ANA SƏHİFƏ / HADİSƏ

FHN Gəncədə yanacaqdoldurma məntəqəsindəki partlayışla bağlı məlumat yaydı

4044    |   2020-07-13 13:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə şəhəri, Kəpəz rayonu yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən "LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Əlavə məlumat veriləcək.




İmza:
SON XƏBƏRLƏR
2020-08-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.95%)
Pullsuz (12.05%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylını dostlardan biri qonaq çağırır.

Qonaqlığa tez gəlmiş şair süfrə düzələnə kimi dostunun dərs hazırlayan oğlu ilə başını qatmağa çalışır.

Əlini uşağın telinə çəkib qabağındakı riyaziyyat dəftərinə baxır.

-Nağayrersan?

Uşaq:

-Vəli əmi,ən kiçik ortaq böləni axtarıram..

Şair təəccüblə:

-Ayə,hələ onu tapbeflarmı,mən uşaq olanda da onu axtarerdılar)

Paylaşdı: Ayaz Arabaçı



digər lətifələr
ARXİV
FACEBOOK