viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ONDAN BİR DƏ OLMAYACAQ Adalet.az | ONDAN BİR DƏ OLMAYACAQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ONDAN BİR DƏ OLMAYACAQ

Zeynəb Xanlarova İradə Tuncayın təqdimatında

29808    |   2010-01-09 05:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kim nə deyirsə desin, mənim həyatım möhtəşəm olub. Çünki həyatı sevmişəm. Ona görə də insanları sevmişəm - dostlarımı da, düşmənlərimi də. Amma mən tamam yad, naməlum adamları da sevmişəm. O yadları ki, onlar mənim tamaşaçım, dinləyicim olublar. O yadları ki, mən onlar üçün sonuncu nəğməmlə səhnədə ölməyə hazır idim... Ümidim var ki, bu insanlar məni son mənzilə yola salmağa gələcəklər. Məni tənha qoymayacaqlar. Tənhalıqdan qorxuram. Gecənin düşməsi, səhərin açılması ilə məni saran dəhşətli tənhalıqdan qorxuram - həmin vaxt özümə "yaşamağa dəyərmi, niyə yaşayım ki" sualını verirəm. İstərdim ki, mənim bəlkə də bu sonuncu "etirafnaməmi" oxuyanlar mənim haqqımda da Mariya Maqdalina üçün dediklərini deyəydilər - "Onu bağışlamaq olar, çünki içində böyük sevgi vardı".
   
   
   
   Edit Piaf
   
   "Mənim həyatım" kitabından
   
   
   
   O kəsləri ki hamı tanıyır, ya da tanıdığını zənn edir, onlar haqqında nəsə yazmaq çətindi. Deyəsən bu cümlənin özü də şablon alındı. Eybi yox, biz onsuz da həyatımızı şablonlar əsasında yaşayırıq - bir yazının içində də şərtiliklərdən qaçmaq olmayacaq. Həm də bir yazının içinə nə onun böyük bioqrafiyasını, nə böyük sənətini, nə də izahı olmayan çox nəsnələri sığışdırmaq da mümkün deyil. Heç onun özü də nə bu kiçik məmləkətə, nə də bu azsaylı xalqın miqyasına sığmır. Sığmır, vəssalam, nə deyirsiz deyin.
   
   Möhtəşəm qadındı... Əfsanə qadındı... Novatordu, yaradıcıdı... Sevilən və bu sevgiyə görə nifrət də qazanan, ilahiləşdirilən, bütləşdirilən və bunun bədəlini özü bildiyi əzablarla ödəyən qadındı. Ondan qorxurlar, çəkinirlər. Heç şübhəsiz, bizə yaxın olan XX əsrdə ifaçılıq sənətinə onun qədər təsiri olan ikinci bir sənətçi yoxdu və hələ uzun illər olmayacaq da...
   
   Və həm də nəzərə alsaq ki, onu yetişdirən zaman və məkanda ulduz anlayışı qəbul olunmurdu və ulduzu sənət adlanan göy qübbəsində parlatmaq üçün Amerikadakı kimi böyük bir sənaye mövcud deyildi - onda bu şəxslərin fərd olaraq böyüklüyü bir daha təsdiq olunacaq.
   
   ZAMAN VƏ MƏKAN... 60-cı illərin bizim mədəniyyət tariximizdə xüsusi yeri var. Hansı tərəfdən baxırsan bax. Bu intibah dövrüdü - rəssamlıqda, heykəltəraşlıqda, musiqidə, ədəbiyyatda. Görünür, 20-30-cu illərin gərginliyindən, sıxıntısından sonra belə mədəniyyət hadisələrinin yaranması labüd idi. Dünyanın ən dəhşətli müharibəsinin bitməsindən azacıq vaxt keçmişdi. Ölkə özünə gəlməyə başlayırdı, insanlar dərdlərini unutmağa çalışırdılar. Hər yerdə böyük abadlıq, quruculuq işləri vüsət alırdı. Hələ üstəlik Xruşşovun hakimiyyətə gəlişi, "ottepel" dediyimiz dövr də uzun müddət fikirlərini gizlətməyə çalışan, məngənə içində sıxılan, bezən insanın başqa cür, olduğu kimi görünmək istəyini reallaşdırmağa şərait yaradırdı. Konkret olaraq yaşadığımız bu kiçik respublikanın həmin tarixinə nəzər salsaq paytaxtın sürətlə milliləşdiyini də görəcəyik. Müharibə sonrası müxtəlif bölgələrdən oxumağa, işləməyə gələn gənclər artıq çox sahələrdə üstün durumda olan başqa millətləri əvəzləməyə başlayırdılar. Bakının ünsiyyət dilinin melodiyası dəyişirdi, yaşam dinamikası dəyişirdi. Və həmin vaxt insanların həyatını kökündən dəyişəcək bir vasitə də evlərə ayaq basmaqda idi - TELEVİZOR. Artıq insanlar radio dalğalarından, vallardan eşitdikləri səsləri görə də bilirdilər. Və bu güzgüdə gördüklərinə oxşamaq istəyirdilər.
   
   Yəqin ki, uğurun başlıca səbəbini burda axtarmaq gərəkir - LAZIM OLAN VAXT LAZIM OLAN MƏKANDA BULUNMAQ.
   
   Artıq ədəbiyyat da, təsviri sənət də, kino da yeni qəhrəman axtarışında idi. Səhnədə royalın qarşısında əllərini cütləyib oxuyan gombul ifaçılar da yeni dövrlə unison səslənə bilmirdilər.
   
   VƏ BU VAXT SƏHNƏNİ SÖZÜN HƏR MƏNASINDA TİTRƏDƏN BİR TSİKLONMU DESƏM, ZƏLZƏLƏMİ DESƏM - GƏLİR... GƏLİR!!!
   
   
   
   ***
   
   ... İndi Milli Məclisin iş otaqlarından birində həmin Zəlzələ ilə üzbəüz oturmuşam. Otaqda bizdən başqa iki qadın da var - Zeynəb xanımın Milli Məclisdəki köməkçisi Mələk xanım, bir də evdəki sirdaşı Maral.
   
   ... Nazı, işvəsi, ədası həmişəki kimidi. Möhtəşəm qadınların yaşı olmur, onlar hər zaman arzu olunan, əlçatmazdı deyə düşünürəm. Və bir də düşünürəm ki, ondan bir də olmayacaq. Yenidən bu zəlzələnin yaşanması üçün çox amillər, şərtlər vacibdi. Bu da ki, xülya kimi bir şeydi.
   
   Bir müddət əvvəl telefonla söhbətləşmişdik. Və mən bu ələkeçməz xanımdan görüş sözü almışdım. İndi görüşmüşük və o deyir ki:
   
   - Canımsan, yazı istəmirəm, elə-belə söhbətləşək, danışaq.
   
   - Danışırıq da, Zeynəb xanım, gör qəzet üçün necə maraqlı olacaq.
   
   Diktofonun düyməsini basıram. Dörd qadın və iki saatlıq söhbət. Təbii ki, hər şeydən danışırıq - yazıya daxil olan və olmayan.
   
   Heç bir müsahibə etirafnamə deyil və heç bir müsahib də öz içində gizlətdiyi özəl xatirələri açıb danışmağa borclu deyil, amma məni qıdıqlayan bəzi suallara cavab almaq ümidindəyəm, uzaqdan başlayıram:
   
   - Zeynəb xanım, yaradıcılığınızı mərhələlərə bölürsünüzmü? Çünki müxtəlif zaman kəsiklərində insan özü də hiss edir ki, sənətində nəsə dəyişib.
   
   - Mənə elə gəlir ki, mən belə hesab edirəm ki, mən dəyişilməzəm. Xarakterimdə dəyişiklik olmayan kimi sənətimdə də dəyişilməzəm. Səsim əvvəlkindən də yaxşıdı - hər halda belə fikirləşirəm.
   
   - Axı ilk gənclik illərində sənətə muğam ifaçısı kimi gəlmişdiniz?
   
   - Mən Seyid Şuşinskinin tələbəsi olmuşam. Qızıl Fondda mənim o vaxt yazdırdığım dörd, ya beş muğam saxlanılır. "Çahargah", "Qatar", "Şahnaz", "Segah". Onu da deyim ki, qadınların içində "Çahargah" oxuyan ilk qadın da mənəm. Sonralar da mahnı oxuyanda hansı mahnıya muğamat uyğun gəlirdisə bir az oxuyurdum. Konsertdə tamam-dəsgah oxuyub insanları yormaq olmaz, onun ayrıca yeri var. Mən misalçün, Yaponiyada bir tamam-dəstgah "Segah" oxusaydım necə olardı? Bir ağız oxuyurdum, boğaz xırdalıqlarını eləyirdim, sonra keçirdim mahnıya, ritmə. Dünyanın harasında olursan ol, insanlar ritmi anlayırlar. Bax, mən Maykl Cekson öləndə ağladım, niyə? Oxuduğu mahnıların sözlərini başa düşmürdüm, amma ritmini bilirdim, böyük sənətkar idi. Yaponiyada, Çində insanlar niyə məni ayaq üstə alqışlayırdılar? Ritmə görə. Bax, (stolun üstündə "Sənə qurban" mahnısının ritmini taqqıldadır) buna görə.
   
   - Belə çıxır ki, siz mahnıda ritmə üstünlük verirsiniz?
   
   - Mən... (Cavab yarımçıq kəsilir, çunki fotoqraf içəri girir, çəkiliş bitəndən sonra mən həmin sualı unuduram. Sonradan evə zəng edib cavabı bilmək istəyirəm. "Melodiya və ritm paraleldi" - deyir.)
   
   
   
   ***
   
   İstedad böyük yükdü, ağırlıqdı. Və kim öz istedadı qarşısında məsuliyyəti dərk edib anlaya bilirsə, yuxarı qalxmaqda davam edir. Əgər istedad özünü realizə edə bilmirsə, əks proses başlayır - özünü məhv etmək, dağıtmaq prosesi. İstedadlı adam kamikadze kimi bir şeydi...
   
   O, çox şanslı olub. Qorxmadan özünə "dünyanın xoşbəxti" deyib. Hər zaman tamaşaçı üçün maraqlı olub, çünki milli xarakterin bütün cizgilərini özündə cəmləşdirə bilib. Təbii ki, çox istedadlıdı, amma onun uğurunun sirri bu deyil təkcə. Zeynəblə bərabər sənətə gələn, səsi, görkəmi, lap hər şeyi yerində olan o qədər insanlar olub ki, unudulub gediblər. Amma o, özüylə, vergisiylə barışıq yaşamağı bacarıb. Həyatını da istedadlı yaşayıb.
   
   
   
   ***
   
   - Qorxduğum ən çox odur ki, xalqın məhəbbəti getməsin məndən. Mən səhnəyə onunçün gəlməmişdim ki, mənə ad versinlər, pul versinlər, toya gedim. O indikilərdi, tez-tələsik gəlirlər oxuyurlar ki, toya getsinlər. Sənətə əziyyətlə gəlmişəm. Evdən buraxmırdılar, qardaşlarımın xasiyyəti ağır idi. Atam bir az savadlı, oxuyan adam idi, neftçiydi. Bircə o deyirdi ki, mənim qızımdı, qoy getsin. Mən isə səhnəni, oxumağı çox sevirdim. Atama da söz vermişdim ki, toy məclislərində, içki məclislərində olmayacam. Xalq da məni ona görə sevib ki, onu aldatmamışam. Səsimi, gücümü, qüvvəmi ona vermişəm. Məni xalqın özü yaradıb. Heç yadımdan çıxmır, o dağ rayonu var ey, çoxlu qocalar olan, hə, Lerik. Elə konsert paltarı geyinmişdim ora, Bakıda, sarayda, böyüklərin qabağında geyindiyim kimi, daşlı-torpaqlı yerdə. Fərq qoymurdum bu kasıbdı, bu dövlətlidi. Fikirləşirdim ki, mən Zeynəbəm. Zeynəb kimi də çıxmalıyam onların qarşısına. Onlara qoşulub oxuyurdum da, oynayırdım da. Konsertdən sonra o qocalardan biri mənə dedi ki, qızım, biz səni ona görə çox istəyirik ki, o mötəbər yerlərə getdiyin kimi gəlmisən bizim yanımıza. İçki məclislərində, banketlərdə oxusaydım mən Zeynəb olmazdım. Mən həmişə hamıyla səmimi olmuşam.
   
   - Siz öz uğurunuzu belə izah edirsiniz: səmimiyyət?
   
   - Bax, indi də mən sual verim. Məni bura nə gətirib? Səni niyə çox istəyirik biz? (Burda bir qeyd eləməyə məcburam. Zeynəb xanım mənim daimi oxucumdu. Görüşümüzə səbəb yazılarımı izləməsi olub. Təbii ki, çox xoşdu və mənə zövq verir). Mən sənin yazılarını oxuyuram, orda mərdliklər görürəm, kişi xasiyyəti görürəm. Hər adam yaza bilmədiyi şeyi yazırsan, etika çərçivəsində yazırsan, amma hamıya çatır ki, nə demək istəyirsən. Məndə məhəbbət yaranır. Xalq da belədi. Həm səsimə görə, həm xarakterimə görə, yəni ora-bura getmirəm, həm də sözün düzünü dediyimə görə sevir. Eşitmək istədiyini eşidir məndən. Xalqın ürəyindən olan sözü həsrətdi xalq eşitməyə.
   
   - İndi təbii ki, sizin adınız artıq statusdu. Bu ada söykənib nəsə demək mümkündü. Bəs əvvəl?
   
   - Aaa... Yox, mən elə əvvəldən belə idim. Cavan qız idim, elə bir hökumət konserti yoxuydu ki, axırda mən oxumayım. Təkrar-təkrar çağırırdılar, neçə mahnı istəyirdim oxuyurdum. Deyirdilər olmaz, heç vecimə gəlmirdi. Yenə bir hökumət konsertində filankəs deyir mənə ki, əşi bu Ələkbər Tağıyevdən başqa bir adam yoxdu mahnısını oxuyasan? Gör ey, həmişə əjdahalarla vuruşmuşam. (Əjdahaların adını çəkir, yazmıram. Amma sən, əziz oxucu, o vaxt üçün kimi əjdaha sayırsansa, sal həmin siyahıya-müəllif). Deyir "Reyhan"ı oxu, öz mahnındı da. Deyirəm, yox, tərsəm də. Ələkbər Tağıyevin mahnısını oxuyacam, ailə dostuyuq. Elə vəziyyət alındı ki, əlimi atdım... Dedim onda oxumuram. Çıxırdım ki, saxladılar məni.
   
   - Çox olub məmurlarla belə konfliktlər? Mən eşitmişəm siz bir nəfəri əməlli silkələmisiniz də.
   
   (Həmin adam o vaxtlar mədəniyyətimizə rəhbərlik edən böyük məmur idi, bu günlərdə dünyasını dəyişib- müəllif).
   
   - Əzizim, təxmini elə formada olub. (Gülür). Biz o vaxt Fransaya gedəndə bir mühacir həkim vardı - Tofiq, müharibə dövründə orda qalıb yaşayanlardan olub. Mənim böyük pərəstişkarım idi. Hər gün mən orda konsert verdim, o da mənə hər gün "Chanel"in ətirlərini gətirdi, 1- dən 40-a qədər. Ən çox xoşuma gələn də 19 idi. Yanımda da burdan gedən məşhur adamlar. O mənə hədiyyə verəndə bunların sifəti dəyişirdi. Həmin o dediyin məmur da onların arasında. Bütün günü məni güdürdülər.
   
   - O gözəl qırmızı paltarınızı ordan almışdınız?
   
   - Qolları güllü? Yox, onu özüm tikmişdim.
   
   - Vaxtınız olurdu paltar tikməyə?
   
   - Evdən çıxmırdım axı, bu işlərlə məşğul olurdum. Həmin paltara görə bir məşhur müğənni mənə deyirdi ki, qırmızı geyinib çıxırsan, hamı sənə baxır. Hələ başqa sözlər də deyirdi, ta sən onları yazma. Mən də ona dedim ki, sən də qırmızı şalvar geyin də. Nədən danışırdıq? Hə, məmurdan. Əvvəllər rayonlarda böyük iclaslar olurdu ey...
   
   - Zona müşavirələri...
   
   - Hə, Lənkəranda İsa Məmmədovun vaxtıdı, müşavirədən sonra konsert verirdim. Nə qədər oxumuşam xəbərim yoxdu. Amma görürəm səhnənin dalından mənə işarə edirlər ki, bəsdi, saxla... Sən demə Heydər Əliyev Bakıya qayıtmalıdı, qatar gecikir. Mən də dedim ki, Heydər müəllim, bax, ordan mənə deyirlər ki, oxuma. Oxuyum, oxumayım? Dedi, oxu! O mənə deyirdi ki, Zeynəb, sən danışanda mən dincəlirəm. Heç kimdən eşitmədiyimi səndən eşidirəm. Görünür rəsmiyyətdən bezmişdi.
   
   Əməl Sayın Bakıya gələndə Tereşkova da burdaydı. Konsertdə mənə dedilər ki, türk mahnısı oxuma. Dedim, oxuyacam. "Səni yaramaz, səni"ni oxudum. Dedilər, rus burda ola-ola türk mahnısı oxuyursan? Dedim, yeri gələr rus mahnısı da oxuyaram. Dedilər ta gəlib də yeri...
   
   
   
   ***
   
   Zeynəb Xanlarovanın həyat yoluna, yaradıcılığına nəzər salanda maraqlı təzadlarla üzləşirsən. Çox sadə bir ailədə doğulub. Sonradan hər istəyinə çatıb. Dövrünün nəhəngləri ilə toqquşub, amma birinciliyi həmişə saxlaya bilib. Mənəvi gücü, məqsədyönlü addımları, əzmi, tükənməz enerjisi həyatının böhran dövrlərində də onu yıxılmağa qoymayıb. Görünür içindəki həyat eşqi, xarakteri, nikbinliyi də ona güc verən amillərdəndi. Əslində bu günün gəncliyi "ulduz" sözünün nə olduğunu tam olaraq anlaya bilmir. Onların gördüyü yalançı hay-küylərlə, reklam kampaniyalarıyla, didişmələrlə gündəmə gələn yapma, süni parıltıdı. ONLAR ANLAYA BİLMƏZLƏR Kİ, KİMDƏNSƏ FƏRQLƏNMƏYİN AYIB OLDUĞU ÖLKƏDƏ "MƏN" DEMƏK NECƏ OLUR, ÜZÜNÜ GÖRMƏDİYİN SƏSİN SEVİLİB-SEÇİLMƏYİ NECƏ OLUR, BİZNES OLMADAN ŞOU NECƏ YARADILIR, BİRCƏ DƏFƏ SƏSLƏNDİRİLƏN MAHNI NECƏ XİT OLUR, YAŞLI QADINLAR SƏHNƏNİN KƏNARINDAN YAPIŞIB NECƏ AĞLAYA BİLİRLƏR, QAPALI, BAĞLI ÖLKƏNİN İÇİNDƏ HEÇ BİR ELEKTRON VASİTƏNİN MÖVCUD OLMADIĞI MƏKANDA BÜT OLMAQ, KUMİR OLMAQ NECƏ OLUR, HƏTTA HƏR EVDƏ TELEVİZORUN, MAQNİTOFONUN OLMADIĞI BİR YERDƏ POPULYAR OLMAQ NECƏ OLUR?! HAMI ÜÇÜN YOX, HƏR KƏS ÜÇÜN OXUMAQ NECƏ OLUR? NECƏ OLUR?!
   
   
   
   ***
   
   - Mən həmişə boğazıma, bir də xalqın, milyonların məhəbbətinə güvənmişəm...
   
   - Amma Zeynəb xanım, burda da bir şans məsələsi var. Hansısa məşhur bir filosof deyib ki, xalqa güvənmək qarışqa yuvasına sığınmaq kimi bir şeydi. Hökumət əlini sizin üstünüzdən götürsəydi necə olardı? Elə bilirsiniz xalqın üzü dönməzdi?
   
   - Doğrudan? Heç bunu fikirləşməmişəm. Ola bilər. Amma mən həmişə yuxarılardan hörmət, qiymət görmüşəm. Onlar məni istəyiblər, mən də onları istəmişəm. Furtseva (60-70-ci illərdə SSRİ mədəniyyət naziri- müəllif) mənim başıma and içirdi. Mən dövlətə o qədər xeyir vermişəm ki. Çernobıl hadisəsi təzə olanda xarici səfərdəydim. Konsertin bütün gəlirini göndərdim ora. Bakıya qayıdanda Heydər müəllim mənə təşəkkür elədi. (Yeri gəlmişkən, Birinciyə belə müraciət edən də elə birinci dəfə Zeynəb xanım olub -müəllif). Dedi "başımızı uca eləmisən". Liqaçov (80-ci illərin sonunda Sov.İKP MK-nın katibi- müəllif) Bakı konfransına gələndə konsertdə mənim çıxışımdan sonra Kamran Bağırova deyib ki, onu yenə Əfqanıstana göndərmək lazımdı. Mən də bir həftəydi qayıtmışdım ordan. Həsən müəllim zəng elədi ki, bəs Liqaçov deyib ki, bu qadınla orda müharibəni dayandırmaq olar. Belə şeylər çox olub... Operanı mən dolandırırdım. Qapıdan içəri girəndə süpürgəçidən tutmuş böyüyəcən məni öpürdülər ki, Zeynəb - bizim çörək ağacımız. İndi nə var "Leyli Məcnun"u oynayırlar, həftənin bu başı əməkdar verirlər, həftənin o başı xalq artisti. Amma mən 70 manat maaş alırdım.
   
   
   
   ***
   
   Sənət bitməyən marafondu. Sənətdə son mənzil olmur. Burdakı rəqabət də, həsəd də, intriqalar da daha kəskindi, daha qabarıqdı, daha çox görünəndi.
   
   
   
   ***
   
   - Sənət adamlarının içində məni istəyən yoxdu. Amma açığını deyim sənə, bu estrada oxuyanlarının içində mən üç adam tanıyıram. Biri Mirzə Babayev, Oqtay Ağayev, Flora Kərimova. Flora məni istəsə də, istəməsə də mən sənətkar sözü deyirəm.
   
   - Bəs Polad?
   
   - Çox istəyirəm Poladı. Onun mahnılarını da oxumuşam. Hə, İlhamə də yaxşıdı. Onda estrada da var, xalq da. Elmira mənimlə bərabər sənətə gəlmişdi, ad vermirdilər ona. Dedim, dedim, aldım axır. Təzələrdən də Samir Bağırovu, bir də bir qız var ey Samira, bax onları.
   
   - Sənət aləmində özünü sizə oxşatmaq istəyənlər çox olub. Məktəb olmusunuz, bəs siz özünüz kimisə hazırlamaq istəmisiniz?
   
   - Mən nə hazırlayım, hamı elə mənim yolumu gedir də.
   
   
   
   ***
   
   Zeynəb hər zaman özünü hər kəsdən aralı saxlamağı bacarıb. Burda başqa bir möhtəşəm qadının Edit Piafın sözü yada düşür: "Artist və publika görüşməli deyil. Pərdə enəndən sonra aktyor sehrli çubuğun işarəsi ilə yox olan kimi yoxa çıxmalıdır".
   
   Əsl sənətkar üçün mahnıları onun ruhudu, ürəyidi, qəlbidi. Zeynəb həyatdan öz istədiyini ala bilib və öz gerçəkliyini yarada bilib. Bu gerçəklikdə görünən xoşbəxt, şad-xürrəm, şən qadın var. Bir az ipə-sapa yatmaz, bir az hikkəli, bir az saf, sözü birbaşa deyən, bir az günahkar, bir az müqəddəs, yəni insan - öz savablarıyla, qəbahətləriylə.
   
   Azsaylı müsahibələrində izləmişəm - bəzi mövzular var ki, o barədə danışmağı xoşlamır. Operanın ən parlaq Leylisi heç zaman sevmədiyini deyir. İnanaqmı?
   
   
   
   ***
   
   - Yəqin ki, sizin də öz içinizdə qıfılladığınız, bağlı saxladığınız qırxıncı otaq var. Ondan danışaqmı?
   
   - İnsan doğulanda onun taleyi yazılır alnında. Mən ondan qırağa çıxa bilmirəm. Demək, mən bununla barışıram. Əgər həyatımda çatışmayan nəsə varsa da, onun yanında yüz dənə üstəgəllər də var. Onsuz da o dediyin müvəqqətidi, gəldi-gedərdi. Ancaq qazandığım daimidi. Şöhrət mənim ərimdi, uşağımdı, hər şeyimdi. Deyirəm ki, Allah bir onu mənim əlimdən almasın.
   
   - Belə çıxır ki, çox şöhrətpərəst insansınız?
   
   - Şöhrətpərəstəm? Nəyəm mən, Maral, mən şöhrətpərəstəm?
   
   (Maral kənardan söhbətə müdaxilə eləməli olur: -Hə, o da var. Ancaq kim şöhrəti sevmir ki?)
   
   - Elə adamlar var deyirlər ki, biz şöhrətdən yorulmuşuq.
   
   - Yox, mən yorulmuram, mənə xoşdu. Yəni belə də, əzizim...
   
   Demək səhnədə sevgidən əriyən, sevgi haqqında belə içdən oxuyan Zeynəb qırxıncı otağın qapısını heç aralamır da. Haqlısınız, Zeynəb xanım. Böyük qadınların məhəbbətinə layiq bir kimsə yoxdu dünyada...
   
   Söhbətimizə nöqtə qoyanda XX əsrin böyük opera divası Mariya Kallasın sözlərini xatırlayıram: "Düşmənlərimin olmadığı an o deməkdir ki, artıq mən də mövcud deyiləm. Mənim rəqibim yoxdu. Əgər kimsə mənim kimi oxuya bilsə, səhnədə mənim kimi oynaya bilsə və mənim bütün repertuarımı olduğu kimi ifa edə bilsə, bax, o, mənim rəqibim ola biləcək".
   
   
   
   P.S. Bəzi sualları verə bilmədim. Zəlzələdən qorxdum.
   
   P.P.S. Marala özəlliklə təşəkkürlər.


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : DAŞ
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : İMTAHAN
2007-02-16 : TƏZADLAR
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-08-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK