nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Azərbaycan tarixinin qara zolağında A.S.Qriboyedov izi Adalet.az | Azərbaycan tarixinin qara zolağında A.S.Qriboyedov izi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Azərbaycan tarixinin qara zolağında A.S.Qriboyedov izi

44927    |   2020-02-12 09:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada bəlkə də elə bir rus siyasətçisi olmayıbdır ki, erməni xislətini polyak əsilli tanınmış rus dramaturq, yazıçı və diplomatı Aleksandr Sergeyeviç Qriboyedov qədər qabarıq göstərə bilsin: "Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında yerləşməsinə icazə verməyin. Onlar elə tayfadandırlar ki, bir neçə il yaşayandan sonra bütün dünyaya bu torpaqların ata və babalarına aid olduğunu qışqıracaqlar”.

191 il əvvəl-1829-cu ilin 11 fevral tarixində Qafqazda və Cənubi Azərbaycanda səbəb olduğu cinayətlərin cəzası olaraq vəhşicəsinə öldürülən bu diplomatın Rusiya Carına ünvanladığı alcaldıcı məzmunlu məktubuna baxmayaraq Onun Azərbaycan tarixinə qara zolaq kimi düşən fəaliyyəti hal-hazırda da öz mənfi effektini göstərməkdədir.

Tarix üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlıda bunu faktlarla şərh edərək bildirib ki, XIX əsrin əvvəllərində baş vermiş I və II Rus-İran müharibələri zamanı Rusiyanın işğalçı siyasətinin həyata keçirilməsində ordu ilə yanaşı, diplomatlar da yaxından iştirak ediblər ki, bunlardan da biri Aleksandr Sergeyeviç Qriboyedov idi:” O, "Türkmənçay” müqaviləsinin hazırlanmasında, təsdiqində və həyata keçirilməsində mühüm rol oynayıbdır. Tanınmış rus yazıçısı və diplomatı olan bu şəxs Azərbaycan xalqının ikiyə bölünməsində, etmənilərin Azərbaycan ərazisinə köçürülməsində aparıcı rol oynamaqla yerli müsəlman əhalisinin nifrətini qazanaraq, nəticədə öz cinayətkar əməllərinin qurbanı olub. Qriboyedov 1828-ci ilin avqustunda özünün yol xatirələrində "bədbəxt həmvətənlərinin, yəni ermənilərin yolunda başını qoymağa hazır olduğunu” yazıb.



Tiflisdəki mənzili erməni bazarında yerləşən, erməni general Mədətovla dostluq edən Qriboyedov ömrünün son iki ilində 30-dan çox erməni ilə yaxın təmasda olmuş, müsəlman əhaliyə qarşı müxtəlif planlar hazırlayıb. Bəzi rus diplomatları

"Türkmənçay” müqaviləsindən sonra

İrandan müharibə xərclərinin alınmasını ümdə məsələ hesab etsələr də, Qriboyedov, onlardan fərqli olaraq, ermənilərin Şimali Azərbaycan torpaqlarında yerləşdirilməsini daha vacib hesab edib. Erməniləri İranla həmsərhəd əyalətlərə köçürməklə Rusiya bu ərazilərdə özünə etibarlı dayaqlar yaratmaq və etibar etmədiyi Azərbaycan əhalisi yaşayan Naxçıvan, İrəvan və Qarabağda etnik vəziyyəti kökündən dəyişmək istəyirdi.

1827-ci ilə qədər Şimali Azərbaycana 80 min rus kazakının köçürülməsi planı var idi. Lakin Qriboyedov Tiflisdə diplomatik şöbəyə rəhbərlik etdiyi dövrdə bu planı rədd edərək, ermənilərin köçürülməsi ideyasını verib və bu fikrin rəsmi dairələrdə təsdiqinə nail olub. Bu proses İrəvanda milliyətcə erməni olan polkovnik Lazarevin rəhbərliyi ilə həyata keçirilirdi. Qısa müddətə 8 min erməni ailəsi (40 min nəfər) Şimali Azərbaycan torpaqlarında yerləşdirildi. Köçürülən ermənilərə Rusiya xəzinəsi və İrandan alınmış müharibə xərcləri hesabına maliyyə yardımı da edilirdi. Ümumiyyətlə, 1828-ci ildən 1913-cü ilə kimi mərhələ-mərhələ Şimali Azərbaycan ərazisinə 1 milyon nəfər erməni köçürüldü.

Tarixi sənədlərə görə, I Nikolayın göstərişi ilə Senat 1828-ci il aprelin 25-də Tehranda "səlahiyyətli nazir”, Təbrizdə baş konsulluq açılması barədə qərar verdi. "Səlahiyyətli nazir” təyin olunan kimi o, 40 nəfərlə əvvəl Təbrizə Azərbaycan hakimi Abbas Mirzənin sarayına, daha sonra isə Tehrana yollandı. Onun bilavasitə göstərişləri ilə "böyük elçiliyin əməkdaşları” Türkmənçay müqaviləsinin 13 və 15-ci maddələrinə istinad edərək, xristian əsirləri qurtarmaq, erməniləri yubanmadan Şimali Azərbaycana köçürmək bəhanəsi ilə İran vətəndaşlarının daxili işlərinə qarışır, istədikləri evə girərək vəhşiliklər edirdilər. Qəzvin şəhərində ruslar bir seyidin evinə soxularaq, onun islam dinini qəbul etmiş milliyyətcə alman olan kəbinli arvadını zorla özləri ilə aparmaq istəyiblər. Qadının kəskin etirazından və əhalinin qəzəbindən çəkinərək sonradan onu öz evinə buraxmağa məcbur olublar.

A.S.Qriboyedovun ermənipərəst siyasəti

Azərbaycan əhalisinə həm maddi, həm də mənəvi zərbələr vurub. Orta Şərqdə çox zəngin kitabxana sayılan, Şah İsmayılın oğlu Şah Təhmasibin və xüsusilə nəvəsi Şah Abbasın qayğısı ilə qədim dövrün bütün qiymətli əlyazmalarının toplandığı Ərdəbil Darülirşad -Şeyx Səfiəddin kitabxanası Qriboyedovun başçılığı ilə qarət edilərək, üzünü çıxarmaq bəhanəsi ilə Rusiyaya göndərildi. Burada toplanmış əlyazmaların bir hissəsi parqament üzərində, digərləri kağız üzərində miniatür boya sənətinin inciləri olan şəkillərlə bəzənmiş nadir sənət əsərləri idi. Tarixçilərin yazdığına görə, Tiflisdə Abbasqulu Ağa Bakıxanov çox böyük dəyəri olan 166 əlyazmanın ilk kataloqunu hazırladıqdan sonra bu sənət inciləri Peterburqa göndərilmiş və indi də orada saxlanılmaqdadır. Bundan başqa qənimət kimi Peterburqa göndərilən əşyalar içərisində Abbas Mirzənin taxtı, iranlı ustaların əli ilə tökülmüş 7 top və Abbas Mirzənin döyüş şücaətlərini təsvir edən iki rəngkarlıq əsəri də var idi.

Bundan başqa Qriboyedovun şaha qarşı saymazyana, dikbaş davranması, şah hərəmxanasının başçısı erməni Mirzə Yaqubu (Markaryanı) öz himayəsinə götürməsi, baş vəzir Allahyar xanın evindən iki erməni qadınını sorğu aparmaq adı ilə səfirliyə gətirərək hətta şahın da xahişini rədd edərək geri qaytarmaması və digər hərəkətlər şəhər əhalisinin hiddətinə səbəb olur.

Mənbələrdə bildirilir ki,Tehranın ruhani başçısının çağırışı ilə yüz mindən artıq əhali Qriboyedov və onun dəstəsinin gizləndiyi səfirlik binası qarşısına toplanır. Qriboyedovun əmri ilə gözətçilər dinc əhaliyə atəş açır və bunun nəticəsində çoxlu sayda insan yaralanır. Rusların atəşi ilə 14 yaşlı bir uşağın ölümü əhalinin səbr kasasını daşdırır. Onlar binaya daxil olaraq Qriboyedovu və 53 nəfər səfarətxana sakinini (onların 15 nəfəri erməni idi) öldürürlər. Qriboyedovun və digər iki rusun atlara bağlanılan cəsədləri üç gün paytaxt küçələrində sürüdülmüşdür və yalnız dördüncü günü bir neçə erməni şəhərin kənarına tullanmış cəsədləri xəlvətcə dəfn edirlər”.

Görünən odur ki, Azərbaycan xalqına qarşı cinayətlər etmiş şəxslər gec-tez öz layiq olduqları cəzalarını alırlar və alacaqlar. Rusiyanın Cənubi Qafqazda, o cümlədən Azərbaycanda təcavüzkar siyasətinin ideoloqu olan Aleksandr Sergeyeviç Qriboyedov öz cinayətkar əməllərinin qurbanı olub.Elə XX əsrin axırlarında Polyaniçkonun, Starovoytova və başqalarının faciəsi də çoxları üçün ibrət dərsi olmalıdır.
Yeri gəlmişkən, məhz 10 fevral "Türkmənçay”sazişinin ildönümüdür. Azərbaycan xalqının taleyinə düşən o qara zolağın 191 ili tamam oldu. Unutmayaq!

Qeyd edək ki, ötən ilin dekabrın 2-də İrəvanda tanınmış rus dramaturq, yazıçı və diplomat Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinin üstünə boya tökülərək təhqir edilib. Bu hadisəni Ermənistanın Birləşmiş Milli Təşəbbüs Partiyasının sədri, faşist əlaltısı Njdenin ideologiyasının davamçısı Şant Arutunyanın oğlu, milliyyətçi olaraq tanınan Şaqen Arutunyan törədib. O, əvvəlcə "Facebook” səhifəsində belə yazıb: "Mən Njdenin xatirə lövhəsinin rənglənməsinə cavab olaraq Rusiya imperiyasının səfiri, yazıçı Qriboyedovun abidəsini rənglədim”.

Nankor ermənilərin Qafqazda torpaq sahibi olmaları üçün canından keçmiş rusiyalının abidəsinə qarşı təhqiredici addım bizi təəccübləndirmədi.


Əntiqə Rəşid




İmza:

Miqrasiya Xidmətinin rəisi Avstriyanın federal polis attaşesi ilə görüşüb

Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur

Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı

Daha iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib

Prezidentlər mətbuata birgə bəyanatla çıxış etdilər - VİDEO

Əli Əhmədov: Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir

Naxçıvan Ali Məclisinə yeni komitə sədrləri və üzvləri seçildi - SİYAHI

Ərdoğan: 2019-cu ildə Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 25 faiz artıb

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

Məzahir Pənahov: "MSK üzvləri hər kəsə açıqdır və namizədlərlə ünsiyyət qururlar"

MSK daha 1 məntəqənin nəticələrini etibarsız saydı

SON XƏBƏRLƏR
2020-02-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK