nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz Adalet.az | Azərbaycan diasporu Vaterlo meriyasına müraciət edib Adalet.az | Azərbaycan diasporu Vaterlo meriyasına müraciət edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan diasporu Vaterlo meriyasına müraciət edib

4518    |   2020-03-11 12:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belçikanın Vaterlo şəhərində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilməsi Avropada yaşayan soydaşlarımızın hiddətinə səbəb olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası və Benilüks Azərbaycanlıları Konqresi bu xoşagəlməz insidentlə bağlı məktubla Vaterlo şəhər meri Floran Röterə müraciət ediblər.

Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının məktubunda bildirilib ki, 8 mart – Beynəlxalq Qadınlar günündən bir qədər sonra baş verən bu insident Azərbaycan qadınına şiddət və vandalizm aktı kimi qiymətləndirilir: "Bu yolverilməzdir və günahkarların tapılıb cəzalandırılması üçün təcili tədbirlərin görülməsini xahiş edirik”.

Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədovun məktubunda bu hadisə dəhşətli xəbər adlandırılıb: "Təəssüf ki, kimin bunu edə biləcəyindən anlayışımız yoxdur və biz kimin və nədən bunu etdiyini öyrənmək istəyirik. Biz Sizdən və müstəntiqlərinizdən kimin bunu etdiyini araşdırmağınızı xahiş edirik. Biz çox məşhur şairlərimizdən birinə ucaldılmış bu abidəni yüksək dəyərləndiririk və bu hərəkət bizim üçün çox ağırdır. Ümid edirik ki, bunun nə məna kəsb etdiyini və Vaterloda bu abidənin bizim üşün necə dəyərə malik olduğunu siz başa düşürsünüz”.

Sonda merin bu məsələ ilə bağlı tezliklə cavab verəcəyinə ümid ifadə olunub.

Xatırladaq ki, Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvana abidə ucaldılması Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib Abidənin açılışı 2016-cı il fevralın 18-də olub. Heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan” sözləri yazılıb. Özündə Qarabağla bağlı qeydi əks etdirən bu abidənin Belçikada ucaldılması Azərbaycan həqiqətlərinin yaşadılması və dünyada tanıdılması istiqamətində görülən işlərə bir töhfədir.

Heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələr siyahısına daxildir.




İmza:

Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 101 illiyi qeyd olunur

Tahir Süleymanov: Mübariz Mənsimov xalqın sevqisini qazana bilib

Sosial şəbəkələrdə BŞBPİ adından yayılan sənəd saxtadır - RƏSMİ

Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - RƏSMİ

Azərbaycanda bu məhsullar ƏDV-dən azad edildi - FƏRMAN

Bakıda karantin rejimini pozan kafe və restoran sahibləri cəzalandırılıb

Prezident Adil Qəribovu təltif etdi - SƏRƏNCAM

İlham Əliyev Rauf Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitlərin məbləği məlum oldu

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Şəhərlərarası hərəkət qadağan edildi - VİDEO

SON XƏBƏRLƏR
2020-03-28
2020-03-27


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK