ANA SƏHİFƏ / HADİSƏ

Sumqayıtda 13 bağ evindən oğurluq edən şəxslər saxlanıldı

1594    |   2020-02-17 15:21
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıtda 13 bağ evindən televizor, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi və 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində şəhər ərazisində yerləşən bağ evlərindən silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Vasif Əzimov, Mehman Mahmudi, Ağdam rayon sakini Şükran Xələfov və Xızı rayon sakini Rza Nəcəfov saxlanılaraq istintaqa təqdim ediliblər. Araşdırma zamanı dəstə üzvlərinin Sumqayıt şəhərində 13 bağ evindən əsasən televizor, su qızdırıcı, samovar, generator, kombi aparatı, təmir-tikinti alətləri və digər məişət əşyaları oğurladıqları məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Şükran Xələfovun təklifi əsasında oğurluq etdiklərini məlum olub.Saxlanılan şəxslər oğurladıqları əşyaları Mehman Mahmudinin avtomobili ilə hadisə yerindən aparıblar.

Faktla bağlı saxlanılan şəxslər barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istimtaq tədbirləri davam etdirilir. Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in "102” Zəng Mərkəzinə mməlumat verə bilərlər.



İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı - VİDEO

SON XƏBƏRLƏR
2020-04-04
2020-04-03


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK