hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Aqil ABBAS: SİZ KİMİN ƏMİSİ OĞLUSUNUZ?.. Adalet.az | Aqil ABBAS: SİZ KİMİN ƏMİSİ OĞLUSUNUZ?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: SİZ KİMİN ƏMİSİ OĞLUSUNUZ?..

31753    |   2020-01-11 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deməli, belə. Ermənistanda bir sosial paylaşım oldu Paşinyanın adından ki, Qasım Süleymanini qətlə yetirdiyinə görə Trampı təbrik edib. Bizim mətbuat da dərhal bundan yararlanmağa çalışdı. Daha sonra bir şəkil də bizim saytlar və sosial şəbəkələr paylaşdı, həmin Süleymani ilə Monte Melkumyanın birgə çox doğma fotolarını və geniş müzakirələr başladı.

Və dərhal da bir əks reaksiya verildi, bizim yenə saytlar Paşinyanın Trampa təbrikini və məlum fotonun saxta olduğunu sübut etməyə çalışdılar, çoxlu da arqumentlər gətirdilər. Həm də həm təbrik məsələsini, həm də fotonu paylaşan mətbuat vasitələrini yalan yazmaqda, dezinformasiya yaymaqda ittiham etdilər.

İrəvan mətbuatı və ideoloqları bütün günü Azərbaycan dövlətinin və Azərbaycan xalqının əleyhinə dezinformasiya yayırlar. Özü də təkcə Ermənistanda deyil, bütün dünyada, xüsusilə Avropada. Və bir dezinformasiyalarını sübut eləmək üçün daha əlavə yüz dezinformasiya yayırlar. Yüzlərlə belə fakt yaza bilərəm, siz də bilirsiniz. İkicə fakt gətirirəm. Xocalı soyqırımında qətlə yetirilən qadınların, qocaların, körpələrin şəkillərini bütün dünyaya yayaraq bildirdilər ki, guya bu bir erməni kəndində qırılan ermənilərdi, bunları Azərbaycan əsgərləri öldürüb. Və təbii ki, inandıra da bildilər. Amma sonra Azərbaycan güclü bir əks hücuma keçdi və onların yalanlarını çox ciddi dəlillərlə ifşa etdi və dünyanı da inandıra bildi. Təbii ki, bu məsələdə Heydər Əliyev Fondunun xüsusi rolu oldu. Və Fondun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın dünyada apardığı «Xocalıya ədalət» kampaniyası da bu məsələdə çox qətiyyətli addımlar idi.

Amma ermənilər ikinci bir dezinformasiya yaymağa başladılar ki, xocalıları qətl edənlər elə azərbaycanlılar özləri olub. Təbii ki, onun da qarşısı alındı. Başqa bir dezinformasiya – Aprel döyüşlərində Ermənistan ordusu çox böyük biabırçılıqla məğlub oldu, bir çox yüksəklikləri itirdi, min hektarlarla torpaq düşmən işğalından azad edildi. Bunlar hamısı sənəddi, faktdı. Amma həm erməni xalqının, həm də dünyadakı ermənilərin ruhdan düşməməsi üçün dərhal Hollivuddan bir neçə məşhur rejissor və aktyor dəvət edərək film çəkdilər. Guya Aprel döyüşlərində erməni ordusu qalib gəlib. Filmin təsir gücü çox böyük olur, bəzən bir filmi yüz milyondan çox adam izləyir, amma bir qəzeti, bir romanı uzaqbaşı yüz min adam oxuya, ya oxumaz.

Hələ ki bizim rejissorlarımız və ssenaristlərimiz onların filminə qarşı əsl həqiqəti əks etdirən film ortaya qoya bilməyiblər. Yəqin ki, tezliklə o da olacaq.

Qayıdaq dezinformasiya məsələsinə. Hind fəlsəfəsində belə bir deyim var: «Məhəbbətdə və müharibədə qalib gəlmək üçün bütün yalanlardan istifadə edə bilərsən, bu günah sayılmır». Ona görə də müharibə edən ölkələr bir-birlərinin əleyhinə dezinformasiyalar yayırlar. Elə uzağa getməyək, bu günlərdə İran ABŞ-ın İraqdakı bazalarına qisas əməliyyatı çərçivəsində 15 raket atdı və bildirdi ki, bu hücumda 80 ABŞ əsgəri öldürülüb. Tramp da bəyan elədi ki, heç bir əsgərimizin də burnu qanamayıb. Kimin düz, kimin yalan söylədiyini heç Allah da bilmir, ona görə ki, Allah əlini çoxdan bu dünyadan üzüb və bu dünyanın işlərinə qarışmır. Və Məmməd Araz demiş, qayıdıb yerinə qoymur bu kainatı.

Məşhur bir lətifə var. İkinci Dünya Müharibəsi gedir. 43-cü ildə bir yəhudini əsgərliyə çağırırlar ki, gəl get müharibəyə. Yəhudi əlində yüzlərlə qəzet gəlir hərbi komissarlığa, deyir ki, müharibə qurtarmayıb ki, məni çağırmısınız?

Deyirlər nə boş-boş danışırsan. Yəhudi qəzetləri qoyur komissarın stolunun üstünə və deyir:

- Bu bizim Pravda, Almaniyada altmış milyon əhali yaşayır . Pravdanın rəsmi məlumatlarında hesablamışam , indiyədək biz altmış beş milyon alman öldürmüşük, hələ beş milyon da artıq. Mən gedib kimlə vuraşacam?

«Pravda» qəzeti əslində rəqəmləri şişirtməkdə haqlıydı, xalqı ruhdan düşməyə qoymurdu. Və bütün Sovet xalqı da o yəhudi deyildi ki, oturub onu hesablaya. Yəni müharibədə dezinformasiyalar labüddü.

İndi İrəvan mətbuatı 30 ildən çoxdu bizim əleyhimizə dezinformasiyalar yayır, böhtanlar atır və sair və ilaxır. Hansısa bir Ermənistan mətbuatı, bir jurnalisti o dezinformasiyaları təkzib edibmi? Etməz! Birinci, erməni olduğuna görə. İkinci də, təkzib edərsə, çəkib ciyərini çıxararlar.

İndi bizim mətbuatın dezinformasiya yaydığını dərhal öz jurnalistlərimiz, öz saytlarımız, mətbuat vasitələrimiz təkzib etməyə başladılar. Nolub, dostlar?

Əslində Paşinyanın Trampı məlum olayla bağlı təbrik etməsi dezinformasiya deyil, həqiqətdi. Amma sonra gördülər ki, Paşinyan çox səhv addım atıb, İran Ermənistanın dalından qaça bilər və Ermənistanın dalı da açıq qalar. Üstündən iki-üç gün keçəndən sonra bir yetim tapdılar və boynuna qoydular ki, bu məlumatı həmin yetim yayıb və özü də etiraf edib. Haqqında cinayət işi qaldırdılar və bu cinayəti hansı maddəyə tövsif edəcəklərini də hələ tapa bilməyirlər.

Məşhur bir lətifə də var. İki əmioğlu dağda qoyun otarırlar. Birdən ayı onlara hücum edir, birini tutur. Ayının tutduğu dağ adamı güclüymüş, başlayır güləşməyə, ayının pəncəsindən qurtulmağa çalışır. Eyni zamanda çığırır ki, əmioğlu, ayının qaşqasından vur. Əmioğlu da ağacı fırlayır, hər dəfə vuranda ağac ayıya deyil, əmioğlunun təpəsinə dəyir. Bir dəfə, iki dəfə, üç dəfə… Ayı ilə tutaşan əmioğlu çığırır:

- Ə, sən mənim əmioğlumsan, yoxsa ayının?!

İndi bizim saytlardakı məlum informasiyaları təkzib etməyə çalışan dostlar, siz kimin əmisi oğlusunuz? Bizim, yoxsa ermənilərin?!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-01-21
2020-01-18
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK