ANA SƏHİFƏ / SİYASƏT

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

10080    |   2019-11-07 12:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib.

Komitədən verilən məlumata görə, iclası giriş sözü ilə açan Komitə sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyətinə nəzər salıb, diasporla işin düzgün qurulmasının istiqamətləri və qarşıda duran yeni hədəflər barədə danışıb. O, bildirib: "Möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycan diasporuna qayğısı, Dövlət Komitəsinə münasibəti öz müsbət nəticələrini verir. Bizim işimiz, həmçinin diasporumuzun səmərəli fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması ilə birbaşa bağlıdır. Biz bu işdə məsuliyyəti­mi­­zin nə qədər böyük olduğunu bilirik və strateji hədəflərimizə çatmaq yolunda var-gücümüzlə çalışırıq”.

Diqqətə çatdırılıb ki, qısa müddətdə 27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaranıb, xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platfor­malarda birləşməsi üçün mühüm addımlar atılıb. Diaspor təşkilatları və ayrı-ayrı şəxslər Azərbaycan torpaqlarının işğalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, heç bir əsası olmayan erməni iddialarının ifşası ilə əlaqədar böyük işlər görürlər. Diasporumuzla real və virtual əlaqələrin daha da möhkəmlənməsinin nəticəsidir ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan on minlərlə soydaşımız özünü bu xalqın və bu vətənin bir parçası kimi hiss edir.

İclasda "İnsan resursları, hüquq və sənədlər iş” və "Təbliğat, informasiya, və analitik təhlil” şöbələrinin fəaliyyəti ilə bağlı məruzələr dinlənilib. Bildirilib ki, son 2 il ərzində 8 normativ-hüquqi sənəd layihəsi hazırlanıb, sənədlərin elektron bazası formalaşdırılıb, informasiya və təbliğat işinin təşkili istiqamətində Media, İKT Mərkəzi formalaşdırılıb, rəsmi internet saytı üç dildə fəaliyyət göstərir və 98 ölkədən izlənir. Mərkəzə daxil olan infoqrafik xəritədə 49 ölkədə fəaliyyət göstərən 500-dən çox diaspor təşkilatı haqqında informasiya toplanıb, son dövrlər elektron müraciətlərin sayı artıb və operativ şəkildə cavablandırılır. Məruzələrdə sənəd dövriyyəsi, Diaspor TV və Diaspor FM-in fəaliyyəti, sosial şəbəkələrdə işin qurulması, Komitədə yaradılan informasiya bazası və ondan istifadə və s. məsələlər konkret rəqəmlərlə diqqətə çatdırılıb.

Komitənin həyata keçirdiyi irihəcmli layihələr, informasiya və təbliğat sahəsində görülən işlər, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün müəyyən olunan Strateji Yol xəritəsinin həyata keçirilməsində kollektivin məsuliyyəti, hər bir şəxsin peşəkar vərdişlərinin daha da təkmilləşdirilməsi və s. məsələlər müzakirə olunub, statistik göstəricilər təhlil edilib, geniş fikir mübadiləsi aparılıb.




İmza:

Azay Quliyev Milli Məclisdə seçicilərinin problemlərini qaldırıb

Akif Təvəkküloğlu Milli Məclisə QAYITDI

Prezident İlham Əliyev İsveçin Kralına təbrik məktubu göndərib

Milli Məclis 2019-cu il dövlət büdcəsinin icrasını ilk oxunuşda təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı

Tahir Rzayev: “Prezident keçmişimizlə bağlı hadisələrə həssas yanaşmağı tövsiyyə edir”

İqbal Ağazadə Prezidentə müraciət etdi

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Siyavuş Novruzov: Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar

İsgəndər Həmidov: ““Ağdərə-Kəlbəcər yolu açılanda Surət qoşunları geri çəkdi, guya tankları Gəncəyə təmirə aparırdı”

Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI

“Məhdudlaşdırıcı tədbirlər ilk növbədə vətəndaşın təhlükəsizliyinin təminatına yönə

SON XƏBƏRLƏR
2020-06-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK