ANA SƏHİFƏ / YAZARLAR

GOPÇU KİŞİ

24664    |   2013-06-15 01:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Yaşı altmış beşi keçsə də Tahir Dadaşov hələ də özünü uşaq kimi aparırdı. Uşaqlıq illərindən elə bil ki, ayrılmaq istəmirdi. Hərdən bir dilinə yiyəlik eləsə də, amma çox vaxtı zəhər tuluğuna dönən dili onu çıxılmaz vəziyyətə salırdı. Düzdür, Tahir Dadaşov yeyib-içən adam idi, amma bu yeyib-içməyi də heç vaxt öz pulu ilə almaz, harda imkanlı, vəzifəli adam vardısa, onun yanında olardı. Şirin dilini işə salardı və həmin adamın qılığına elə girərdi ki, təsəvvür eləmək mümkün deyildi. Həmin adam da Tahir Dadaşovun şirin dilinə o dəqiqə aldanardı və fikirləşərdi ki, o nə danışırsa, hamısını düz deyir...
Qarşısındakı çay stəkanını əlinin arxası ilə geri itələdi, əsəbi halda çayçının üstünə qışqırdı:
- Ayə, yekə oğlansan, bu nə çaydır, gətirib bizə vermisən. Adam da müştəriyə qaynanmış çay gətirər?
Çayçı oğlan:
- Tahir dayı, Allaha and olsun, çay qaynamayıb, təzə dəmləmişəm, içərisinə də qantəpər, kəklikotu atmışam ki, daha ətirli olsun...
- Başına dəysin, sənin dəmlədiyin çay! Bu çay deyil ey, Arazın lilli suyudu. Zalım oğlu, bu nə sudu, bu nə rəngdi? Buna görə bilirsən adamı neyləyərlər? Salarlar ayağının altına, dəli inək balasını ayaqlayan kimi, tapdalayarlar. İndi deyirsən, durum sənin qulağının dibindən bir şillə ilişdirim, səsi kəndinizdən eşidilsin?!
- Vallah, mən elə qəbahət eləməmişəm. Hamıya necə çay vermişəmsə, sənə də elə çay dəmləmişəm. Allah köməyin olsun, heç kim bir söz demir, təkcə sənin səsin çıxır...
- Səsim çıxar da. Adam kimi çay dəmlə, səsim də çıxmasın!
- Bilirsən, ağsaqqal, heç çayın pulu da lazım deyil...
Pul sözünü eşidəndə Tahir kişinin dodaqları qaçdı. Elə buna da o lazım idi. Kimsə pul almasın və çay müfdə başa gəlsin. Tahir kişi tək çayxanada deyil, çox yerdə belə dava-dalaş, hay-küy salar və sonra da pul vermədən çıxıb gedərdi. Onun yanında olan adamlar da Tahir kişiyə haqq qazandırar və xidmətçilərə deyərdi ki, pulu almamaqla canınızı yaxşı qutardınız. Yoxsa sizdən şikayət eləyərdi, ordan-burdan gəlib başınıza oyun açardılar, obyektinizi bağlayardılar, pulunuzu alardılar.
... Hər dəfə bir oyun oynayardı, bir iş qurardı və iş də bundan ibarət idi ki, getdiyi yerdə kimsə ondan pul almasın. Özü maşın ustasıydı və əlindən də elə bir iş gəlməzdi. Çox sürücülər onu tanıdığına görə, nadir halda maşını onun emalatxanasına sürərdi. Tahir Dadaşov da müştərinin geyiminə-keciminə baxar və ona da uyğun hərəkət eləyərdi. Müştərini görən kimi qabağına qaçar, köməkçilərinin üstünə acıqlanıb deyərdi:
- Ay uşaq, görmürsən, hörmətli yoldaş gəlib? Tez samovarı işə sal, maşın düzələnə qədər qonağımız darıxmasın və bir stəkan samovar çaylı içsin...
Müştəri də ustanın bu hərəkətinə hörmətlə yanaşar və fikirləşərdi ki, yəqin usta müştərisinə belə diqqət yetirir ki, ikinci dəfə yenə onun yanına gəlsin. Tahir Dadaşov müştərini ələ alandan sonra, yağlı dilini işə salırdı:
- Bilirsən qardaş, mən ilin iki-üç ayını Kislovodskidə, Yesuntikidə, Yaltada dincəlirəm, pul-zad əl çirkidir. Gərək kişi yesin-içsin, gəzsin və pul xərcləsin! Bax, onda deyərəm hə, kef çəkmək nə deməkdir.
Əslinə qalanda Tahir Dadaşov heç ömründə Biləcəridən o tərəfə də getməmişdi. Yalanları ilə müştərini ələ almaq istəyridi ki, guya çox imkanlı adamdı və hər tərəfi gəzib-dolaşıb. Müştəri bir stəkan samovar çayı içəndən sonra dilləndi:
- Çox saq ol, ay usta, maşın düzəlib, indi sənə borcum nə qədərdi?
- Əşi, qonaq ol, nə pul, nə zad?!
- Yox qardaş, borcumu de, pulumu ödəyim, maşını götürüm gedim...
- Onda 20 dənə məmmədəmin verərsən.
Müştəri 20 sözünü eşidəndə gözü kəlləsinə çıxdı:
- Bunu başqa yerdə 2 məmmədəminə düzəldirlər. İndi necə oldu ki, 20 məmmədəmin eləyir?!
- A qardaş, bayaqdan uşaqlar da,özüm də maşının altına girib tər tökmüşük. Qışın günündə yuxarıdan bir damcı su adamın boynuna düşəndə cəhənnəmi görüb gəlirsən. Belə vəziyyətdə işləmişik, sən də rahat oturub, samovar çayı içmisən! Bəs bilmirsən ki, samovar çayını hər adama vermirlər.
Bu sözlərdən sonra müştəri cibindən çıxarıb 20 məmmədəmini Tahir Dadaşova verdi. Sonra da dilləndi:
- Bir də bura gəlsəm, mənim atama lənət! Elə bu maşını bazara çıxarsam, 25-30 məmmədəmin verərlər...
Qaşları çatılan Tahir kişi əsəbi halda dedi:
- Adə, get, işinlə məşğul ol! Mənə də Dadaşov deyərlər. Üstümü unlu görüb, adımı dəyirmançı çağırma. Mən elə adamlarla oturub-dururam ki, sən heç onları yuxunda görə bilməzsən. İstəyirsən bir də gəl, istəyirsən gəlmə. Özün bilərsən...
Tahir Dadşov bax belə adam idi. İşdən çıxandan sonra özünü elə aparırdı ki, sanki alçaq dağları o yaradıb. Əvvəl siyasətdən danışırdı, sonra keçirdi iqtisadiyyata və axırda da gəlib futbolun üstündə dururdu. Deyirdi ki, mən kənddə futbol oynayanda, camaat Banşiveski deyə məni çağırırdı. Topu ayağımda o qədər çiləyirdim hamı gəlib mənə baxırdı. Üç-dörd dəqiqə çiləyəndən sonar belimə atırdım, sonra başıma tərəf ötürürdüm və yenidən ayaqlarımla topu çiləyib qapıya vurudum və qapçı da onu tuta bilmirdi.
Belə baxanda Tahir kişi səmimi adama oxşayırdı, amma elə ki,onunla bir kəlmə kəsirdin, söhbət eləyirdin, görürdün ki,onda səmimiyyətdən bir damla belə əlamət yoxdu. Başdan-ayağa gop-kələkdi. Xüsusən də tanımayan adamların arasına düşəndə özünü prokuror kimi aparardı. Gah onun üstünə qışqırar, gah bunun üstünə bağırar, gah da kimini iş dalınca buyurardı. Guya vəzifəli adamdı, hər yerə əli çatır və istədiyi adamı da yaxşı işə qoydura bilər. Hətta arvadı da onun bu xasiyyəti ilə fəxr eləyər və deyərdi ki, mənim ərim kimi istəsə başçı qoydurur, baş həkim təyin elətdirir və əlini çörəyə çatdırır.
... Əllərini arxasında çarpazlayıb özünü mağazaya saldı və dükançıya dedi:
- Ay uşaq, yaxşı araqdan 3-dənəsini bük! Müdirə də deyərsən ki, Dadaşov gəlmişdi.
Satıcı uşaq ona təəccüblə baxdı və dilləndi:
- Ay əmi, Dadaşov kimdi?
- Dadaşov mənəm, bala! Müdirin yaxşı tanıyır, sən tanımasan da olar. Özü də pul-zad verən deyiləm...
Yeniyetmə uşaq 3 araqı da qəşəng, səliqə ilə bükdü və ona sarı uzatdı:
- Götür, yoldaş Dadaşov! Elə nisyə dəftərinə də belə yazacam: "Dadaşov - 3 araq".
O nisyə dəftərinə bu sözü yazdı və müdir gələndə onu müdirə göstərdi. Müdirin qaşları çatılsa da, sifətində təbəssüm yarandı:
- A bala, bu 3 araqla canımızı o Dadaşovun əlindən yaxşı qutarmışıq. Yoxsa həyasızın, sırtıqın biridir. Bir də gördün o arağı vermədin, başladı bizim işimizdən və eyiblərimizdən ora-bura yazmağa. Bir dəfə qonşu mağazada onun dediyini eləməmişdilər, o da götürüb yuxarılara yazmışdı. Onlar da gəlib mağazanı yoxlamışdılar və o qədər nöqsan tapmışdılar ki, axırda da dükanı bağlamışdılar. Dadaşov nə vaxt gəldi-gəlmədi, mən oldum-olmadım, nə desə verərsən, bildin?!
Yeniyrtmə oğlan:
- Başa düşdüm, müdir...
... Səhərin gözü açılanda Tahir Dadaşov hamıdan tez yuxudan qalxar, həyətə düşər və elə bərkdən danışardı ki, çoxları onun səsindən oynayardılar. Dəfələrlə qonşular ona deyərdi ki, ay Dadaşov, Allah sənin köməyin olsun, kənddən necə gəlmisənsə elə də qalmısan. Hamı düzəldi, dəyişdi, amma sən yenə həmin köntöy adamsan. Bu sözləri eşidəndə Tahir Dadaşovun cin başına vurardı və qışqıra-qışqıra deyərdi:
- Ay balam, mən beləyəm də, kəndçiyəm, durub indi dəyişən deyiləm ki?! Kim nə təhər danışır, özü bilər. Amma mən Tahir Dadaşovam. Nə təhər var, elə də qalajam...
Tez-tez tanış-bilişlərini başına yığar və onlara maraqlı söhbətlər eləyərdi. Bu tanış-bilişlər də elə-belə adam deyildilər. Az-çox dünyanın gərdişindən xəbərləri vardı. Onların arasında ziyalılar da olurdu, müəllimlər də və hətta siyasətçilər də. Ancaq Tahir Dadaşov nə qaçana aman verirdi, nə də uçana. Başlayardı Səfəvi dövlətindən, sonra keçərdi Qaraqoyunlara, bir qədər sonra da Ağqoyunlardan danışardı. Guya tarixi beş barmağı kimi bilir. Hətta tarixdən başı çıxan adamlar da ağzını aralayıb ona elə baxardılar ki, elə bil kişinin oğlu qızıl xırdalayır. Bir balaca qulaq asandan sonra, görərdilər ki, Tahir Dadaşovun danışdığı tarix deyil, başdan-ayağa gopdur.
Və sonra da o üzünü tutub ona qulaq asanlara bildirərdi:
- Deyirəm vallah, məni vəzifəyə qoysalar, bu xalqa bir gün ağlayaram. Heç vaxt haqqı nahaqqa vermərəm. Kim hansı yerə layiqdir, orda əyləşdirərəm...
Əlləri ilə şişman qarnını sığallayar, sonra da gənərərdi. Yenidən başlayardı gop eləməyə:
- Bilirsiniz, mənim cavanlığım necə keçib?! Meşoq-meşoq pul qazanmışam. Zaftrıkımı Bakıda eləmişəm, günorta yeməyimi Moskvada yemişəm, şam yeməyim isə Lelinqradda olub. Gərək adam əlləşə-vuruşa, pul qazana və sonra da onun səfasını görə.
Artıq çoxları Tahir Dadaşovu yaxşı tanıyırdı. Bilirdilər ki, Tahir Dadşov yalançının, gopçunun və kələkbazın biridir.
... Tanıyanlar ondan canın qurtarmaq istəyirdilər, tanımayanlar isə boş-boş söhbətləri dinləməkdən boğaza yığılmışdılar. Tanıyanlar görürdülər ki, Tahir Dadaşov gəlir, o dəqiqə yolunu dəyişirdi. Bilirdi ki, yolunu dəyişməsə nə az, nə çox, yarım saat salacaq onu çənəsinin altına və o ki, var can sıxıcı söhbətləri ilə onu yoracaq. Tanımayanlar isə hələ də onun boş-boş və lavarsaq söhbətlərini eşitməyə məcbur idilər...

FAİQ QİSMƏTOĞLU
[email protected]


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-26
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK