ANA SƏHİFƏ / GÜNDƏM

İlham Əliyevdən xəritəyə görə icra başçısına irad

3741    |   2020-06-03 19:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtərdə Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib.

Adalet.az Trend xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlətimizin başçısına muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verdi.

Bildirildi ki, inşasına 2019-cu ilin aprel ayında başlanmış və noyabr ayında başa çatdırılmış muzey binasının ümumi sahəsi 720 kvadratmetrdir. Muzeyin sərgi zalında ümumilikdə 8 bölmə yaradılıb. Burada Azərbaycanın müxtəlif dövrlərə aid xəritələri sərgilənir.

Prezident İlham Əliyev:Bizim tarixi adlarımız burada gərək öz tarixi adları ilə əks olunsun. Sisyanın əsl adı Qarakilsədir. Sonradan ermənilər buna Sisyan adı veriblər. Ona görə bunu pozun və Qarakilsə yazın.

Müstəqim Məmmədov: Baş üstə.

Prezident İlham Əliyev:İndiki Ermənistan Respublikasının toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Onlar müxtəlif vaxtlarda bu toponimləri dəyişdiriblər.

Qeyd edək ki, muzeydə xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Silahlı Qüvvələrin geyim formaları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər, dövlət rəmzləri haqqında kəlamları nümayiş etdirilir. Burada, həmçinin tarixi fotoşəkillər, poçt markaları, orden və medallar sərgilənir. Dövlət Rəmzləri Muzeyinin yerləşdiyi ərazidə hündürlüyü 72 metr olan dövlət bayrağı ucaldılıb, ətrafındakı fəvvarə kompleksi yenidən qurulub.




İmza:

Dəniz nəqliyyatının 2 işçisinə “Əməkdar mühəndis” fəxri adı verilib - SƏRƏNCAM

Ruhların xoşbəxt etdiyi Ağdam... - Nicat Kolanı yazır

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar təsdiqləndi

Şahmar Mövsümov: 190 manat birdəfəlik ödəmə qısa bir müddətdə ödəniləcək

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

Sərt karantinə nəzarət gücləndirildi, ciddi yoxlamalar başladı - DİN-dən XƏBƏRDARLIQ

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 471 nəfər sağaldı, 6 nəfər öldü

KİVDF qəzetlərə maliyyə yardımının göstərilməsinə dair müsabiqənin nəticələrini açıqlayıb

İlham Əliyev milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı

"Azəriqaz" iyunda 11 mindən çox müraciəti araşdırıb

Naxçıvanda operativ vergi nəzarəti gücləndirilir

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

BƏS, QALAN 90 FAİZİ?!

Vilayət Eyvazovdan yeni TƏYİNATLAR

GƏNCƏNİN 100 YAŞLI QƏZETİ

Rəşad Mahmudov: ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!

ALİMPAŞA MƏMMƏDOV ƏSHABƏLƏRİ İLƏ YAS YERİNDƏ EHSAN YEYİBMİ?

AZAL-dan sərnişinlərə xəbərdarlıq: Provokasiyalara uymayın!

Fəaliyyətinə icazə verilən sahələr və icazə üçün müraciət QAYDALARI

Hərbi qulluqçuya hörmətsizlik nümayiş etdirən şəxs saxlanıldı - VİDEO

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

SON XƏBƏRLƏR
2020-07-07


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.73%)
Pullsuz (11.27%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK