ANA SƏHİFƏ / YAZARLAR

SƏDR ATI

22682    |   2013-11-23 01:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Kəhər at fınxırıb dırnaqları ilə toprağı eşməyə başladı. Ağzından və burnunun dəliklərindən çıxan buxar sanki kəhər atın qəzəbi idi. Çünki bu atın belinə yəhər qoymaq, onu minmək, örüşə getmək elə də asan deyildi. O atı əhlilləşdirənə qədər Məhərrəm kişi nələr çəkmişdi bir Allah bilirdi...
Bir dəfə raykom katibi kəndə gələndə pambıq sahələrini gəzdi, təsərrüfatlara baxdı və hər şeydən razı qaldı. Raykom katibini razı salmaq elə də asan deyildi. Vay o günə ki, katib səndən narazı qalaydı və qəzəblənəydi. Bax, onda ağzından yeddi mərtəbəli söyüş çıxarır, yeddibaşlı əjdaha kimi qəzəbinə düçar olan vəzifə sahibinin üzərinə od püskürərdi. Bu od da qəzəbə düçar olan adamın ayağından tutmuş başına qədər yandırardı.
Xoşbəxtlikdən kolxoz sədri Məhərrəm kişi raykomun qəzəbinə düçar olmamışdı. Asta səslə raykom ona dedi:
- Təsərrüfata baxıram, xoşum gəlir, pambığı yaxşı becərmisiniz. İşlər bu cür davam eləsə, payızda pambıq yığımında sizin kənd birinci yerə çıxacaq.
Məhərrəm kişi raykom katibindən belə tərifləri çox eşitmişdi. Ancaq təzə katibdən birinci dəfəydi ki, belə ürəyəyatım sözlər eşidirdi. Katib diqqətlə Məhərrəm kişiyə baxdı və sonra da dilləndi:
- Görürəm ki, piyada qalmısan. Mənə Bakıdan bir dostum at bağışlayıb, rayon mərkəzində saxlayıram. Düşünürəm ki, o atı sənə versəm işlərin daha yaxşı alınar. Çünki pay-piyada hər səhər o başdan böyük təsərrüfatları gəzmək səni əldən salar.
Məhərrəm kişi raykom katibinin "hədiyyəsi" ilə razılaşdı. Əlbəttə, raykom katibi hər kolxoz sədrinə belə diqqət yetirməzdi. Nə vaxt ki, raykom katibi kəndlərə gəlirdi, bax, onda bəzi kolxoz sədrlərinin kürkünə birə düşürdü. Bilirdilər ki, katib ya hirslənəcək, ya da onları sıxma-boğmaya salacaq. Ona görə Allaha yalvarırdılar ki, raykom katibi səhər saatlarında Məhərrəm kişinin kolxozuna dəysin və sonra onlara baş çəksin. Belə olanda raykom katibi kənddə görülən işdən məmnun qalar, ürəyi açılar və heç kimi zəhərləməzdi.
Üç gündən sonra raykom katibinin Bəhmənliyə göndərdiyi atı Məhərrəm kişiyə verdilər. Atın qəşəng yalmanı, uzun quyruğu və iri də gözləri vardı. Amma hiss olunurdu ki, bu at çox xamdı. Və onun belinə hələm-hələm adam minə bilməz. Amma Məhərrəm kişi də elə adam deyildi. Çünki çox şey görmüşdü. Düzdür, kənddə bu cür qəşəng at yox idi. Ancaq Məhərrəm kişinin rəhmətlik atası Səlim uşaqlıqdan ona çox şey öyrətmişdi...
Diqqətlə ata baxdı. Yavaş-yavaş əllərini onun yalmanına yaxınlaşdırdı. O biri əlini isə atın belinə qoydu. At bunu hiss edən kimi şahə qalxdı və fınxırdı. Məhərrəm kişi gördü ki, bu atı elə-belə minmək olmayacaq. Bir müddət ata yaxınlaşmadı. Bir həftə keçəndən sonra hündür tut ağacına bağlı ata yenidən yaxınlaşdı. Atın gözlərində bir qəzəb hiss olunurdu. Sanki deyirdi ki, məni heç kəs minə bilməz. Yenidən əlini atın yalına çəkdi. Və yavaş-yavaş onu tumarladı. Elə bil at bu tumardan xoşlandı və sakit-sakit durub Məhərrəm kişiyə baxdı.
Atın gözləri dolmuşdu, sanki ağlamaq istəyirdi. Bunu Məhərrəm kişi də hiss eləmişdi. Uşaqlardan birinə səsləndi:
- O yəhəri tez bura gətirin!
Uşaqlar yəhəri və cilovu atın yanına gətirdilər. At isə yenə sakit-sakit baxırdı. Elə bil Məhərrəm kişiyə yavaş-yavaş meyl salırdı. Məhərrəm kişi əvvəlcə cilovu atın ağzına keçirdi. Gördü ki, at tərpənmir, tez yəhəri də atın belinə qoydu. Ayağını üzəngiyə qoyub yəhərdə əyləşdi. Yavaş-yavaş atı dəhmərlədi.
... Pambıq yığımı başlamışdı. Məhərrəm kişi də hər gün səhər saat beşin yarısında yuxudan qalxır, ata diqqətlə baxır və ona minib pambıq sahələrinə gedirdi. Camaat sahəyə gəlməmiş Məhərrəm kişi on pambıqçılıq briqadasının hamısına baş çəkirdi. Briqadirlər də yaxşı bilirdi ki, kolxoz sədri heç kimə güzəşt edən deyil. Gözünün işığı da olsa işi görə bilməsə onun cəzasını verməli idi.
Bir dəfə günorta çağı pambıq sahəsinə baş çəkir. Həmin vaxtı pambığa suçular su verirdi. Gördü ki, qardaşı oğlu Mehdi ağzını əngəldib beli torpağa batırıb xəyalı uzaqlardadı. Su da pambığı ağzına götürüb. Arxadan gəlib necə Mehdinin qulağına bir şillə vurursa Mehdi dik atılır və deyir:
- Əmi, qələt eləmişəm. Bir də belə iş görmərəm!
Məhərrəm kişi dişinin dibindən çıxanı qardaşı oğluna deyir və beli əlindən alıb onun sapı ilə bir-iki dəfə ona möhkəm dartır və sonra da onu pambıq sahəsindən qovur. Buna görə qardaşı da ona bir söz demir. Bilir ki, oğlu qələt eləyib, bu qələtə görə də qardaşı Məhərrəm kişi onun dərsini verir...
... Kənddə də hamı yaxşı bilirdi ki, Məhərrəm kişi çox ədalətli, haqlı, insaflı və namuslu bir adamdı. Heç vaxt oğlu da olsa haqqı nahaqqa verən deyil. Ona görə də bu kəndin həmişə çörəyi vardı, suyu vardı, toyu, düyünü şən keçərdi. Elə bir yas məclisi olmazdı ki, Məhərrəm kişi həmin yas sahibinə baş çəkməsin və maddi köməklik göstərməsin. Elədiyi köməkliyi də başqaları kimi kiminsə başına qaxınc eləməz və boynuna minnət qoymazdı. Məhərrəm kişinin çöhrəsindən həmişə zəhər-zəhrimar yağardı. Çox zəhmli və çox da tələbkar adam idi. Heç kim onun toyda oynadığını görməzdi. Oğullarına toy eləmişdi və qolunu da qaldırmamışdı. Ancaq toya gələndə musiqiçilərə və eləcə də oynayanlara şoferi vasitəsilə pul göndərərdi.
... Kolxoz rayonda pambıq, heyvandarlıq və bitkiçilik üzrə həmişə birinci yerə çıxırdı. Birinci yerə çıxanda da yenə Məhərrəm kişinin eyni açılmaz, çöhrəsi gülməzdi. Raykom katibi ona təşəkkür edəndə deyirdi:
- Bu mənim yox, Bəhmənli camaatının hünəridi. Təşükkürü, yoldaş katib, onlara eləmək lazımdır.
Katib də kənddə keçirilən yığıncaqda həmişə bu camaatdan razı qaldığını deyirdi. Deyirdi ki, istəyirsiniz sədrinizi dəyişib başqa bir cavan adamı yerinə qoyum. Kənd camaatı bunu eşidəndə hövsələdən çıxar və deyərdi:
- Bizə başqa kolxoz sədri lazım deyil. Elə bu kişi həm bizim sədrimizdi, həm də ağsaqqalımız...
... İyirmi il idi ki, böyük bir kəndə sədrlik və ağsaqqallıq edirdi. Günlərin birində Məhərrəm kişi xəstələndi və yatağa düşdü. Elə həmin gündən də camaatın xeyir-bərəkət ruzusu qurumağa başladı. Bir aydan sonra Məhərrəm kişi dünyasını dəyişdi. Kənd bir-birinə qarışdı. Onun üçün məmə deyəndən pəpə yeyənə qədər hamı ağladı. Məhərrəm kişinin dəfnindən sonra raykom katibi kəndə gəldi. Daha doğrusu, onun qırxından sonra yeni sədr seçmək istədi. Amma heç kim buna razı olmadı. Axırda Nuğay kişini sədr seçdilər. O da buna razı deyildi. Katib ağsaqqal adamıydı. Dedi ki, Məhərrəm kişi bu kənddə böyük işlər görüb, Allah ona rəhmət eləsin, amma həyat davam edir.
Məhərrəm kişinin ölümündən bir ilə yaxın vaxt keçirdi. Kəhər at isə onsuz qalmışdı. Təzə kolxoz sədri də ürək eləyib o ata minmək istəmirdi. Bir dəfə istədi ata yaxınlaşıb yəhəri belinə qoysun və ayağını üzəngiyə salıb atın belinə qalxsın. Onda at nə təhər şahə qalxıb qoşa şıllaq atdısa, Nuğay kişi güclə canını qurtardı. Və həmin gündən bir də o ata yaxınlaşmadı...
Atınsa iri, qəşəng gözləri get-gedə solurdu. Nə ot-ələf yeyir, nə su içir, nə də kiməsə yaxınlıq verirdi. Düz on gün belə davam elədi. Məhərrəm kişinin ili tamam olan gündən atın da ürəyi dayandı. Hamı məəttəl qaldı. Dedilər ki, Məhərrəm kişinin kəhər atı onun ayrılığına dözmədi və ürəyi partladı...

Faiq QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK