Eyal Zamir: İsrail hərbi əməliyyatları bərpa etməyə hazırdır
İsrail Müdafiə Ordusu İranı zəiflətmək üçün intensiv hərbi əməliyyatları dərhal bərpa etməyə hazırdır və operativ çevikliyi qoruyub saxlayacaq.
Adalet.az xəbər verir ki, bu bəyanatla İsrail Müdafiə Ordusunun baş qərargahının rəisi general-leytenant Eyal Zamir çıxış edib.
"İsrail Müdafiə Ordusu regiondakı hadisələrin inkişafını izləməyə davam edir və İranı, eləcə də onun imkanlarını daha da zəiflətmək üçün intensiv hərbi əməliyyatları dərhal bərpa etməyə hazırdır. Biz döyüş hazırlığını və operativ çevikliyi nə qədər lazımdırsa, bir o qədər də qoruyub saxlayacağıq", - o bildirib./Report


Bakı -°C

