ANA SƏHİFƏ / YAZARLAR

TALE

17768    |   2013-07-27 05:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zərbədən huşunu itirəndən sonra neçə saat bayqın halda qaldığından xəbərsiz idi. Ayılıb özünü tövlədə gördü. Bütün bədəni sızıldasa da, başına gələcəklərin qorxusundan ağrı hiss edəcək halda deyildi. Onunla bərabər tövləyə salınmış yaralı həmkəndlilərinin sifətinin ifadəsindən "kaş ki heç ayılmasaydın!.." təəssüfünü aşkarca oxuyurdu. Çünki o, kənd gözəllərinin gözü idi və bu, azğın düşmənin gözündən yayınmayacaqdı...
Kişilər buradakı qızları, qadınları nələr gözlədiyini düşünərkən onları boğub ölüdməyə razı idilər. Amma buna heç kimin əli gəlmirdi...
Nigarın ürəyində bir ümid işartısı vardı. İmkan tapıb dibçək gülünün budağına keçirdiyi üzüyünü nişanlısı mütləq görəcək və əsir düşdüyünü bilib silahlı dəstə ilə onları xilas etməyə gələcək...
Hər kəs dəhşətli şeylərin baş verəcəyini düşündüyü halda tövlənin qapısı şaqqıltı ilə açıldı. Hamı səksəndi. İki sərxoş erməni içəri girərək oradakıları bir-bir süzdülər və hər ikisinin də nəzərləri Nigarın üstündə dayandı. Ona tərəf getmək istəyəndə kənd cavanları irəli atıldlar. Yaralı gəncləri tüfəngin qundağı ilə kənara itələyən erməni müqavimətlə qarşılaşdığını görüb, atəş açdı. Gənclər dalbadal yerə sərildilər. Tövlədəki qadınların şivəni ərşə dirəndi. Qarışıqlıqdan istifadə edən ermənilər Nigarı sürüyə-sürüyə tövlədən çıxardılar...
...Onun üçün artıq heç nəyin mənası qalmamışdı. Səhər açılanda ilk yadına düşən, gecə yatanda ən son xəyalından keçirdiyi, bütün arzularının səbəbkarı Qeyrəti belə, görmək istəmirdi. Bütün arzularının üstündən qara bir xətt çəkilmişdi. İffəti, heysiyyatı ayaqlar altında olan Nigar üçün itirəcəyi heç nə qalmamışdı.Dəfələrlə intihara əl atsa da, buna nail ola bilmirdi. Ənlik-kirşanlı sifəti ilə ikrah yaradan Rozanın nəzərləri hər an onun üstündə idi. Rozanın qonaqları tərəfindən dəfələrlə alçaldılarkən içində tüğyan edən intiqam hissindən də artıq əsər qalmamışdı. Buraya düşəndən bir kəlmə belə kəsmir, təhqir edilərkən heç bir reaksiya vermirdi. O, sanki canlı ölü idi. Hissiz, duyğusuz kabus kimi dolaşır, nə ölə, nə yaşaya bilirdi. Vətənə qayıtmaq haqda düşünmək də istəmirdi. Geridə qalan gözəl günlərini əziz bir xatirə kimi qəlbinin küncündə saxlayırdı. Qayıtmaq istəməsə də, gözü o yollardan çəkilmirdi. Yollardan nəyi gözlədiyini soruşan olsaydı, acı təəssüflə "qeyrətləri gözləyirəm" cavabını verərdi. Amma bir anlığa ruha dönüb, əzizlərinin yanına uçmaq, ailəsindən kimin öldüyünü, kimin yaşadığını bilmək istəyirdi. İlk günlər nişanlısına nifrət etsə də, indi o nifrəti acı göz yaşları əvəz edirdi. Qeyrət sağ olsaydı, mütləq gəlib onu xilas edərdi...
Üzücü illər arxada qalırdı. Roza gəbərəndən sonra bu evə gələnlərin ayağı kəsilmişdi. Bu hissiz, duyğusuz, ölü can artıq heç kimi maraqlandırmırdı. Rozanın evində yaşayır, kölgə kimi həyətdə dolaşırdı.
...Birdən, müharibə başlayandan silah-sursat yığmaq üçün istifadə etdikləri klub binasından səs-küy eşitdi. Musiqi sədaları ətrafı bürümüşdü. Gecənin qaranlığında oğrun-oğrun klub binasına yaxınlaşdı. Bütün kənd əhalisi burada idi. Artıq rahatca başa düşdüyü dildə Xocalının alınmasının ildönümünü qeyd etdikərini anladı. Hamı deyib-gülür, sərxoş adamlar bir-birini qucaqlayıb öpür, təbrik edir, müsəlmanların haqqında nalayiq sözlər danışaraq zarafatlaşırdılar. Nigarın illərlə ürəyində yığılan hiddət birdən püskürməyə başladı. Hissiz bədəni canlanır, gözlərinə işıq gəlirdi. İntiqam üçün bundan daha gözəl fürsət ələ keçməyəcəkdi!
O, yaxınlıqdakı "Villis" maşınından benzin dolu kauçuk qabı götürüb klubun qapısından başlayaraq, bütün ətrafına səpməyə başladı. Benzini binaya elə səylə çiləyirdi ki, yandırarkən alışmamış bir hissəsi belə qalmasın. Öz üst-başı da benzinlə islanmışdı. Bu zaman kibriti olmadığını xatırladı. Evə dönmək istəyəndə klubun qapısı açıldı və sərxoş bir erməni siqaretinə bir-iki qullab vurub yerə atmışdı ki, ətrafı od bürüdü. Alovun qızışması ilə içəridəki döyüş sursatları da partlamağa başladı. Bu mənzərəni acımadan seyr edən Nigar benzinin izi ilə gələn alovun bədənini sarmasını da sanki hiss etmədi. Bəlkə də bu, onun öz istəyi idi.
İçəridəkilərin dəhşətli fəryadları alov içində, illərdi gözünü dikdiyi yola tərəf qaçan Nigarın dəli qəhqəhəsini itirirdi...

Fəridə RƏHİMLİ
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK