hacklink Adalet.az | Qida Təhlükəsizliyi Agentliyinin bu yazını oxuması çox vacibdir! Adalet.az | Qida Təhlükəsizliyi Agentliyinin bu yazını oxuması çox vacibdir! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qida Təhlükəsizliyi Agentliyinin bu yazını oxuması çox vacibdir!

1497    |   2019-11-06 13:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Südsüz pendir var.

Ətsiz sucuq var.

Arısız bal var.

Qlükozanın içinə biraz polen, biraz da rəngləndirici və esans əlavə edirlər, bal adıyla satırlar.

Paxlavaya Antep fıstığı yerinə əzilmiş noxud qoyurlar.

Qırmızı bibərdə tozu var.

Tünd qara olsun deyə zeytunu ayaqqabı boyasıyla yuyurlar.

Kiflənmiş pendirə gel vurub təzə pendir adıyla soxuşdururlar.

Ağ görünsün deyə boyat toyuğu xlora batırırlar.

Ağ pendirə ərp qatırlar, parlaq görünür.

**

Pendir dedim, ağlıma gəldi. Səhər yeməyində uşaqlarımız ayedirdiyimiz pendiri bazarda əlləməyən qalmır.

Dönərdə bağırsaq var.

Toyuq dönərində dəri var.

Çirkli əlləri, paltarları olan mikrob yuvası cahil işçilər yemək fabrikinin mətbəxində yatır, qazanlar leş günündə.

Türkiyə Ziraatçılar Dərnəyi tək-tək ifşa etdi. Yoğurta donuz sümüyündən düzəldilən jelatin qatılır, yüzdə-yüz dana ətindən hazırlanan kolbasa yoxdur, at-eşşək ətindən düzəldirlər. Şokoladlarda heyvan yemi var. Quru üzüm daha çox qalsın deyə qurudulmamışdan qabaq mazuta batırılır, zeytun tez qaralsın deyə zeytun ovuzlarına paslı dəmir atılır, kantrabanda siqaretlərdə tütünə yonqar əlavə olunur.

Son istifadə tarixini asetonla silib endirim günlərində müştərilərə soxuşduran marketlər var.

**

İstanbulda şirniyyat evində yoxlama aparıldı, zibillikdən yığdıqları boyat çörəkləri qurudaraq un halına gətirdikləri, tort və şirniyyat bişirdikləri və başqa şirniyyat evlərinə ucuz qiymətə satdıqları üzə çıxdı.

Kakaolu fındıq kremində kakao yerinə keçibuynuzu var.

Kəpəkli deyilən çörəklərə kakaoyla rəng verilir.

Çiy südə daha çox pendir əldə etmək üçün şəkər gübrəsi vurulur,

Yağlı süd əldə etməkçün marqarin qatılır.

Zeytun yağına kanola qatılır. Əvvəllər ucuz idi deyə ayçiçəyi yağı qatırdılar. Sabah-obirisigün motor yağı qatsalar, təəccüblənməyin.

Təbii ədvaların içinə qurudulmuş ot qarışıdırılır.

Çayı donuz qanıyla rəngləyirlər.

Kənd Təsərrüfatı Nazirliyi nəticələri açıqladı. İstanbulda kol börəyindən at əti çıxdı. Bursada pidecidə eşşək əti çıxdı, Denizlide pidecide bağırsaq çıxdı. Afyonda sucukçuda tüpürcək bezi çıxdı.

Halal qida roluna girmək üçün dükanlarına dini adlar qoyurlar. "Hacı” baba kafesində eşşək əti, "hicrət” kafesinin köftəsində at əti çıxdı. Aydında mübarək ramazan ayında küçə iftarlarının ən böüyk tədarükçüsü olan yemək fabrikində donuz əti tapıldı.

Yəni bu qədərini deyim. Türkiyə tarixi boyunca hələ bu qədər donuz ətindən istifadə olunmamışdı.

Qida sənayesində nəzarət edilə bilməyən firma sayı 350 mindən çoxdur. Saxta qida məhsulların satışından hər il 12 milyard dollar gəlir əldə edilir.

Heç kanalizasiya işinə belə yararsız olan adamlar yemək fabrikası açır, sosial layihələri ələ alır.

12 milyar dolardan pay almak için babasını bile doğrayıp kıymaya katacak karakterdeki tipler "catering” işi yapıyor!

Bir başqa məsələ…

Almaniyanın dərman devi Bayer toxum və aqrar dərmanlar istehsal edən nəhəng Amerika şirkəti Monsantoyu 66 milyard dollara aldı. Beləliklə toxumu satan da, o toxumu böcəklərdən qorumaq üçün təsərrüfat dərmanı satan, o dərman üzündən xəstələnən adamlara dərman satan da eyni şirkət oldu.

**

Amerikalı bir əkinçi yabanı otlar üçün istifadə etdiyi dərmanlar üzündən xərçəng xəstəliyinə tutulduğunu iddia edərək Monsanto şirkətini məhkəməyə verdi. İddiası təsdiqlənəndən sonra isə 80 milyon təzminat qazandı.

Çox keçməmiş başqa bir əkinçi də bu iddia ilə həmin şirkəti məhkəməyə verdi və 78 milyon dollar təzminat da o aldı.

Digər bir əkinçi də bu səbəbdən eyni şirkətdən 55 milyon təzminat aldı.

Bunların hamısı son iki il içində oldu.

Və qeyd etmək lazımdır ki, həmin dərman üzündən bu şirkətə açılmış 13 min 400 məhkəmə işi daha var.

**

Məsələ budur ki, bu dərman dünyanın bir çox ölkəsində satılır. Həm də böyük sayda. Əkinçilər dərmanların thlükəsizliyindən v keyfiyyətindən daha çox qiymətinə baxır.

İllər əvvəl qadağan olunmuş dərmanların saxtası belə satılır. Biz də həmin dərmanlarla yetişmiş meyvə-tərəvəzləri yeyirik.

**

Pomidora pambıq dərmanı vurulur, bibərə isə tütün dərmanı.

**

Avropanın artıq istifadə etmədiyi dərmanları bizə soxuşdurulur.

**

Bu dərmanlar sadəcə torpağı və insanları zəhərləmir. Meyvə ağaclarına atılan bu zərərli dərmanlara görə hər il milyonlarla arı tələf olur, quşlar ölür.

ABŞ-da hər il 72 milyon quş bitkilər üçün istifadə olunan bu dərmanlara görə ölür.

**

İndiyə kimi heç kiminsə nardan zəhərləndiyini eşitmişdiniz?

Keçən həftə Türkiyədəbir uşaq nardan zəhərlənərək öldü.

**

Xərçəng artdı, ürək xəstəlikləri artıb. Artıq şəkər xəstəsi olmayan qalmayıb demək olar.

Qida terrorunun qurbanları digər terror qurbanlarının sayından daha çoxdur.


Redaksiyadan: 

Belə şeylər bizdən də yan keçməyib. Qida Təhlükəsizliyi Agentliyi tez-tez leş ət, saxta araq istehsal edənləri tapıb üzə çıxarır. Çox vacibdir ki, bu yazını da oxusunlar.



Yılmaz Özdilin "Qida Terroru" məqaləsindən

Dilimizə uyğunlaşdıran: Ulucay Akif 




İmza:

YAZARIN ARXİVİ

2019-11-20 : GÜNÜN SİTATI
2019-11-04 : TƏBRİK
SON XƏBƏRLƏR
2019-11-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK