nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | İtaliyadakı Azərbaycan vətəndaşlarına koronavirusla bağlı müraciət edilib Adalet.az | İtaliyadakı Azərbaycan vətəndaşlarına koronavirusla bağlı müraciət edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

İtaliyadakı Azərbaycan vətəndaşlarına koronavirusla bağlı müraciət edilib

3977    |   2020-03-11 11:31
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar olaraq, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə martın 9-da İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qərar baş nazir Cüzeppe Konte tərəfindən imzalanıb. Yeni qərara görə, martın 10-dan başlayaraq aprelin 3-nə qədər bütün İtaliya ərazisi "qapalı zona” elan olunur və virusun ilk olaraq yayıldığı "qırmızı zona”: Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan aşağıdakı ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur:

- İş xarakterli və ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş və çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi,

- Virusa yoluxmuş bütün şəxslər üçün məcburi və ciddi karantin rejiminin tətbiq olunması,

- Bütün təhsil müəssisələrinin bağlanması,

- Bütün muzey, kino, teatr, idman zalları, istirahət mərkəzləri, diskoteka, bar və oyun mərkəzlərinin bağlanması,

- Futbol oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin qadağan olunması,

- Yalnız ərzaq mağazalarının saat 6:00-dan 18:00-dək məhdud rejimdə çalışması və müştərilər arasında 1 metrlik təhlükəsizlik məsafəsinin qorunmasına ciddi nəzarət edilməsi,

- Kilsə və digər dini mərkəzlərin məhdud rejimdə çalışması, bütün kütləvi mərasimlərin keçirilməsinin qadağan olunması və sair.

Qərarda qeyd olunan təhlükəsizlik qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.

İtaliya ərazisində olan və müvəqqəti səfərə gəlmiş xarici ölkə vətəndaşlarına və turistlərə öz ölkələrinə qayıtmalarına icazə verilir.

İtaliya Respublikasının Nazirlər Şurası yanında Mülki Müdafiə departamentinin yaydığı son məlumata (9 mart, 18:00) görə, ölkə ərazisində virusa yoluxanların sayı 7985 nəfər, virusdan ölüm halları isə 463 nəfər təşkil edir və 724 nəfərdə sağalma qeydə alınıb.

Səfirlik İtaliya ərazisində olan bütün AR vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.




İmza:

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Sahibkarlara müxtəlif formada güzəştlər ediləcək - İbrahim Məmmədov

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Bakı şəhərinin icra hakimiyyətləri Fonda 500 min manat köçürdü

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

“Samur” sərhəd-keçid məntəqəsinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqəsi genişləndirilib - VİDEO

FHN sərhəd məntəqələrində çadırların sayını artırdı - VİDEO

DGK Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ayırıb

Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

65 yaşdan yuxarı insanlara xidmət edəcək şəxslərin sayı artırılacaq - İbrahim Məmmədov

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Azərbaycanla Gürcüstan sərhədi aprelin 20-dək bağlı saxlanılacaq

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

Keçid postlarından 7545 avtomobil geri qaytarılıb - RƏSMİ

Bakıda bərbərxana və gözəllik salonları işləməyəcək - RƏSMİ

Filmlərin nümayişi üçün tamaşaçı auditoriyasının yaş kateqoriyaları dəyişib

Fransada təhsil alan azərbaycanlı tələbə: “Bayıra çıxanda icazə kağızı almalıyıq”

Vüsal Qasımlı: Pandemiya tələb və təklifin artım tempini yavaşıdır

DİN vətəndaşların qeydiyyat yerində olan şəhər və rayonlara qayıtmaları ilə bağlı məsələyə aydınlıq gətirib

PPX-nin onlayn çatdırılma xidməti göstərən maşınları saxlaması ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident Şəfiqə Məmmədovanı “Əmək” ordeni ilə təltif etdi

Elşad Hacıyev: Hər bir vətəndaş həmrəylik nümayiş etdirməlidir

Bizi həyata qaytaran... - İlqar Rəsul koronavirusdan yazır

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” - Zahid Orucun yazısı

İlham İsmayıl: Onlar həmişə gözəgörünməzlərlə mübarizə aparıb...

Azərbaycan xarici ölkələrə fındıq ixracını artıracaq

SON XƏBƏRLƏR
2020-03-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK