nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib Adalet.az | Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Balakəndə yeni kəndlərarası yolun yenidən qurulmasına start verilib

4859    |   2020-02-17 10:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.

Agentlikdən bildirilib ki, Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, cari ildə uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına start verilib.

Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.

Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.

Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir-çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri aparılacaq. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.

Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.




İmza:

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan əsgəri xalqa səsləndi: “Biz sizin üçün xidmətdəyik, siz də bizim üçün evdə qalın!” - VİDEO

Azərbaycana daxil olan tranzit yüklər polis əməkdaşlarının müşayiəti ilə hərəkət edir - VİDEO

Bu il Azərbaycanda ən gəlirli sahələrin adları açıqlandı

Bakıda ekspress xətlər üzrə avtobusların cədvəli açıqlandı

Yevlaxda koronovirus əleyinə tədbirlər gücləndirildi

DANX: Avtobus sürücüləri karantin dövründə sərnişinləri daşımaqdan imtina etməyiblər

Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ

İlham Əliyev və Mehriban Əliyeva Hövsan yaşayış kompleksinin açılışında - YENİLƏNİB

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Nazirlər Kabinetindən evdən çıxması yasaqlanan aşağı təminatlı vətəndaşlara bağlı AÇIQLAMA

Azərbaycanda insanlara yalnız bu hallarda evdən çıxmağa icazə verildi - RƏSMİ

Xırdalanda yolun genişlənməsi məqsədilə ağaclar köçürülüb

Karantin qaydalarını pozan tikinti şirkətləri - VİDEO

Metro stansiyalarının girişlərində istiqamətləndiricilər qoyuldu

“Turana qovuşmaq bütöv Azərbaycandan keçir” - MÜSAHİBƏ

Azərbaycanda koronavirusa görə aparılan testlərin sayı açıqlandı - RƏSMİ

Abşeronda nəqliyyat axınına müsbət təsir edən yol yenidən quruldu

Gəncədə şəhərə giriç-çıxış postlarında xidmət davam etdirilir

Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək

Əlilliyi olan şəxslərə şad xəbər: Bu vasitələr evlərinə aparılacaq

Bakıda üç avtobusun hərəkət sxemində dəyişiklik edildi - FOTO

SON XƏBƏRLƏR
2020-03-30


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK