adalet.az header logo
  • Bakı -°C
23 May 2026 22:40
71
HADİSƏ
A- A+

Təbrizdəki konsulumuz faciəvi şəkildə həlak oldu - VİDEO

Azərbaycanın Təbriz şəhərindəki konsulu avtomobil qəzası nəticəsində ölüb.

Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında məlumat verilib.

“Hörmətli diplomat həmkarımız, Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki konsulu vəzifəsində çalışan Ramil Rza oğlu İmranovun Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində dünyasını dəyişməsi xəbəri bizi dərindən sarsıtdı”, - məlumatda deyilir.