nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bayram Bayramov doğum günüdür - 101 yaş Adalet.az | Bayram Bayramov doğum günüdür - 101 yaş Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Bayram Bayramov doğum günüdür - 101 yaş

43568    |   2019-12-11 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sovet dövrünün gəncləri olan bizlər onu "Arakəsmələr”, "Xəzinə”, "Bəlalı sevgim”, "Fəhlə qardaş”, "Yarpaqlar”, "Cıdır düzü” romanları ilə tanıdıq, sevdik. Və kitablarını sevdiyimiz kitabların yanına qoyduq, özünü isə sevdiyimiz ədiblərimizlə bərabər tutduq. 

Söhbət görkəmli nasir, Xalq yazıçısı Bayram Bayramovdan gedir. Sevilən yazıçımızın keçdiyi həyat və yaradıcılıq yoluna nəzər salaq:” Bayram Salaman oğlu Bayramov1918-ci il dekabrın 11-də Qarabağ bölgəsinin Ağdamın rayonunun (o vaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzası) Şivənd kəndində anadan olub. 1934-1938 –ci illərdə Yeddiillik kənd məktəbini bitirib Ağdam Pedaqoji Texnikumunda təhsilini davam etdirib. 1938-1942-cı illərdə Tərtər rayonundakı Qusanlı kənd natamam orta məktəbində müəllim , Müsəlmanlar kəndində natamam orta məktəbin tədris hissə müdiri, Xoruzlu kənd yeddiillik məktəbində məktəb müdiri işləyib. 

1942-ci ildə Böyük Vətən müharibəsində Mozdok uğrunda döyüşlərdə iştirak edib, ağır yaralanıb . Hərbi xəstəxanada sağaldıqdan sonra altı ay Yevlax rayonunun Qoyunbinəsi kənd yeddiillik məktəbində müdirlik edib. 1943-cü ilin aprelində yenidən Sovet Ordusu sıralarında qulluğa yola düşüb. 1944-1945-ci illərdə tərxis olunub doğma kəndlərinə qayıdarkən burada pedaqoji fəaliyyətini davam etdirib yeddiillik məktəbin müəllimi işləyib. 1945-1971-ci illərdə ADU-nun fılologiya fakültəsində təhsil alıb. Sonra N.K.Krupskaya adına kitabxanaçılıq texnikumunda müəllim , Azərbaycan radiosunun ədəbi dram verilişləri redaksiyasında məsul redaktor, "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyib. Dövlətnəşrkomda sədr müavini kimi çalışıb. 1984-cü ildə Azərbaycan Xalq yazıçısı fəxri adına, 1990-cı ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb. 1988-ci ildə Qarabağ hadisələri başlayanda fəal ictimai mövqeyi ilə seçilib. Qarabağa Xalq Yardımı Komitəsinin sədri vəzifəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990) seçilib. Bədii yaradıcılığa 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetində çıxan "Körpü" adlı ilk hekayəsi ilə başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edib. "Arakəsmələr”, "Xəzinə”, "Bəlalı sevgim”, "Fəhlə qardaş”, "Yarpaqlar”, "Cıdır düzü” və s. romanların müəllifidir. Sovet dövründə ən çox oxunan yazıçılardan biri olub. Əsərləri SSRİ-də, eyni zamanda xarici ölkələrdə tərcümə və nəşr olunub. Dilinin sadəliyi, axıcılığı, əsərlərində yeniliyin hər dəfə mühafizəkarlığa qalib gəlməsi onu oxuculara sevdirən başlıca cəhətlərdən biriydi. Bayram Bayramovun 80-ci illərin axırlarında "Azərbaycan” jurnalında "Üzlü-astarlı günlər” adlı avtobioqrafik romanı çap olundu. Həmin romanı gənclər çox maraqla oxuyurdu. 

Yazıçı bu əsərdə özünün məşəqqətli və əzablı həyat yolu haqqında oxucuya məlumat verməklə yetinmir, həmçinin 30-40-50-ci illərin ictimai-siyasi, mənəvi mənzərəsini göstərir. Yazıçının "Karvan yolu” romanı xalqımızın ən işıqlı simaları Cəlil Məmmədquluzadənin və onun həyat yoldaşı, əslən Qarabağdan olan ziyalı, maarifçi Həmidə xanım Cavanşirin həyat və fəaliyyətlərinin əzablı, müsibətli dövründən bəhs edir. Bayram Bayramov həmçinin "Mən ki gözəl deyildim” "Firəngiz” "Onun bəlalı sevgisi” filmlərinin ssenari müəllifidir.

Əntiqə Rəşid




İmza:

Sənətin nur işığında

Mədəniyyət nazirinin müavini Xırdalanda vətəndaşlarla görüşüb

“CinemaPlus”da Cem Yılmazın “Karakomik filmler 2” komediyası - VİDEO

Opera və Balet Teatrının səhnəsində "Eşq və Ölüm" baleti təqdim olunacaq

Xalq artisti Rafael Dadaşov - xəstəliyin və yaşlılığın verdiyi məyusluq

Dörd ölkənin məşhur sənətkarları Bakıda eyni səhnəni bölüşəcək

Sənət fədailəri və ya Unudulmağa məhkum olanlar

Əbülfəs Qarayev: “Nəsimi ili” mədəniyyət, ədəbiyyat, söz və sənət ili kimi tariximizə yazıldı

Leyla Əliyeva Həmrəylik Günü münasibəti ilə təşkil olunan konsertdə iştirak etdi - FOTO

“Aprel döyüşlərindən film çəkə bilərik və buna elə də böyük vəsait tələb olunmur...”

Azərbaycan Nəsiminin qəbrinin bərpası ilə bağlı öz yardımını təklif edib

Mədəniyyət naziri gələn il üçün əsas hədəfi açıqladı

SON XƏBƏRLƏR
2020-01-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK