nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir Adalet.az | Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

4254    |   2020-03-25 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəla onu bildirmək istəyirəm ki, son günlər Azərbaycanda atılan alqışa layiq profilaktik tədbirlərə nəzər salsaq, onların birbaşa insanların sağlamlığına hesablandığını görürük...


Bu da Avropa ölkələrindən heç də fərqlənmir. Hətta diqqətlə nəzər salsaq görərik ki, bəzi profilaktik tədbirlər bir çox ölkədən daha tez atıldı. Ona görə də cəsarətlə pandemiya dövründəAzərbaycanda ölüm sayının çox olmayacağı proqnozlaşdırılır. Bu günədək xəstələnənlərin sayı o qədər çox deyildir.

Bu barədə AZƏRTAC-a Almaniyanın Köln Universitetinin professoru, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Nuran Abdullayevin fikrincə, ümumiyyətlə, son elmi araşdırmalar göstərir ki, 5 xəstədən 4-də virusun simptomları gizli və ya çox yüngül formada keçir ki, bunu da onlar özləri hiss etmir. Virusu təhlükəli edən də elə budur ki, xəstələr daşıyıcı olduqlarını bilmirlər və insanları virusu yoluxdururlar. Adətən aparılan statistikalar da yerdə qalan bir xəstənin aparılan statistikasıdır. Ona görə də dövlətlərin bu virusla mübarizə taktikası öncə həmin gizli virus daşıyıcısı olan 4 nəfəri tapıb rəsmi statistikaya salmaqdır. Bu virusa yoluxan insanların, ümumiyyətlə, başqalarını yoluxdurma əmsalı ortalama 3-dür, yəni bu o deməkdir ki, xəstəliyin yayılmasının qarşısı heç bir tədbirlə alınmazsa, bu xəstələr özlərindən başqa 3 nəfəri də xəstəliyə yoluxdura bilərlər ki, bu da 60-90 gün ərzində pandemiyanın ölkədə pik nöqtəyə çatması deməkdir.

Məsələn, ilk başlanğıcda bu taktikanı - virusla heç bir mübarizə aparmamaq və sonda insanlar arasında immunitetin yaranacağını düşünməyi - İngiltərə seçsə də sonradan İmperial-Collegin universitetinin tövsiyəsinə uyğun olaraq mübarizə siyasətlərini dəyişdilər. Belə ki, İmperial-Colleg İtaliyadan olan məlumatlarla apardığı hesablamalarda göstərirdi ki, əgər İngiltərə və həttaABŞda mübarizəni bu səviyyədə aparsa virus İngiltərədə 250.000, Amerikada 1.2 milyon insanın həyatına son qoyacaq. Amma mübarizə taktikası yoluxdurma əmsalını 1- dən aşağı salmaq seçilərsə, pandemiyamın pik nöqtəsində yoluxan xəstələrin sayı dəfələrlə azalmış olar. Buna görə də artıqAvropaölkələrinin əksəriyyəti yoluxma əmsalının 1- dən aşağı olmasına çalışırlar. Burada vacib məqamlardan biri də bu halda ölkələrin səhiyyə sistemlərinin yüklənməsi prosesidir ki, eyni vaxtda çox sayda ağır xəstələrin gəlməsinin də qarşısı bu mübarizə ilə birbaşa alınır.

Almaniyanın Köln Universitetinin professoru qeyd edib ki, mübarizənin başqa üsulu da karantin və izolyasıyadır. Karantin və izolyasya qədər önəmli bir məqam da xəstələrin hospitalizasiyasıdır. Öncə onu qeyd edim ki, artıq İtaliyanın etdiyi səhvi başqa inkişaf etmiş ölkələr etməməyə çalışır. Belə ki, İtaliyada ilk başlanğıcda virusa yoluxan bütün xəstələrin hospitalizasiyası ümumi xəstəxanaların çarpayı sayını azaltmışdı ki, bu da bir müddət sonra birbaşa ağır xəstələrə reanimasiyatədbirləri təşkil etməyi çətinləşdirdi və ümumi səhiyyə sisteminin yüklənməsinə və eləcə də nəzarətin əldən verilməsinə gətirib çıxartdı. Buradan götürülən ibrətamiz nəticə bütün viruslu xəstələri eyni zamanda xəstəxanaya yerləşdirməməkdir ki, xəstənin kliniki vəziyyətinə uyğun olaraq xəstəxana və ya karantinə alma müəyyənləşdirilsin.

"Mən birbaşa Almaniya təcrübəsinə əsaslanaraq deyə bilərəm ki, burada Şərq ölkələrinin çoxundan fərqli olaraq, klinik vəziyyəti yaxşı olanlar ev şəraitində karantinə alınıb izolyasıya edilir və həkim nəzarətində saxlanılır. Bunun da elmi əsası ondan ibarətdir ki, artıq elmi təcrübələr göstərir ki, virusa yoluxanlarla onlarla kontaktda olub, amma virus daşıyıcılığı hələ təsdiqlənməyənlərin bir arada, yəni otel və ya xəstəxana şəraitində (müəyyən yaşayış sahəsini ortaq istifadə etməklə) karantinə alınması təxminən virusa yoluxmanı o insanlar arasında 88 faiz artırır. Buna görə də Almaniyada virusa yoluxub kliniki vəziyyəti yaxşı olanlar və eyni zamanda onlarla kontaktda olub amma hələ virusa pozitiv olmayanlar ev şəraitində birbaşa həkim nəzarətində karantinə alınır. Burada da adambaşına düşən sahə qanunla müəyyənləşdirilib. Belə ki, böyüklər üçün minimum 9 kvadratmetr və 6 yaşına qədər olan uşaqlar üçünsə 6 kvadratmetr nəzərdə tutulub. Bundan başqa, virusun yayılmasının önlənməsi tədbirlərinə iki nəfərdən çox insanın bir araya toplaşmasının qarşısının alınması da aiddir. Bu da öz elmi təsdiqini son aparılan elmi araşdırmalarda adambaşına düşən yaşam sahəsinə görə tapır.
İtaliyaya gəldikdə isə əvvəlcə orada son ümumi statistika ilə tanış olmaq gərəkdir. Ötən həftə İtaliyanın Istituto Superiore di Sanità İnstitutundan gələn son elmi hesabatlara əsasən (burada 2000-dən yuxarı insanın ölüm səbəbləri incələnib) ölənlərin 99 faizini ağciyərdə olmayan xəstəlikdən əziyyət çəkiblər və ən son kliniki mərhələdə olublar. Burada ilk üçlüyü şəkərli diabet, ürəyin koronar xəstəliyi və arterial hipertoniya təşkil edib. Ölənlərin ortalama yaşı 79,5 olub ki, ölümə daha çox məruz qalan qrup isə 80-89 yaşlılar olub. Ölənlərdən 5 nəfər 40 yaşdan aşağı olub ki, bunlar da öncədən ağır xəstəlikdən əziyyət çəkiblər. Ölənlərin 70 faizi kişilərdir. Üç nəfərin (0,8 faiz) daha öncədən xəstəliyi olmayıb və sadəcə COVID-19 virusuna yoluxub və bu virus səbəbi ilə də ölüb. Xəstələrin 77 faizi yüksək hərarətlə, 74 faizi təngnəfəslik və 42 faizi isə ağır öskürəklə xəstəxanaya daxil olub”, - deyə tibb elmləri doktoru vurğulayıb.

N.Abdullayev qeyd edib ki, ümumiyyətlə, xəstəliyin simptomlarından ölüm vaxtına qədər də olan zaman bəllidir. Belə ki, ölənlərin ilkin simptomlarından müsbət test cavabları da daxil olmaqla xəstəxanaya yerləşdirilməsi 4 gün çəkib. Bundan sonra isə xəstəxanadakı vaxt reanimasiyatədbirləri də daxil olmaqla ölüm vaxtına qədər daha 4 gün olub. Burada bütün ölkələr, o cümlədənAzərbaycanüçün də önəmli olacaq bir nəticəyə gəlinir ki, ağır xəstələrin aşkarlanması tezləşdirilməli və bu xəstələrin hospitalizasiyası 4 gündən tez olmalıdır ki, baş verə biləcək ölüm hallarının sayı azalsın. Bir də unutmaq lazım deyil ki, İtaliyanın demoqrafik vəziyyətiAzərbaycanla müqayisədə tam fərqlidir. İtalyanlar dünyada qocaların sayına görə dünyada ilk üçlükdə gələn millətlərdəndirlər və 14 milyon əhalisinin yaşı 65-dən yuxarıdır. Bundan başqa, İtaliyada daha çox ölümə məruz qalan yaş qrupuna - 80-89 yaşlılara baxsaq və həyat şəraitini incələsək, görərik ki, o yaş qrupunun gündəlik həyat şəraiti azərbaycanlı birisindən tamamilə fərqlənir. Belə ki, o yaş qrupunda olan insanlar İtaliyada evdən kənarda daha çox tanımadıqları adamla birbaşa kontaktda olurlar.Azərbaycanda görülmüş önləyici tədbirlər isə həmin yaş qrupunun virusa yoluxma riskini xeyli azaldır. Bundan başqa,Azərbaycandakı həmin yaş qrupuna daxil olan insanlar gigiyenik tövsiyələrə deyildiyi kimi əməl etsə, bu riski çox aşağı salmış olacaqlar.

Nuran Abdullayevin sözlərinə görə, vətəndaşların bilməli olduğu vacib məqamlardan biri də ondan ibarətdir ki, artıq elmi şəkildə sübut olunub ki, müxtəlif materiallarda virusun yaşama saatı 24 saatdan 72 saat arasında dəyişir və bunun üçün bütün gigiyenik amillərə nəinki qocalar, həmçinin bütün yaş qrupundan olan insanlar da maksimum əməl etməlidirlər. Bunlardan da ən vacibi əllərin həmişə təmiz saxlanılmasıdır, çünki adi bir təmas virusa yoluxma deməkdir. Bir insan normal həyatında qeyri-iradi olaraq bir dəqiqədə üzünə ortalama 3-5 dəfə toxunur ki, bunun da 1-i viruslu əllərdə virusa yoluxmaya kifayətdir.

"Hazırki dövrdə müxtəlif Avropainstitutlarından verilən tövsiyələrdən biri də immuniteti yüksək olan, heç bir əlavə xəstəliyi olmayan və virusa yoluxarsa xəstəliyi gizli keçirə biləcək gənclərin başqa yaş qrupuna daxil olan insanlarla kontaktını mümkün qədər azaltmaqdır. Bu da virusun yayılmasının qarşısını almaqda birbaşa kömək edir. Gənclər bu virusu yaya biləcək ən təhlükəli insan qrupudur.

Azərbaycanda bundan sonrakı ölüm saylarının maksimum səviyyədə aşağı olması üçün də vacib məqamlardan biri artıq immun statusu aşağı olan insanların yaşından asılı olmayaraq ciddi tibbi nəzarətə alınması və normal gigiyenik tövsiyələrə əməl etməsidir. Bununla daAzərbaycanölüm riskini çox aşağı salmış olar. Bu xəstələr qrupuna daha çox müxtəlif immun və kimya terapiya müalicəsi alan onkoloji xəstələr və bundan başqa orqan transplantasiyası olunmuş insanlar başçılıq edir”, - deyə professor əlavə edib.


İmza:

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Deputatlar koronavirusa görə testdən keçiriləcək

“Virtual məktəb” portalında bir gündə 36 min şagird qeydiyyatdan keçib

Təhsil Nazirliyi: Mənbəyi bəlli olmayan məlumatları bir-birinizə ötürməyin

UNEC rektoru: Distant ali təhsil: 3 addım

“Bir” Tələbə-Könüllü proqramının təşəbbüsü ilə onlayn fleşmoba start verilib

Cəsarət Valehov: Hazırkı şəraitdə evdə qalmaq uşaqlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir

Almaniyanın Köln Universitetinin professoru: Azərbaycan koronavirusa qarşı mübarizədə bir çox ölkələrə örnəkdir

Teledərslərin sabahkı cədvəli açıqlanıb

UNEC Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat ianə edib

Məktəblərdə tətil 30 aprelə uzadıldı? - Rəsmi

Təhsil müəssisələrində tətilin vaxtı uzadıldı - RƏSMİ + VİDEO

Peşə ixtisasları üzrə teledərslər martın 29-dan başlayacaq

Birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır

SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK