ANA SƏHİFƏ / YAZARLAR

ŞUŞADAN GƏLƏN GÖYƏRÇİNLƏR

Qanadlarınız niyə qırılmadı?

69846    |   2013-05-18 00:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məni həmişə qınayırlar ki, yazılarımda hisslərə daha çox üstünlük verirəm, insanları xatirələrimlə, ağrı-acılarımla, bir az da ümidsizliyimlə yükləyirəm. Bu da müəyyən mənada onsuz da psixoloji gərginlik içərisində yaşayan insanlara əlavə bir ağırlıq gətirir. Amma məni qınayanların fikirlərinə hörmətlə yanaşmaqla bahəm, həm də özümə müəyyən mənada haqq qazandırıram. Çünki yazdıqlarım mənim öz həyatım, öz dünyam, öz içimdi. Bu yazılarda nəyisə, hardansa tapıb sözə çevirmək, oxucuya təqdim etmək halları yoxdur. Bax, bu mənada özümü yazdığım üçün təkcə özüm rahatlanmıram, həm də özüm yenidən o anları yaşaya - yaşaya dünyaya, insanlara bir az da yaxınlaşıram. Düşünürəm ki, özünü yazanların hamısı mütləq mənada təkcə ürəyinə hopan, qanında yaşayan yükü, kədəri, ağrını atmır, boşaltmır, əksinə, onu bir az da təzələyir, ona bir az da ömür verir.

Əgər dəyərli oxucu onunla bölüşdüyüm iç dünyama özünü müsafir sayırsa, bu mənim üçün çox qiymətlidir. Üstəlik, o, bu müsafirlikdən özü üçün də, öz iç dünyası üçün də nələrsə götürür və yaxud mənə nələrsə hədiyyə edirsə, bunun özü də bir qarşılıqlı rahatlıqdır. Zənnimcə, insanın ruhu rahat olanda ağrısı da çəkilən olurg kədəri də dözülən olurg yaşamı da mənalı olurg yaşatdıqları da peşmanlıq hissləri keçirmirlər. Bütün hallarda vücuddan çox ruhun rahatlığı daha dəyərli, daha önəmlidir. Təbii ki, bu mənim qənaətimdi, mənim inamımdı. Yəni mən yeni heç nə kəşf etməmişəm, olanı dərk edib özüm üçün qəbul etmişəm. Bax, o inamın içərisində də, o ruh rahatlığının içərisində də getdiyim bütün yollar nə qədər dolanbac olur-olsun, nə qədər çətinliklərdən keçir - keçsin, məni usandırmır, məni tərəddüd qarşısında qoymur...

Həyatımın maraqlı anları ömür kitabının rəngarəng səhifələri kimi göz önündə vərəqləndikcə xatirələr güc gəlir, ruhum xatirələrə əsir düşür, onun qarşısında ağ bayraq qaldırır və mən də könüllü şəkildə o bayrağın altında otururam... olanları, olmuşları düşünürəm... olacaqlara özümü hazırlayıram...

Elə bugünlərdə Mərdəkan qəsəbəsindəki pansionatların birində məskunlaşan doğmalarıma baş çəkirdim. Daha doğrusu, bu pansionatın həyətində qurulmuş hüzr mərasimində idim. Yas mağarının iki addımlığında bir topa göyərçin dənlənirdi. Müxtəlif rəngli bu göyərçinlərə qulluq edən və göyərçinlərə baxan gözlərindən sonsuz sevgi tökülən orta yaşlı kişinin hərəkətləri diqqətimi çəkdi. Mənimlə yanaşı dayanmış dostumdan həmin insanın kimliyini soruşdum:

- Şuşalıdı, göyərçinləri də Şuşadan gətirib!

Doğrusu, bu sözlər məni əməlli - başlı silkələdi. Elə bil ki, şimşəyə tuş gəldim, içimdən ildırım keçib getdi. Çünki mən Şuşadan, ümumiyyətlə, işğal olunmuş bölgələrdən kiminsə bir ovuc torpaq gətirdiyini, kiminsə bir ovuc toxum gətirdiyini, kiminsə Xarı bülbül gətirdiyini, kiminsə bir ağac gətirdiyini eşitmişdim və hətta şahidi də olmuşdum. Ancaq Şuşadan kiminsə göyərçin gətirdiyini isə ilk dəfə eşidirdim. İnanın ki, bir anlıq heyrətin içində nə edəcəyimi bilmədim. Halımı görən dostum qolumdan tutub bir kənara çəkdi. Və həmin göyərçinlərin Bakıya, Mərdəkana necə gəlib çıxdığını çox sakit bir şəkildə, sanki bir adi söhbət edirmiş kimi mənə danışdı...

- Şuşanın işğalından iki gün öncə həmin göyrəçinlərin sahibi artıq şəhərin boşaldığını görüb illərlə özünü həsr etdiyi, sevə - sevə bəslədiyi göyərçinlərini iki karton yeşiyə yığıb, özü ilə birlikdə şəhərdən çıxarmaq qərarına gəlir. Doğrudur, o göyərçinlərin ən yaxşılarını, ən sevimlilərini seçib götürür. Lakin həyatın bir qəribə təzadı onu yarı yolda yaxalayır. Laçın yolunda düşmənlərin hücumlarına məruz qaldıqlarından məcbur olub əlindəki yeşikləri yerə qoyub ağzını açır. Və gözləri dolmuş halda həmin göyərçinləri gülləyə tuş gəlməsin deyə, açıb havaya buraxır. Sanki göyərçinlərlə birlikdə onun ürəyi də havaya uçur. Yolunu davam etdirir. Heç bir kilometr getməmiş əvvəldə dediyim həmin qəribəliklə rastlaşır. Kiminsə özü ilə apardığı taxıl kisəsi cırılıb yola dağıldığından yolda xeyli müxtəlif quşlar o taxılı dənləyirdi. Göyərçinlərin sahibi gözlərinə inanmır. Onun göyərçinləri də həmin dəni dənləyən quşların arasındaydı. Tez onlara yaxınlaşır, özü üsulu ilə göyərçinlərini yenidən tutub özü ilə birlikdə Bakıya gətirir. İndi Şuşadan gətirilmiş həmin göyərçinlər Bakıda neçə nəsil dəyişsələr də, onun sahibi o göyərçinləri nə satmır, nə də kimsəyə hədiyyə etmir. Eləcə Şuşadan gətirdiyi göyərçinlərlə söhbət edə-edə Şuşaya qayıdacağı günü, həmin göyərçinləri Şuşada havalandıracağı günü gözləyir...

Bəli, Şuşadan gətirilib Bakıda pansionata sığınan göyərçinlər də qaçqın taleyi yaşayır. Bu, bilmirəm göyərçinlərin taleyidi, yoxsa onun sahibinin, amma bildiyim odur ki, bu dünyada belə bir tale də var. O taleyin kədərini, ağrılı notlarını nə özündən asılı olmadan ürəyimə hopdurdum, ürəyimə köçürdüm və həmin an yadıma başqa bir məqam da düşdü...

"Azərbaycan" nəşriyyatındakı iş otağımın pəncərəsinə hər gün bir cüt göyərçin qonur. Mən onları yemləyirəm, onlar məndən qorxub qaçmırlar. Elə bil onlara olan sevgimi, diqqətimi anlayırlar, qiymətləndirirlər. Təəssüf ki, həmin o göyərçinlərdə olan anlayış insan adlanan bəzi məxluqda yoxdu. Amma buna baxmayaraq, mən hər gün həmsöhbət olduğum o göyərçinlərə ürəyimi də açıram...

Pəncərəmin önünə

Qonan cüt göyərçinə

Elə həsədlə baxdım-

Uçdular...

Dən səpdim dönmədilər

Fit çaldım - dinmədilər

Nə çəkdim, bilmədilər-

Uçdular...

Bilməzdim qısqancdılar

Baxışı qısqandılar

Bir həsəd qazandılar-

Uçdular...

***

Dünyada mövcud olan, yəni gözlə görüb, əllə toxunduğumuz hər şeyin öz səsi var. Daşın daş səsi var, qumun qum səsi var, otun ot səsi var, quşun da quş səsi... Bütün bu səslərin içərisində insanı özünə çəkən elə səs də var ki, onu hamı dinləmək istəyir, ona hamı ayaq saxlayıb təslim olur. Bu elə səsdi ki, onda həm hökm var, həm çağırış var, həm də insanın içində hər şeyə hakim olmaq...

Yəqin minbərdən verilən azan səsini eşitmisiniz... İnanmıram ki, kimsə azan səsini eşidəndə bir anlıq da olsa dayanmasın, ətrafa boylanmasın... Bax, səsin hökmü budur...

Biz bəzən bütün səslərə reaksiya veririk. Bəzən öz ürəyimizə yaxın olan səslərə, bəzən də ilk dəfə eşitdiyimiz, varlığından xəbərdar olmadığımız səsə diqqət yetiririk. Bax, bu mənada mən otların səsini, özü də sübh çağı şehli çəməndə gəzərkən eşitdiyim səsi son vaxtlar daha çox arzulayıram, daha çox ürəyimdən keçirirəm. Ola bilsin ki, bu da yaşla və yaxud fəsillə bağlıdır. Bilmirəm, hər nədisə o yaşıl çəməndəki otların sübh mehindən şehli - şehli ləpələnməsi sevdiyin insana ürəyin əsə - əsə sevgini etiraf etməyinə bənzəyir. Elə bilirsən ki, həmin o şehli otların ləpəsi sənin ürəyinin pıçıltısıdır. Və bu pıçıltı sənin gələcəyə doğru uzanıb gedən yolunun nişan verənidi, istiqamət verənidi...

Mən özümə qapıldıqca eşitmək istədiyim səsləri tez - tez bir sıraya düzmək, onların ardıcıllığını bərpa etmək istəyirəm. Çünki bu boyda şəhərdə mən maşın səsindən başqa demək olar ki, ayrı səslər eşitmirəm. Doğrudur, tikinti meydançalarında da, sənaye müəssisələrində də müəyyən fərqli səslər var. Amma təbiətdə olan səslər şəhərdə yoxdur. Şəhər o səslərin bəlkə də varlığından xəbərsizdi.

Bu mənada mən özümü təslim etmək istəmədiyim qəribliyi, təkliyi səsin, yəni yaddaşımda bərpa edib yaşatdığım səslərin gücünə yıxmaq istəyirəm. Bilmirəm, bu nə qədər alınır, doğrudan-doğruya səs də, işıq da ümiddi. O ümid də təbii ki, insanı yaşamağa, yaratmağa həvəsləndirir, çağırır.

Yenə içim, çölüm təkdi

Çəkdi məni, ölüm çəkdi!

Şükür ki, bu ölüm təkdi -

Güləşəcəm, bəlkə yıxdım...

Gücüm səndən - sevgindəndi

Canım torpaq, sevgin dəndi...

Köməyimə sevgin gəldi -

Güləşəcəm, bəlkə yıxdım...

Doydum cana haydan - küydən

Adım oldu dərd üyüdən...

Son köməyi umub göydən -

Güləşəcəm, bəlkə yıxdım...

***

Bəli, dünya hər kəs üçün bir pəncərədi, deyirlər. Amma bu pəncərədən hamının baxdığına mən inanmıram. Çünki birinin başı mal - mülk toplamağa, birinin başı kef - damağa, birininki dilənməyə, birininki çal - çağıra, birininki dərd çəkməyə, birininki qəbir yeri satmağa və sairəyə qarışır. Ona görə də vaxt tapıb pəncərədən baxa bilmir. Elə ki, qapısı döyülür, onda da dizi bükülür, gözü tutulur. Heyi olmur ki, qalxıb boylanıb harasa baxsın... Qaçqınlıq da baş qatdı. Baxa bilmədim bu dünyanın pəncərəsindən ürəklə, həvəslə, maraqla... Baxa bilmədim dünyanın özünə də, adamlarına da, eninə - boyuna da... Baxa bilmədim özümdə, öz ətrafımda olanlara da... Baxa bilmədim ürəyimə... Baxa bilmədim, yolun yarısında hiss etdim ki, o qədər yükləmişəm ki, nəfəsi tıncıxır, əl - ayağı sözünə baxmır ürəyimin... Ona dayaq durmaq istədim, alınmadı. Çünki əvvəldən köməyə, dayağa məhəl qoymayıb ürəyim. Öz bacardığı kimi yaşayıb, döyünüb çırpınıb. Hiss etdirib ki, öz - özüylə, öz dünyasıyla baş - başa, çiyin - çiyinə, bacardığı məsafəyə qədər gedəcək. Bu iradəsi, bu gücü var onun... Amma görünür mənim günahım üzündən daha tablaya bilmir, dözə bilmir. Ona görə də yarı yolun bir kənarında nəfəs dərmək üçün ayaq saxlayır, göy üzünə baxır. Şuşadan gətirilmiş göyərçinlərin Şuşasız günlərinin yozumunu tapmağa, mənasını açmağa çalışır, amma bacarmır. Bu işdə də gücsüzdür ürəyim, bu məqamda da dözümsüzdü. Ona görə də...

Nə tez qopdun kökündən?

Nə tez çökdün ürəyim?

Bir dünya işim vardı -

Vurub tökdün ürəyim-

Yarı yolda...

Tumurcuğun çatlayıb

Yarpaqların gülürdü

Sevinc sənin üstünə

Gec də olsa, gəlirdi -

Yarı yolda...

Ayağının səsini

Yol yazırdı yadına

Hardan çıxdı ayrılıq

Şərik oldu adına -

Yarı yolda...

Sən nələri sayırdın

Nəyə güldü de, fələk

Sən təzəcə duyurdun

Sevmək nədi, ay ürək -

Yarı yolda...

Yarımçıqlar yarıda

Bütövlər tam olacaq!

Bir sevgi, ay ürəyim

Dünyadan kəm olacaq-

Yarı yolda...

Hə, yenə hisslərə, yenə duyğulara təslim etdiyim ürəyimi sizə pıçıldadığım bu yazıda dilə tutmağa çalışdım. İstədim ki, ürəyimin bir səhifəsini olduğu kimi ortaya qoyum. Bilmirəm, necə alındı və ümumiyyətlə alındımı? Amma hər halda Şuşadan gətirilmiş göyərçinlərin taleyi çox maraqlıdı......

Əbülfət MƏDƏTOĞLU

[email protected]



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK