nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI... Adalet.az | Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: FÜZULİ OLMASAYDI...

“Mənim Füzulim” kitabının işığında ikinci yazı

5102    |   2020-01-23 09:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Oxuyub başa çıxdığım bir kitabdan ayrıla bilmirəm. Bu kitab barəsində ilk yazımı ötən həftə yazmışdım. Orada kitabın mahiyyətinə bacardığım kimi işıq salmağa çalışmışdım və vurğulamışdım ki, kitabdakı 6 bölümün hər biri barəsində ağlımdan keçən, ürəyimə hopan duyğuları sözə çevirməyə çalışacam. Elə arxada qalan həftənin, xüsusilə "20 Yanvar"ın ağır təsir yükü altında çıxış yolu kimi "Mənim Füzulim"ə üz tutdum...

Bu bölümün adı "Tifl həm cövlan edər, amma ağacdan atı var..."

Misraya fikir verin. Onda akademik Kamal Abdullanın Füzuli qəsidəsindən götürdüyü bu misranın nəyə istinad nöqtəsi olduğunu yavaş-yavaş duymağa, anlamağa başlayacaqsınız. Ona görə yavaş-yavaş deyirəm ki, bu misranın tutumu, həcmi və bir də onun insanın duyğularına olan təsiri o qədər böyükdür ki, onu dərhal həzm etmək, dərhal özününküləşdirmək mümkün deyil. Bunun üçün mütləq Füzulinin bir zərrəsinə çevrilməlisən. Onda hörmətli Kamal müəllimin dediyi kimi, öncə özünü xatırlayacaqsan, öz xatirələrinə baş vuracaqsan... Və bir də baxıb görəcəksən ki, uşaqlığın düz orta göbəyində dayanmısan. Tozlu-torpaqlı yolda qarğı at çapırsan. Necə deyərlər, Araz aşığındandı, Kür də topuğundan, dünya vecinə deyil. Ona görə ki, sən qarğı atı yəhərləyib çapırsan, dünyan pak, nurlu uşaq dünyası, sevincin bu qarğı atın gedib çata bilməyəcəyi zamanları ötüb keçib... Və sən bir xoşbəxt uşaqsan! Elə bu yerdə də Füzulini özünlə üzbəüz dayanmış görəcəksən. O da həmin o qarğı atın belindədi. Amma səndən bir zaman kəsiyi arxadadı. Çünki o, təkcə mindiyin ağac atı deyil, həm də akademik Kamal Abdullanın dediyi kimi, öz doğumunu, öz dünyaya gəlişini də xatırlayır. Burda mənim dilimin ucuna bir söz də gəlir. Demək istəyirəm ki, hörmətli Kamal müəllimin məni köklədiyi duyğular qulağıma pıçıldayır ki, Füzuli göbəyimin kəsildiyini də hiss edir.

Bax, elə sözün qatlarına varmaq da, onun nöqtə-vergülündən tutmuş səsdən hərfə, yazılışa köçən hər anına da burdan baxmaq lazımdı. Elə ki, baxmağı bacardın, onda Füzuliylə doğuşdan üzü bu günə qədər yol-yoldaşı olacaqsan. Və üstəlik, duyacaqsan ki, Füzuli səni özü ilə gətirdiyi kimi, sən nəfəs dərəndə bir də gəldiyi yerə dönüb baş çəkə bilir. Çünki onun dünyası göyün o biri üzüylə yer arasındadır. O, getdiyi yerdə sözünün işığını paylayır və yenidən gəldiyi yerə qayıdır ki, ora da işıqsız qalmasın...



Esseni oxuduqca

məndə belə bir haldan-hala düşmə məqamı yaranır. Elə bilirəm ki, oxuduqlarım məni bütünlüklə özümdən alıb harasa götürür. O götürüldüyüm yerin mənzərəsini də görürəm, mənə tanış gəlir, məni cəlb edir. Amma məni həm də qorxudur. Çünki o yerdə hər şey, hər kəs azaddır Füzulinin özü kimi. Ona görə də Kamal müəllimin bir oxucu kimi mənə aşıladığı Füzuli sözünün alt qatında mən o azadlığı yaşamağa, onunla qol-boyun olmağa başlayıram. Məhz həmin bu məqamda da Füzuli kimi olmasa da, Füzulini anlamağa çalışan birisi kimi mən də uşaqlığımın, yeniyetmə illərimin azadlığını təkrar bu günümə qaytarıram. Çünki həmin zaman kəsiyində qayğısızlıq, sərbəstlik, hətta bir az hər şeyə, hər kəsə münasibət bildirmək, özünü buludların qoynunda hiss etmək kimi bir eyforik ömür yaşamışam. Əgər bu mənim həyatımda indi bir xatirədirsə, onda Məhəmməd adlı bir uşağın gəlib Füzuli kimi bir şair olana qədər nələrdən keçdiyinin özü mənə görə möcüzə bir ömür yaşamaqdır. Zamanını, daha doğrusu, həmin o uşaqlıq və gənclik illərini, dostlarını, yaxın ətrafını elə həmin o qayğısızlığın qoynunda buraxıb gələn Məhəmməd - Füzuli yüksəkliyindən onlara üz tutanda akademik Kamal Abdullanın təbirincə desək, bir zamanın şad-xürrəmliyi, azad yaşamı ona bir həsəd yaşadır. Bütün bunlar da, yəni həsəd, həsrət, azadlıq, bir sözlə, həyatın gerçək üzü bütün dünyanın dərdlərinə könül verən, qol açan bir şairi ucaldır. Onun böyüklüyünü, əyilməzliyini tarixiləşdirir. Gerçək olan sözün özündə də ifadəsini tapır.

Və mən

Məcnundan artıq aşiqliyi olan Füzulinin dünyalarca dərdi çəkmək gücünə qadir olduğuna bütün varlığımla inanıram. Və bir də akademik Kamal Abdullanın bu essesinin işığında görürəm ki, Füzulinin təəssüfünün özü də hardasa bir tərənnümdü, bir səmimi etirafdı. Yaşamın Füzuli kimi etirafı!..

Bəli, bir tiflin cövlan etməsi, bir uşağın əylənməsi Füzuli baxışı altında, Füzuli ruhu fonunda öz adi məcrasından bir ali mərtəbəyə yüksəlir. Bu, yerlə göy arasında öz sözünü işığa çevirən Füzuli hikmətidir, Füzuli qüdrətidir. Ona sonsuz sayğılar! Akademik Kamal Abdullaya isə məni Füzuli dərslərinə yönəltdiyi üçün təşəkkür edirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
SON XƏBƏRLƏR
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK