Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Azərbaycan superkuboku bu dəfə Nəxçıvanda keçiriləcək Adalet.az | Azərbaycan superkuboku bu dəfə Nəxçıvanda keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

Azərbaycan superkuboku bu dəfə Nəxçıvanda keçiriləcək

16353    |   2013-10-08 17:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Superkubokunun keçirilmə yeri və vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu "Neftçi” ilə Azərbaycan kubokunun finalçısı "Xəzər Lənkəran” Naxçıvanda üz-üzə gələcəklər. Görüş oktyabrın 23-də keçiriləcək.

Əslində, 18 illik fasilənin ardından Azərbaycan Superkuboku uğrunda oyunun klublarımızın bu yay qitə miqyaslı turnirdə növbəti mövsümə startından 1 həftə öncə keçirilməyi nəzərdə tutulmuşdu. Mübarizəyə Avropa Liqasında iyulun 4-də başladığımızdan, bu, iyunun 27-si demək idi. Ancaq "Xəzər Lənkəran”la "Qarabağ”ın ilk matçlarının daha 2 gün əvvələ çəkilib, iyulun 2-ə təyin edilməyi işi daha da çətinləşdirdi.

Daha sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Superkubokun iştirakçıları olan "Neftçi” və "Xəzər Lənkəran”ın II təsnifat mərhələsində ilk görüşlərinin evdə olacağı halda, Superkuboku mütləq keçirməyi nəzərdə tutduqlarını açıqladı. Gəl ki, "Neftçi”nin Çempionlar Liqasında Albaniyanın "Skenderbeu” ilə ilk matçı evdə olduğu halda, "Xəzər Lənkəran” Avropa Liqasında Hayfa "Makkabi”si ilə ilk oyununu səfərdə keçirməsi yenə planlar alt-üst etdi.

Matçın qış fasiləsində klublarımız Türkiyədə təlim-məşq toplanışında olduğu vaxt qardaş ölkədə keçirmək variantı da vardı. Ancaq istər "Neftçi”, istərsə də "Xəzər Lənkəran” klubu azarkeşləri nəzərə alaraq, matçın Azərbaycanda keçirilməsini məqsədəuyğun saydığından, PFL neytral meydan kimi Naxçıvanı seçib.

Yeri gəlmişkən, 2005-ci ildə Ramiz Mirzəyev AFFA-nın prezidenti olduğu dövrdə yenidən Superkubok oyununun keçirilməsi gündəmdə idi. Hətta çempion "Neftçi” ilə ölkə kubokunun sahibi "Bakı” arasında həlledici matç təqvimə də daxil edilmişdi. Həmin vaxt da bu görüşün Naxçıvanda keçiriləcəyi gözlənilsə də, sonradan təxirə salındı.

Xatırladaq ki, Superkubok indiyədək 3 dəfə sahibini tapıb. Qalib 2 dəfə "Neftçi”, 1 dəfə "Qarabağ” olub.


İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK