ANA SƏHİFƏ / MƏMLƏKƏT

Nabil Seyidov: Testin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir

6225    |   2020-07-13 18:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mövcud vəziyyətdə yalnız COVİD-ə deyil, qripə və digər respirator infeksiya xəstəliklərinə yoluxanlar da həkim müşahidəsi altında saxlanılmalıdırlar.

Bunu Trend-ə COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD-19-a xas olan simptomların müşahidə edildiyi, amma PSR test nəticəsinin neqativ çıxdığı xəstələr koronavirusa yoluxma şübhəsi olan xəstələr kimi qəbul edilməli, onlar üçün bütün qoruyucu tədbirlər görülməlidir.

N.Seyidov bildirib ki, COVİD-19-a xas olan simptomlara oxşar əlamətlərin müşahidə edildiyi xəstələr qripə, digər respirator infeksiya xəstəliklərinə də yoluxmuş ola bilərlər:

"Mövcud vəziyyətdə bizim narahat olduğumuz ilk məsələ koronavirusdur. Ona görə belə xəstələrin vəziyyəti müşahidə altında saxlanılmalıdır. Həmin şəxslər tibbi maskadan istifadə edərək ailə üzvlərini və ətrafdakılarını qorumalıdır. Onlardan təkrar analizlər götürülməlidir. Amma bu dəfə udlaqdan deyil, daha dərindən - traxeyadan götürülməlidir. Bu halda analizlərin nəticələri udlağa nisbətən daha dəqiq olsa da, yenə də 100 faiz dəqiq olmur".

N.Seyidov əlavə edib ki, COVİD-19, qrip və ya digər respirator xəstə olub-olmamasından asılı olmayaraq, vəziyyəti orta ağır və ağır olan bütün xəstələr tibb müəssisələrində müalicə edilməlidir:

"Onlarla COVİD riski olan xəstələr kimi davranılmalıdır. Çünki testin nəticəsinin mənfi olması koronaviurusun 100 faiz olmadığını təsdiq etmir".




İmza:
SON XƏBƏRLƏR
2020-08-07
2020-08-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK