hacklink Adalet.az | Səxavət Məmməd: Jurnalistlər və piket Adalet.az | Səxavət Məmməd: Jurnalistlər və piket Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Səxavət Məmməd: Jurnalistlər və piket

4773    |   2019-11-14 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünən Müsavat partiyası BŞİH-nin qarşısında piket keçirməyə cəhd etdi, keçirdi, keçirmək istədi. Kimə necə sərf edir, elə də anlasın. Dünən Müsavat partiyasının piketi baş tutmuş hesab edildimi, edilmədimi bunu da bilmirəm. Partiya piket baş tutmuş hesab edildi desə də, bir şey deməyəcəm. Baş tutmadı desə də, anlayacam. Hər nə isə, bunlar siyasi qərardır.

Diqqət çəkmək istədiyim şey başqadır.

Dünən ərazidə bir neçə jurnalistlə də söhbətimiz oldu. Açığı dünənki fəaliyyət heç ürəkaçan deyildi. Bu peşəyə gələndən necə həvəsliydimsə, o həvəs artıb ki, azalmayıb. Ancaq bəzən olanlardan adam iyrənir. Videolara baxıram, əminəm siz də müşahidə etmisiniz, hər kadırda, hər saniyədə 10-15 jurnalist görünür. Deyəcəklər ki, say çox idi. Eyvallah, dünən press jilet geyinənlərin sayı polisdən çox idi. Piket iştirakçıları ilə müqayisə etməyə belə dəyməz. Bir hərəkətlilik olan kimi hamı irəli və aləm qaşırır. İtələşmə, kadra girmə, səs-küy. Adam havalanır rəsmən. Yolla keçən adamın qarşısı kəsilir və sual verilir. Adam danışdı, danışmadı fərq etmir, jurnalistlərin həmin adamın başına yığışan kimi polis anında onu götürür. Bunun adı yüngül formada desək hədəf göstərməkdir.

Dünən kənardan daha çox müşahidə etdim, köhnələr çox sakit, rahat davranır, kadr götürüb kənara çəkilirlər. Yeni bir qrup yaranıb ki, hır o yana, hır bu yana. Jurnalistin səsi piketə gələnin səsindən çox çıxır, a kişi. Ümumiyyətlə, sayt rəhbərləri, redaktorlar hansı əraziyə kimi göndərdiyini bilir? Yoxsa qabağına çıxana haydı filan yerə get, deyir?

Əslində bunları demiyə də bilərdim, sadəcə olaraq arada bir kənardan özünə baxmaq lazımdır, çəki-düzən verməksə şərtidir.


İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK