ANA SƏHİFƏ / YAZARLAR

VİRUS GİROVU... - Əbülfət MƏDƏTOĞLU yazır

Biz ikimiz virusa ilk gülənlərdən olacağıq

12515    |   2020-07-11 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İndi adamların əhvalı elə bil not üzərindədi ki, nə adamların özləri bu notdan baş açırlar, nə də bu notlara kənardan diqqət yetirənlər. Hamı ovqatının girovuna çevrilib, nə edəcəyini, necə edəcəyini saf-çürük edə bilmir. Əslində, bütün bunların bir günahkarı var. Düşünməyin ki, bu günahkar zamandı. Xeyr! Burda zamanlıq bir iş yoxdu. Ağıllı dostlarımdan birinin dediyi kimi, günahkar elmdi. O inkişaf etdikcə, təbiətə, ekologiyaya, ətraf mühitə, canlı aləmə, bir sözlə, insanın özünə qənim kəsilir, zərbələr vurur, fəsadlar törədir. Və ən dəhşətlisi budur ki, insan güvəndiyi elmin girovuna çevrilir. Bu, sadə şəkildə izah etsəm, insanın bir əlində olan ixtiranın o biri əlindəki həyata tətbiqi zamanı nələr baş verəcəyini dəqiq hesablaya bilməyəndə bax, bugünkü baş açılmayan bir şərait yaranır, bir təzadlı mühit hakim olur hər birimizin başı üzərində...

Bəli, əslində biz bu təzadlı zamanın içərinsində nöqsanlarımızı aramaqdan, günahlarımızı çözməkdən yapışmırıq. Əksinə, bir-birimizi, ayrı-ayrı qrupları, şəxsləri günahlandırırıq. Unuduruq ki, həmin o qruplar da, şəxslər də bir canlı varlıq olaraq hər kəsi təlaşdıran virusdan qorumaq gücündə deyil. Sadəcə, onların üstünlüyü maddi imkanlarından qaynaqlanır. Amma Əzrayıl hökmünü verəndə imkanları göz önünə gətirmir. Getməli olan onu gözləyən qatara minməlidir, heç bir sorğu-sualsız... lap evin hansı küncündə, hansı qatında gizlənməyindən asılı olmayaraq...

Hə, indi hamımızın sonunun nə olacağını narahatlıqla gözlədiyimiz, izlədiyimiz virus problemi əlaqələrimizə çox kəskin şəkildə təsir edib, görüşlər azalıb, toplantılar demək olar ki, unudulub və ən vacibi insanlar bir-birilə telefon əlaqələri saxalamağa artıq həvəs göstərmirlər. Elə bil ki, hamı gözə görünməyən bir çubuqla üzü sükuta, üzü sirlər dünyasına doğru istiqamətləndirilir. Belə kütləvi yönəldilmənin fantastik filmlərdə yəqin siz də hiss etmisiniz. Mən də o filmləri son vaxtlar tez-tez xatırlayıram. Nə isə...

Öz-özümə verdiyim sualların içərisində önə çıxan bir məqam var. O da insan dünyasının, insanın ruhunun, düşüncəsinin, təzyiqə məruz qalmasıdı, basqılara tuş gəlməsidi. Yəni öz həyatımda, öz ailəmdə müşahidə etdiyim bir mənzərə məni bu fikri deməyə, bu sözləri yazmağa məcbur edir. Belə ki, ailənin ən böyük sevinci, ən böyük şadyanalığı, hətta bir ömrə bəs edəcək uğuru o qədər sakit, o qədər adi şəkildə qarşılanır ki, özün-özündən bədgüman olursan. İçində Allahından və bir də özündən soruşursan ki, bu qədər sevincin qarşısında niyə bu qədər sönük durumdayam?! Axı, o sevinci günlərlə aylarla, illərlə gözləmişik?! O da gəlib qismət olub. Amma biz ürəkdolusu sevinmirik. Çünki virus xofu artıq içimizdə əyləşib. Hansı mövzuda danışmağımızdan, hansı xatirəni dilə gətirməyimizdən asılı olmayaraq, rəhmətlik Mirzə Fətəli Axundov demişkən, o yada düşür. Yəni meymun xatırlanır. Nə isə...

Mən meymunun xatırladığı bütün məqamlarda özümü toparlayıb içimdəki duyğuları misralamağa, onu şeirə çevirməyə çalışıram. Hətta birmənalı şəkildə sənə yazıram ki:

Əlim əldən, gözüm gözdən,

Odum oddan, közüm közdən.

Dilim dildən, sözüm sözdən –

Xiffət çəkir...


Gecəm ulduz, gündüzüm gün

Ulduz saydım, gün düzdüm, gün...

İçdiyim ah, süzdüyün ün –

Xiffət çəkir.


Ruhum körpü, cismim ələk

Fikrim naxış, yuxum bələk...

Özüm kölgə, ürək mələk –

Xiffət çəkir.


Sünbül-sünbül, dəni dənə

Böldüm bir-bir təni tənə!

Mənli günlər, məni sənə -

Ülfət çəkir!..

***

Bütün hallarda insanı ayaqda saxlayan, onun öz tarazlığını, müvazinətini itirməsinə yol verməyən ruhdu. Yəni ruh yüksəkliyi, ruhun diribaşlığı adamı çətinliklərdən çəkib çıxaran xilaskar əldi, mələkdi, ilahi gücdü. Ona görə də insan bədbinliyə qapılanda, tərkidünya olanda hər şeydən küsəndə ruhundan uzaqda qalır, ruh onu atıb gedir. Bu, diri ikən ölmək deməkdi. Yəni cism mövcuddur, amma heç nəyə yaramır. Görünür, elə buna görədi ki, insan dünyasını ruh bədəndən çıxıb gedəndə dəyişir. Mən filosofluq, ya da dinşünaslıq etmirəm. Sadəcə olaraq, düşündüyüm və içimdə olan inanca söykənərək bu məntiqə gəlmişəm. Anlamışam ki, ruh mənim üçün hər şeydi. Deməli, mənim üçün hər şeyə və hər kəsə olan doğru elə mənim özümsən. Və mən də hər duamda, hər yazımda, hər nəfəs alanda o ruhu, yəni səni düşünürəm. Təbii ki, bu düşüncələr bir xəyal yazısına, bir xəyal filminə çevrilir. Heç kimin oxumadığı, heç kimin izləmədiyi yazıya, filmə. Onların müəllifi də, ssenaristi də mənim özüməm. Və bütün hadisələr də sənin çevrəndə, sənin dünyanda baş verir. Xatırlayıram ki, belə anların birində özüm-özümə pıçıldamışam, sonra o pıçıltının kağız üzərində necə misralandığını da görmüşəm. Axı mən onda o pıçıltıları sənə söyləyirdim, o misraları sənin üçün yazırdım. Yəqin ki, indi o pıçıltılar, o misralar sənin üçün maraqlı olar. Mən də sənin marağını nəzərə alıb indi hamının eşidə biləcəyi səslə onu ucadan səsləndirirəm.

Üzü sənə yüyürmüşəm, gəlmişəm

Əllərini əllərimdə bilmişəm...

Mən üzümü tellərinlə silmişəm –

Məni ümid qapısından qaytarma...


Gözlərimin yuxusu göy çəkib

Bomboz çəkib, qara çəkib, göy çəkib...

İstəyirsən ayağıma döy, çəkib –

Məni ümid qapısından qaytarma...


İstəyimdi çox demirəm, bir gilə

Xəyalıma təbəssüm çək, nur çilə!

Bu ricamı Allahımdan dur, dilə -

Məni ümid qapısından qaytarma!..


Hə, mən ümid qapısının harda olduğunu, o qapıya gedən yolu, o qapının açarını tanıyıram, görmüşəm. Amma neyləyim ki, o qapıya yaxın düşə bilmirəm. Çünki açarla açılmır qapılar. Əgər açarla açılsaydı, Qarabağdan, Tuğdan özümlə gətirdiyim bir topa açarla girovluqdakı evimi, yaşadığım acıların, ağrıların acıların qapısını çoxdan açmışdım. Təəssüf...

Təəssüf ki, sən bu ümid qapısının necə açıldığını və nə vaxt açılacağını özün bilib müəyyənləşdirmisən və bu sirri də heç kimə vermirsən. Görünür, sirr saxlamaqda sənin əvəzin yoxdu. Amma saxladığın bu sirrə rəğmən unutma ki, biz bu dünyada ruh ortağıyıq. Ona görə mən sənə yazmışam ki:

Sən ömür ortağımsan,

Günüm, ayım bərabər...

Ortaqlıqda dərd mənim –

Sevinc payım bərabər...


Nə varsa sağda, solda

Doğranan kosda, kolda...

Vüsala gedən yolda –

Oldum tayın bərabər...


Haqqa açıq əli də

Sev! – söyləyən dili də...

Biz düşən bu cilidə -

Bəxt! – de, sayım bərabər...


Hesablanan, toplanan

Sonda gəlib top olan...

Nə nağıl, nə gop olan –

Qazanc sayım bərabər...


***

İndi hər kəsi daha çox narahat edən mövzunun ipucu təbii ki, virus olsa da, mən dipdiri ruhumun dizinə başımı qoyub bu gündən bir az uzaqlaşmaq, bu basqılardan bir az kənara çəkilmək istəyirəm. Cəhd etdiyim, çalışıb-vuruşduğum da məhz budur. İstəyirəm ki, səni, yəni ruhumu uzaq tutum bütün bunlardan. Nə qədər çətin olsa da, bəlkə də mümkünsüz bir iş sayılsa da, amma mən israrımdan çəkinən deyiləm. Ürəyimin səsini dinləyərək son ana qədər ruhumu - Səni hər şeyin fövqündə tutmağa çalışacağam. Yəqin ki, Sən də, yəni ruhum da məni bu meydanda tək buraxmayacaqsınız. Çünki bütün mücadilələrimiz sevgi naminədir və qalib də sevgi olmalıdır. Elə bu istəklə də mən bilgisayara diqtə etdiyim yazının yaradacağı effekti, auranı xəyalımda canlandırmağa çalışıram. İstəyirəm ki, öncədən bu düşüncələrimin sənə necə təsir edəcəyini fəhm edim, anlayım. Elə həmin anlamaq istəyi də indi yazacağım misraların yaranışına təkan veribdi. O misralar belədir:


Ömrümü mat etmişəm

Vəzirsiz...

Mat olanı eh...siz də -

Əzirsiz...


Əl tutmağa – əl yuxu

Dəhrə, kəndir, şəl yuxu...

Haray salıb gəl, yuxu –

Gəzirsiz...


Gündüzünüz, gecəniz

Sevgi deyil seçəsiz...

Mənim kimi neçəniz –

Əsirsiz?!


Su çiləyib təndiri

Boğursunuz, fəndini...

Tutduğunuz kəndiri –

Kəsirsiz...


Günəş batar, saralmaz

Tanrı nuru qaralmaz!

Kinsiz ürək daralmaz –

Əsilsiz!..


Bax, belə! İndi gəl, birlikdə düşünək. Doğrudanmı, bu virus, bu pandemiya bizdən, sevgimizdən güclüdür? Yoxsa, əksinədi? Əgər biz günclüyüksə, sevgimiz güclüdürsə, onda o virus xofunu özümüzdən uzaq tutmalıyıq. Onun girovuna çevrilməməliyik. Necə deyərlər, adi həyatımızn tələblərinə, insanın gigiyenik zərurətlərinə əməl edib sonuncu gülən olmalıyıq. Düşünürəm ki, buna bizim haqqımız da çatır, gücümüz də. Və deməli, biz ruhumuzla, yəni sənlə, mənlə virusa ilk gülənlərdən olacağıq.



İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
SON XƏBƏRLƏR
2020-08-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.65%)
Pullsuz (12.35%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Vəli Xramçaylı 1-mərtəbədə yeməkxanaya gəlir. Ofisant Anara:

-Ayə qağa, dünən bərk kefliydimmi?

Anar:

- Vəli nətər vurmuşdumsa, elə zornan mənə dirənmişdin ki, "Anar qapını gətir, çıxım gedim".




digər lətifələr
ARXİV
FACEBOOK