hacklink Adalet.az | Aqil ABBAS: ERMƏNİ JURNALİSTLƏRİ VƏ BADIMCAN DOLMASI Adalet.az | Aqil ABBAS: ERMƏNİ JURNALİSTLƏRİ VƏ BADIMCAN DOLMASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ERMƏNİ JURNALİSTLƏRİ VƏ BADIMCAN DOLMASI

19075    |   2019-11-18 09:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən sevincimdən yata bilmədim. Axır ki hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Qarabağ danışıqlarında bir uğura imza atdı. Deyirdi ki, ATƏT-in həmsədrləri və erməni həmkarı ilə Vaşinqtondakı görüşdə kreativ addımlar atdıq, inanmırdıq. Bir həftə bundan əvvəl də dedi ki, Qarabağ probleminin həlli ilə bağlı irəliləyiş var. O irəliləyişin nə olduğunu həsrətlə gözləyirdik , şükürlər olsun, gözümüz çox yolda qalmadı. Düzdür, bu məsələdə hörmətli Lavrovun da zəhmətini qiymətləndirməmək mümkün deyil.

Artıq o şad xəbər gəldi. Ayın 17-də bir qrup erməni jurnalist Bakıya gələcək. Düzdür, ermənilər çoxdan Bakını su yoluna döndəriblər, amma bu gəliş alayı gəlişdi. Həqiqətən xəbər məni nə təhər tutdusa, səhərədək yata bilmədim. Dedim madam ki, yata bilmirəm heç olmasa durub təşkilatçılar üçün bir proqram hazırlayım.

Səhər-səhər elə təyyarədən düşən kimi hava limanında gül-çiçəklə qarşılayırıq. Ordan bir başa Bakı Nəqliyyat Agentliyinin ən gözəl avtobusu ilə aparırıq «zavtrak»a, xaş yeməyə. Özü də xaş nə xaş, dodaq bir-birindən aralana bilməz. Özü də mal dırnağı yox, kəllə-paça. Mal dırnağını birdən heyvanın dal ayaqlarından hazırlayırlar, heyvan da həmişə dal ayaqlarına pəşo elədiyindən sidik tamı verir. Sizə xaş deyirəm ey, sirkəli- sarımsaqlı. Soğanı belə doğrayırsan, üstünə də Göyçay narı sıxırsan, tut arağı da yanında. Qoy görsünlər ki, nəinki onların dədə-babaları, dünyanın heç bir millətinin dədə-babaları belə xaş hazırlaya bilməzlər.

Xaş mərasimi başa çatandan sonra çıxarırıq dəniz kənarına. Ömürləri boyu dəniz arzusundadılar, qoy bir dəniz havası alsınlar.

Dəniz havası xaş havasını əvəzləyəndən sonra hər birini televiziya kanallarımızın səhər proqramlarına dəvət edirik. Onların Dağlıq Qarabağda və ətraf rayonlarda apardıqları tikinti-abadlıq işləri ilə bağlı söhbətlərinə qulaq asırıq, Ağdərədəki eşşək yarışından fraqmentlərlə, Paşinyanın Şuşada yallı getməsi süjetləri ilə proqrama bir əlvanlıq qatırıq.

Ondan sonra da yığıb gətiririk Beynəlxalq Mətbuat Mərkəzinə. Orda gözəl bir mətbuat konfransı keçiririk . Bizim tanınmış jurnalistləri də yığırıq zala. Mehribançılıq və dostluq şəraitində yarlı-yaraşıqlı bir görüş təşkil edirik.

Daha sonra yığışırıq Mətbuat Şurasına – Ermənistan və Azərbaycan jurnalistlərinin dostluq və qardaşlığı ilə bağlı bir memorandum imzalayırıq, özü də beş dildə: ingilis, fransız, rus, azərbaycan və erməni. Bunu da veririk «Reuters» yayır.

Günorta yeməyində də aparırıq «Çanaqqala»ya, dolma yeməyə. Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir müəllim də gəlir bir əlli növ dolma bişirtdirir. Düzdür, mən cəmi üç-dörd cür dolma tanıyıram - kələm dolması, tənək dolması, pip dolması, heyva yarpağıyla dolma, bir də balıq dolması. Badımcan dolması da var, niyə ona «üç bacı» deyirlər başım çıxmır. Bibərlə pomidora xanım demək olar, amma day badımcana da xanım demək düz deyil axı, badımcan badımcandı, bəlkə «iki bacı bir qardaş» deyək? Badımcan dolması ilə bağlı yaxşı bir anekdot bilirəm, yazılası deyil. Həmin anekdota əsaslansaq, badımcan hermafroditdi, yəni ona xanım da demək olar.

Nə isə. Yesinlər, ağızları dada gəlsin, görsünlər əsl dolma necə olur.

Sonra şəhərimizi gəzdiririk və görürlər ki, İrəvan hardadı, biz harda. Aparırıq İçərişəhərə. İçərişəhərdə təzə tikilən restoran və kafeləri, çayxanaları görüb həsəddən ürəkləri partlayır. Sonra otelə. İki-üç saat istirahət eləyirlər, təəssüratlarını yazırlar, göndərirlər İrəvana, Xankəndinə: televizyonlara, qəzetlərə, saytlara, gördüklərini sosial şəbəkələrdə paylaşırlar.

Axşamüstü yenə dəniz qırağı, xalqla görüş, kövrəlmələr, şəkil çəkdirmələr . Muğam Mərkəzində görkəmli xanəndələrimizin iştirakı ilə möhtəşəm bir konsert. Sonra bir-birimizə qoşulub birlikdə «Ax Sirun, Sirun», sonra da «Sarı gəlin»i oxuyuruq , öpüşün biri bir qəpik. (Eşitdiyimə görə xanım jurnalistlər də olacaq). Ordan da çıxıb gedirik «Torqovı»ya, özlərini Dubaydakı kimi hiss edirlər.

Gecə də qaldırarıq Telequllənin restoranına, orda da estrada ulduzlarımızın iştirakı ilə konsert və şam yeməyi.

Qoy şandığalar bizim necə qonaqpərvər, tolerant olduğumuzu görsünlər.

Mejduproçim, erməni kilsəsini də açmaq olar və səhəri günü də ora ibadətə aparmaq olar, getsinlər ibadət etsinlər. Bir də ki bu erməni kilsəsini niyə bağlı saxlamışıq ey, demirik Bakıda 30 min erməni yaşayır , bəs bu yazıqlar ibadətə bir yerə getməlidirlər, yoxsa yox?!

Yoruldum, hələlik bu qədər. İkinci günün proqramını da qoy təşkilatçılar özləri fikirləşsin.

Gəl, ay Allahverdi Bağırov, gorun çatlasın!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK