ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

20537    |   2019-12-02 10:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov Bakı Ali Neft Məktəbində (BANM) Biznesin İdarə olunması üzrə Tədris Mərkəzinin "Professional biznes müzakirələri” adlı sessiyaları çərçivəsində MBA tələbələrinə"Daha güclü, inkluziv və dayanaqlı inkişaf: Azərbaycanın nümunəsində”mövzusunda master-klass keçib.

Master-klassda maraqlı məqamlara toxunan Emin Hüseynov BANM tələbələrinə bir ölkənin iqtisadi cəhətdən inkişafında əsas üç amilə - daha güclü olmaq, inkluzivlik və dayanıqlılığa diqqət çəkərək, onlar arasında optimal balansın saxlanılmasının vacibliyini xüsusi qeyd edib. Daha sonra o, təqdimatında iqtisadi inkişaf və onun üç amilini 1995-2019-ci illər üzrə Azərbaycanın nümunəsində izah edib: 1995-2004-cü illər - dirçəlmə və stabillik dövrü, 2005-2014-cü illər - neft bumu dövrü və 2014-2019-cu illər - post-neft dövrü.

"Əsas məsələ bundan sonra başlayır. Gələcəyə necə gedirik? Bundan sonrakı istiqamətimiz və hədəfimiz nədir, hansı strateji planlarımız var? – bu sualların cavabını vermək lazımdır. Önəmli məsələlərdən biri də getdiyimiz yolda risklər və çətinlikləri müəyyən etmək vacibdir. Daha nələr etmək, nələri düzəltmək olar ki, hədəfə çataq” -deyə Emin Hüseynov fikirlərini BANM tələbələri ilə bölüşüb.

Master klass zamanı o MBA tələbələrini maraqlandıran sualları cavablandırıb və rektor Elmar Qasımova Ali Məktəbdə sessiya üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib.

Sonda Emin Hüseynova "Fəxri qonaq plaketi” təqdim olunub.

Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin İdarə olunması (MBA) üzrə Tədris Mərkəzi "İdarəçilik idarəçilərdən öyrənilir” şüarı altında fəaliyyət göstərir və tez-tez "Professional biznes müzakirələri” ("Professional Business Talks”) adlı sessiyalar təşkil edir. Bu cür sessiyaların əsas məqsədi tələbələrin biznes sektoru üzrə dünyagörüşünü formalaşdırmaq, onların rəhbər şəxslərlə kommunikasiya yaratmasına və fikir mübadiləsi apara bilmələrinə şərait yaratmaqdır.

#BANM #MBAtələbələri #masterklass #Professionalbiznesmüzakirələri #BHOS #MBAstudents #masterclass #Professionalbusinesstalks




İmza:

Şagirdlərimiz beynəlxalq müsabiqədə qalib oldu

Peşə təhsili müəssisələrinin əməkdaşları üçün təlimlər yekunlaşıb

Hökumətlərarası Təqaüd Proqramlarına dair internet səhifəsi istifadəyə verilib

Tələbələrin köçürülməsi üzrə qeydiyyat müvəqqəti təxirə salınır

Dizayn ixtisasında təhsil almaq istəyənlərə UNEC-dən yeni fürsətlər

Sosial şəbəkələrdə DİM-in saxta səhifə və qrupları yaradılıb

Bakıda 53 şagird respublika fənn olimpiadasının qalibi olub

Bu gün 13 mindən çox şagird buraxılış imtahanı verəcək

"Abituriyentlər üçün dərs vaxtı"nın sabahkı cədvəli açıqlanıb

Azərbaycanda tələbələrin köçürülməsi nə vaxt həyata keçiriləcək? - RƏSMİ

Bakı Ali Neft Məktəbinin məzunu ABŞ-ın 3 nüfuzlu universitetinin doktaranturasına qəbul olub

Bəzi dərsliklərin tərtibatı dəyişdiriləcək - VİDEO

SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK