Braziliya ətinə qadağa: Hansı qərar veriləcək? - VİDEO
Avropa Birliyi Braziliyadan ət, xüsusilə də mal əti və ət məhsullarının idxalına qadağa tətbiq edib. Qərarın səbəbi həmin məhsulların sanitariya standartlarına cavab verməməsidir. Azərbaycan da Braziliyadan böyük həcmdə ət alır. Satıcıların sözlərinə görə, bu ölkədən alınan ətin digərlərindən əsas fərqi məhsulun daha keyfiyyətli olmasıdır.
Satıcı Abbas Vəliyev qeyd edib ki, can əti qiymətinə ətlər satırlar ki, kiloqramı 16 manatdır:
"Tələbat yüksək səviyyədədir, əsas alıcılar da kafe-restorandır. Satdığımız məhsulların hamısı AQTA-ın sağlamlıq aktı ilə tərtib edilir. Ay ərzində məhsul 3-4 dəfə gəlir".
Adalet.az İctimai TV-yə istinadla xəbər verir ki, ekspertlər bu ilin ilk 4 ayı ərzində ət idxalında artım qeydə alındığını deyirlər.
Belə ki, ölkəyə xaricdən təxminən 15-16 min ton ət gətirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 17-18 faiz çoxdur.
Bəs sözügedən Braziliya ətinin idxalı dayandırılarsa, qiymətlərdə hansı dəyişiklik ola bilər?
İqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkədə iribuynuzlu heyvanların sayı və örüş yerləri azalıb:
"Belə olduğu halda daxili tələbatımızı təmin etmək üçün xarici bazara üz tuturuq. Biz oradan dondurulmuş ət, quş əti məhsulları idxal edirik. Təbii ki, bu, bazara təsirini göstərir. Amma bu da qiymətlərdə müəyyən artım ola biləcəyini göstərir. Qarşıdan da Qurban Bayramının gəldiyini nəzərə alaraq, 10 faizə yaxın artım ola bilər".
Məsələ ilə bağlı AQTA-dan bildirilir ki, Braziliya da daxil olmaqla xaricdən ət idxalına yalnız o halda icazə verilir ki, ixracatçı ölkənin səlahiyyətli orqanı həmin məhsulların beynəlxalq normalara uyğun olduğunu təsdiq etsin və bu məhsullara baytarlıq sertifikatları təqdim etsin. idxal prosesi zamanı məhsullar üzərində sənəd, eynilik və fiziki nəzarət tədbirləri aparılır, daha sonra laboratoriya sınaqlarına cəlb edilir. Nəticəsi uyğun olan məhsulların satışına icazə verilir.
Qurumdan o da bildirildi ki, bu il Braziliyadan idxal olunan ət məhsullarında antibiotik qalıqları ilə bağlı hər hansı uyğunsuzluq aşkarlanmayıb.
Digər Xəbərlər
16 Iyun 2026 18:06
Əhali mağazalarda ayda orta hesabla 496,9 manat xərcləyir
16 Iyun 2026 13:43
"Əgər bu istiqamətdə real addımlar atılarsa, İran iqtisadiyyatına..."
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57


Bakı -°C

