ANA SƏHİFƏ / MƏMLƏKƏT

Daşınmaz əmlakın qeydiyyat xidmətləri xüsusi rejimdə aparılacaq

7865    |   2020-03-29 22:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar martın 29-dan etibarən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri fəaliyyətini xüsusi iş rejimində davam etdirir.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a bildirilib ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi (alqı-satqı, bağışlama və s.) barədə notariuslardan daxil olan müraciətlər qanunvericilikdə nəzərdə tutulmuş vaxtda icra olunmaqla, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışlar online qaydada hazırlanacaq və bu barədə sms vasitəsilə vətəndaşlara bildiriş göndəriləcək.

Vətəndaşlara "Elektron hökumət" portalı vasitəsilə (https://www.e-gov.az) elektron xidmətlərdən istifadə etmək tövsiyə edilir.

Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində digər müraciətlər bu gündən Əmlak Məsələləri Dövlət Komitəsinin 193 və 1186 Çağrı mərkəzləri vasitəsilə qəbul ediləcək.

65 yaşdan yuxarı və xroniki xəstəliyi olan vətəndaşlara isə birbaşa yaşayış ünvanlarında səyyar xidmət təşkil ediləcək.

Qeyd edək ki, ərazi qeydiyyat ofisləri, həmçinin səyyar xidmət göstərən əməkdaşlar hərarət ölçən cihaz və müvafiq gigiyenik vasitələrlə təmin edilib.



İmza:
SON XƏBƏRLƏR
2020-06-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK