Çində mədəndə partlayış: 90 nəfər öldü - YENİLƏNİB
Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb.
Adalet.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Dağıntılıar altında qalanların olduğu bildirilir.
***09:44
Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində baş verən qəza nəticəsində həlak olanların sayı 82 nəfərə yüksəlib.
Adalet.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bildirilib ki, 9 nəfər hələ də itkin hesab olunur, 123 nəfər xəstəxanaya yerləşdirilib.
Xilasetmə və axtarış işlərinə 755 nəfər cəlb olunub.
***09:38
Çinin şimalındakı Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı nəticəsində ölənlərin sayı 50-yə yüksəlib.
Adalet.az xəbər verir ki, hazırda hadisə yerində axtarış işləri davam edir.
Qeyd edək ki, hadisə əyalətin Çinyuan rayonunda mayın 22-də axşam saatlarında baş verib.
***08:42
Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən qaz partlayışı faciəyə səbəb olub.
Adalet.az xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həyatını itirib, 38 işçi isə dağıntılar altında qalıb.
Məlumata görə, partlayış zamanı mədəndə ümumilikdə 247 nəfər çalışırmış. Qəzanın baş verdiyi hissədə çalışan işçilərdən 201-i xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.
Hazırda dağıntılar altında qalan işçilərin xilas edilməsi üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Hadisənin səbəbləri araşdırılır.
Digər Xəbərlər
23 May 2026 08:48
İran parlamenti Trampa qarşı sui-qəsdə görə mükafat təyin edəcək
23 May 2026 08:20
Tramp İrana qarşı sonuncu əməliyyata hazırlaşır
23 May 2026 08:18
Bloomberg: Rusiya müharibəni 2026-cı ilin sonuna qədər başa çatdırmaq istəyir
23 May 2026 07:57


Bakı -°C

