nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib Adalet.az | Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Dövlət Komitəsində ilk dəfə videoqəbul təşkil edilib

12068    |   2020-03-17 16:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVID-19) qlobal pandemiya elan olunması ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ qərargahın tövsiyələri nəzərə alınaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların fərdi qaydada qəbulu müvəqqəti olaraq, müasir rabitə-kommunikasiya vasitələrindən istifadə edilməklə onlayn videoqəbulla davam etdirilib.

Martın 17-də komitə sədri Rövşən Rzayev, əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşlarla videozəng vasitəsilə əlaqə saxlayıb, onların müraciətlərini dinləyib, suallarını cavablandırıb.

Prezident İlham Əliyevin apardığı mükəmməl siyasi xəttin ölkəmizin hərtərəfli və davamlı inkişafını, bütün sosial layihələrin ardıcıl icrasını təmin etdiyi, qlobal pandemiya ilə bağlı fövqəladə şəraitdə əhalinin təhlükəsizliyinin qorunması, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün zəruri tədbirlər görüldüyü diqqətə çatdırılıb. Belə şəraitdə yalnız dövlət tərəfindən həyata keçirilən tədbirlərin deyil, bütün cəmiyyətin, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məsuliyyətdən irəli gələn addımlarının, görülən işlərə dəstəyinin vacibliyi qeyd edilib. Eyni zamanda vurğulanıb ki, qaçqınların və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi məqsədilə bu il müəyyənləşdirilmiş bütün tədbirlər yerinə yetiriləcəkdir.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın qaçqınlara və məcburi köçkünlərə xüsusi diqqqət və qayğı göstərdiyi, hazırki şəraitdə onların sağlamlığının qorunması üçün bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlar verdiyi bildirilib.

Komitə sədrinin videoqəbulu beş saatdan çox davam edib. Əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşın müraciəti dinlənilib və müvafiq qaydada qeydə alınıb. Hər bir müraciət araşdırlacaq və cavablandırılacaqdır.

Komtədə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, digər vəzifəli şəxslərin də videoqəbulları təşkil ediləcəkdir.

Bu barədə məlumatları vətəndaşlar komitənin rəsmi internet səhifəsindən ala, həmçinin 012 525-41-03 və ya 055 900-12-40 nömrəli telefonlara zəng etməklə komitənin vəzifəli şəxslərinin onlayn rejimdə qəbuluna yazıla bilərlər.

Bu zaman vətəndaş hansı vəzifəli şəxsin qəbulunda olmaq istədiyini bildirməli, özü haqqında məlumat və əlaqə üçün telefon nömrəsi verməlidir.

Onlayn rejimdə qəbul növbəlilik əsasında, vətəndaşlara Komitədən zəng edilməklə aparılacaqdır.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Əli Əhmədov: İndi həmişə olduğundan daha çox həmrəyliyə ehtiyac var

Fazil Mustafa: Tofiq Yaqublunun həbsinə birmənalı şəkildə hüquq prizmasından yanaşmaq lazımdır

Makron Boris Consona ultimatum verdi

Müdafiə Sənayesi Nazirliyində koronavirusla bağlı onlayn müşavirə keçirilib

Türkiyənin yeni nəqliyyat və infrastruktur naziri təyin edilib

Səməd Seyidov AŞPA məruzəçilərinin qərəzli açıqlaması ilə əlaqədar assambleyanın prezidentinə məktub göndərib

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Vüqar Bayramov: Dövlət dəstəyindən 290 mindən çox yaxın mikro və fərdi sahibkar faydalanacaq

Estoniya Dağlıq Qarabağdakı qondarma seçkiləri tanımadığını açıqladı

Bələdiyyələrin fəaliyyəti ilə bağlı hesabat Milli Məclisdə

Prezident: “Pandemiya Azərbaycanda geniş vüsət alarsa, bizdə də çox faciəvi inkişaf dinamikası qaçılmazdır”

İlham Əliyev: “Bir daha büdcə xərclərinə baxmaq lazımdır”

İlham Məmmədov: Koronavirusun ciddiliyini başa düşün, ailənizin sağlamlığı naminə evdə qalın

Hüseyin Altınalan: "Azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik"

XİN Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Putin və Tramp koronavirus pandemiyasını müzakirə ediblər

Azərbaycan XİN Səudiyyə Ərəbistanında törədilən terror aktlarını pislədi

Əflatun Amaşov: Dövlətimizi qoruma səngərlərimiz evlərimizdir

İndoneziyalı jurnalist: “Dağlıq Qarabağda qanunsuz seçkiləri ləğv edin”

SON XƏBƏRLƏR
2020-03-31


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK