ANA SƏHİFƏ / DÜNYA

Ərəb dünyasında ilk atom elektrik stansiyası istifadəyə verildi

14527    |   2020-08-01 15:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birləşmiş Ərəb Əmirliklərində atom elektrik stansiyası istifadəyə verilib.

"Barakah” (Barakah nuclear power plantatom) elektrik stansiyası ərəb dünyasında ilk bu cür qurğudur.

Bu barədə ölkənin Baş naziri, BƏƏ-nin vitse-prezidenti və Dubay Əmirliyinin başçısı Məhəmməd ibn Rəşid Əl Məktum "Twitter” hesabında yazıb:

"Bu gün biz BƏƏ-nin ərəb dünyasında ilk dinc nüvə reaktorunu işə salmağın müvəffəqiyyətini elan edirik... İşçilər nüvə yanacağını yükləyə, hərtərəfli sınaqlar keçirə və əməliyyatı uğurla başa çatdıra bildilər”.

Onun sözlərinə görə, BƏƏ səlahiyyətlilərinin məqsədi ölkənin elektrik ehtiyacının dörddə birini təmin edəcək dörd nüvə stansiyasını işə salmaqdır.

"Ərəblər elmi karyeralarını davam etdirə və digər böyük millətlərlə rəqabət edə bilərlər”, - deyəoqeyd edib.

Stansiya Fars körfəzinin sahilində, Əbu-Dabidən 250 km məsafədə yerləşir. ABŞ-da 1976-cı ildə inşa edilmişPalo-Verde (Arizona) atom elektrik stansiyası ilə eyni dizayna malikdir.




İmza:
SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK