin ədəbiyyatlarının araşdırılmasında misilsiz xidməti olan M.Qulaqa həsr edilir. Məqalələrdə də ukraynalı elm adamlarının qardaş Azərbaycan xalqının mədəni irsinə necə ehtiramla yanaşıldığı öz əksini tapır.
Bu ədəbi vadidə Nizami irsinin Ukraynada təbliği daha üstün yer tutur. Bu baxımdan Valeri Marçenkonun ən böyük arzularından biri "Ukrayna şərqşünasları və Azərbaycan" mövzusunda bir dissertasiya yazmaq olmuşdur. O yazırdı: "Qulak, Krımski, Baqriy - bu insanlar haqqında saatlarla danışmaq olar, onlardan neçə-neçə əsər yazmaq mümkündür. Bu üzü üzlər görmüş və olmazın əziyyətlərlə çalışan alimlərin əsərlərində bizim bilmədiyimiz çox şeylərin cavabı var. Onlar əvəzsiz elm adamları idi və həm də əzabkeşlərdi".

YENİDƏN KİYEVDƏ və YENİDƏN MÜHAKİMƏ

...1981-ci ilin mayında Marçenko Kiyevə qayıdır. Artıq sağlamlıq əldən getmiş, adicə yaşamaq və keçinmək üçün heç nə yox, heç bir təşkilat onu işə götürmür. Valeri Marçenko özü kimi böyük bir dəstə olan "qarovulçular" dəstəsinin sırasına qoşulur. Hələ dövrün elə bir vaxtı idi ki, məhkum olunan insanlar ancaq və ancaq zavodlarda, fabriklərdə qarovulçu olaraq çalışa bilərdilər.
Sistemin çox acı qurbanı Valeri Marçenko hər zaman mərcək altında yaşayıb. İzlənilir və sonunda 1983-cü ildə yenidən məhkəməyə verilir və məhkum olunur. Məhkum olunduğu vaxt artıq böyrəklər sıradan çıxmaqda davam edirdi. Buna baxmayaraq o yenidən 10 il sürgün və 5 il həbs cəzası alır.
Bu əslində bir edam idi.
VALERİ MARÇENKO (Bioqrafiyasından)

O 1947-ci ildə anadan olub. Anası - Ukrayna dili müəllimi, dədəsi - o dövrdə Ukrayna tarixini araşdıran ən görkəmli tarixçilərindən və yazarlarından biri idi.
Valeri Marçenko 1965-70 illərdə Kiyev Universitetinin filologiya fakültəsində təhsil alıb. Dərsdə və oxuduğu fakültədə Şərq dünyasına xüsusi bir marağı ilə fərqlənən Valeri elə həmin illərdə Şərq ədəbiyyatına meyli ilə seçilir. Və buna görə də o hələ tələbə ikən, Azərbaycana gəlir və burada Bakı Dövlət Universitetində Azərbaycan və türk dillərini öyrənməyə başlayaraq ciddi şərqşünas olmağı düşünür.
Oxuduğu illərdə onun açıq-saçıq söhbətləri və düşüncələrindəki azadlıq çağrısı xüsusi orqanlar tərəfindən nəzarət altına alınır.
Buna baxmayaraq o, "Ədəbi Ukrayna" jurnalında ədəbi işçi olaraq çalışır. Ukrayna Yazarlar Birliyinin üzvü olur. O yaradıcılığının böyük bir bölümünü Şərq xalqları mədəniyyətinin və tarixinin Ukraynada təbliği məsələsinə həsr edir. Ondan qabaqkı şərqşünas alimlərin, o sıradan Krımskinin demək olar ki, ardıcılı olaraq ziyalılar arasında irəli çıxır. Krımski özü də vaxtilə Stalin repressiyasının qurbanı olmuşdu.
Valeri Marçenko hər zaman intellektini artırmağa çalışır, hər iki xalqın -Ukrayna və Azərbaycan xalqlarının ən qabaqcıl xüsusiyyətlərini təbliğ etməkdən usanmır. Ukrayna və Azərbaycanda çıxan jurnal və qəzetlərdə məqalələrlə və elmi yazılarla çıxış edir.
1970-ci ildə Krımskinin anadan olmasının 100 illiyində Valeri yenə də önə çıxaraq Ukraynada Şərqşünaslığın çox durğun və acınacaqlı vəziyyəti haqqında çıxış edir.
Ziyalılar ümid edirdilər ki, yəqin bu dəfə Valerinin dediklərinin ardınca gediləcək və Ukraynada Şərqşünaslıq öz dəyərini alacaq və Ukrayna Elmlər Akademiyasında bu barədə dərindən fikirləşəcəklər. Amma bütün bunlar olmadı və arzular yenə də puça çıxdı... Bu hal düz 1980-ci ilə qədər davam etdi. Ziyalılara qarşı sərt münasibət və onların fikirləri xüsusi orqanlar tərəfindən həmişə nəzarətdə saxlanıldı.

(Davam edəcək)

abdin41@mail.ru
www.tofigabdin.com
Tofiq Abdin


İmza:

YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK