Prezidentin qızı və gəlini Sosial Reabilitasiya Mərkəzini ziyarət etdilər - FOTOLAR
Leyla Əliyeva və Alona Əliyeva “Tut Əlimdən” Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Adalet.az xəbər verir ki, qonaqlar mərkəzdə təşkil olunan sosial və yaradıcı fəaliyyətlərlə yaxından tanış olub, uşaqlarla birgə müxtəlif tədbirlərdə iştirak ediblər.
Mərkəzə gələn Leyla Əliyeva və Alona Əliyeva əvvəlcə uşaqlarla birlikdə həyətyanı sahədə meyvə və dekorativ ağaclar əkiblər.
Daha sonra azyaşlılar öz əl işlərini, çəkdikləri rəsmləri və rəngarəng yunlardan hazırladıqları oyuncaqları təqdim ediblər. Uşaqların yaradıcılıq nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Birgə fəaliyyət zamanı müxtəlif dekorativ əşyalar hazırlanıb, uşaqların bacarıq və yaradıcılıq imkanlarını əks etdirən işlərə baxış keçirilib.
Tədbirin bədii hissəsində azyaşlılar şeirlər səsləndirib, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Uşaqların nümayiş etdirdiyi çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Digər Xəbərlər
24 May 2026 17:15
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
23 May 2026 23:36
Leyla Əliyeva Bakıda toyda iştirak edib - VİDEO
22 May 2026 11:32
Bu ərazilərə intensiv yağış yağır - FAKTİKİ HAVA
21 May 2026 21:19
Kəlbəcərdə qış turizm kompleksi yaradılacaq
21 May 2026 18:00
Bu şəxslərə kirayəyə görə hər ay 100 manat veriləcək
21 May 2026 15:40
Xankəndiyə güclü yağış, Xocalıya isə dolu yağdı - VİDEO
21 May 2026 15:18
Alena Əliyeva “Zəkaların mübarizəsi II” olimpiadasının final mərhələsində - FOTOLAR
21 May 2026 12:55


Bakı -°C

