"Qızıl medalımı atama həsr edirəm" - Avropa çempionu olan şəhid qızı - VİDEO
Karate üzrə Avropa çempionu olan ilk azərbaycanlı qadın idmançı Mədinə Sadıqova qələbəsini şəhid atasının xatirəsinə həsr edib.
Adalet.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Birinci Qarabağ Müharibəsi şəhidi, kapitan Vasif Sadıqovun qızı olan Mədinə qələbə sevincini belə bölüşüb:
"Mən bir şəhid qızıyam. Qızıl medalımı atama həsr edirəm. Demək istəyirəm ki, sənin qızın sənin yolunla gedir. Sənin adını, soyadını Avropa arenalarında yüksəldir"


Bakı -°C

