hacklink Adalet.az | Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ Adalet.az | Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

3838    |   2019-11-06 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İndiki müğənnilər oxuyur, amma mən yaradıram.O mahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əks etdirir onu oxumağa çalışmışam” – bu fikirləri resbublikanın Əməkdar artisti, tanınmış müğənni Süleyman Zeynalov "Ədalət” qəzetinə müsahibəsində deyib.

Süleyman Zeynalov - 1976-cı ildə Dövlət İncəsənət Universitetinin və Bakı Asəf ZeynallıadınaMusiqi Kollecinin "Vokal” şöbəsini bitirib.1978-ci ildən dövlət qastrol konsert birliyinin 20 ildən artıq solisti olub.Eyni zamanda əməkdar incəsənət xadimi Gülarə Əliyevanın rəhbərlik etdiyi "Dan ulduzu” ansamblının, Xalq artisti Nəriman Əzimovun rəhbərlik etdiyi Səyid Rüstəmov adına "Xalq-Çalğı alətləri” orkestrinin, dövlət televiziyasının nəzdində əməkdar incəsənət xadimi Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə” uşaq xorunun solisti olub. Oktay Kazımovun "Büllur sarayda” tamaşası üçün bəstəsini xalq artisti Amalya Pənahova ilə duet vəxalq artisti Sevda İbrahimovanın "Kəndçi qızı” tamaşasında iki bayatılar ifa edib."Fəryad” filmində erməni əsilli məşhur fransız müğənnisi Şarl Aznaur rolunu canlandırıb.

"Özümə qiymət istəyirəm”

– Necəsiniz, səhhətiniz necədir?

– Müalicəmi davam etdirirəm.İranda müalicə olunuram.Ayaqlarımda problem vardı.Həkimlər düzgün diaqnoz qoymamışdılar.Dedilər əsəbdəndir.İndi daha yaxşıyam. Sağ olsun yadım edən adamlar.

– Tez-tez mətbuatda şikayət edirsiniz...

– Bəli şikayət edirəm, çünki mən xalqımın musiqisi, səhnəsi üçünazfəaliyyət göstərməmişəm.İndi özümə qiymət istəyirəm.Bu qədər təqaüd yazdırırlar, heç olmasa mənə də mükafat versinlər... 144 manat təqaüd alıram, 64 manat isə əməkdar artist olduğum üçün.Mən bunları deməkdən əvvəllər utanardım, amma artıq utanmaqdan keçib.Mən demirəm ki, başqa müğənnilərə şərait yaradılmasın, əksinə cavanlara yol açılmalı, onlara imkan tanınmalıdır.Amma bu o demək deyil ki, əvvəlki müğənnilər yaddan çıxmalı, diqqətdən uzaq olmalıdırlar. Mən bu sənətə ailəmi qurban vermişəm. Mənim heç xəbərim olmayıb evdə nə yeyirlər, nə içirlər. Hər dəfə qastrollarda olmuşam, 15 gün, 20 gün, 1 ay… İndi heç evim də yoxdur. 20 ildir kirayədə yaşayıram. Həyat yoldaşımı 29 yaşımda itirdim beyin xərçəngindən, o vaxtdan evlənməmişəm, övladlarıma tək baxmışam. İki övladım var. Birinin 35, digərinin 36 yaşı var. İmkansızlıqdan onları evləndirə bilmirəm.

Bu məsələ ilə bağlı müvafiq qurumlara müraciət etməmisiniz?

Mədəniyyət Nazirliyinə müraciət etmişəm, mənim adımı ev üçün Prezidentə təqdim ediblər. Sağ olsunlar məni böyük sənətkarlar, millət vəkilləri dəstəkləyir. Ümid edirəm ki, bu problemim tezliklə həll olunacaq.

Süleyman Zeynalov onu narahat edən başqa məsələnin gənc müğənnilərin yekəxanalığı olduğunu deyib.

– Nəsillərarasıproblemlərhəmişəolub və bundan sonra da güman ki, olacaq. Bu, bütün sahələrdə var...

– Amma mən də cavan olmuşam.Heç vaxt özümdən qabaqkı müğənnilərə qarşı yekəxanalıq etməmişəm.Həmişə hörmətlərini saxlamışam.Bacardıqca onlardan öyrənməyə çalışmışam.Həmişə dünya şöhrətli sənətkarların içində olmuşam.O vaxt mərhum Sara Qədimova deyərdi ki, "cavanlar nə karadır ki, bizlə tən gələ”.Ancaq biz bu sözə də bir öyüd kimi əməl etmişik.Məndə olan səs tembri, səs şirinliyi, zövq kimdə var?Təvazökarlıqdan uzaq olsa da, bunları deməliyəm.

– Elə bəlkə də, siz də əvvəlki nəsil korifeyləri kimi səhnədə daha tələbkar olmalıydınız.Hər mənəm-mənəm deyən yeni müğənnilər üçün səhnə bu qədər boş buraxılmamalıydı?

– Dediklərim bütün gənc müğənnilərə aid deyil.Elə gənc müğənnilər tanıyıram ki, çox ləyaqətli insanlardılar.Böyük-kiçik yeri bilirlər.Özlərindən əvvəlki nəslə hörmətlə yanaşırlar.Lakin bir qrup müğənnilər var ki, nə səsləri, nə də zövqləri var. Bununla belə çox yekəxanalıq edirlər.Danışanda deyirlər ki, mən 2-ci Şövkət Ələkbərovayam, İbrahim Tatlısəsəm.Düşünmürlər ki, bu iki ad Azərbaycan və Türkiyənin sənətinə qızıl hərflərlə yazılıb, istəsəniz də onlarolabilməzsiniz.Yaxşı müğənninin öz dəsti-xətti olmalıdır.Mən Şövkət xanımla, Tükəzban xanımla, Əbülfət Əliyevlə işləmişəm.40 ildir səhnədəyəm, yenə də bu korifeylərdən öyrənməyə hazıram.Onları özümə məktəb sayıram, amma bu o demək deyil ki, onları olduğu kimi təqlid etməliyəm.Mən ifa üçün hər mahnını götürmürəm.O mahnı ki, mənim səsimə uyğun gəlir, daxili dünyamı əks etdirir onu oxumağa çalışmışam.İndiki müğənnilər oxuyur, amma mən yaradıram.Bir mahnı üzərində aylarla məşq etdikdən sonra onu lentə yazdırıram.Adi oxumağı hər kəs, hətta evdar qadınlar da qab yuya-yuya zümzümə edirlər.

– Bugünkü müğənnilərin artıq möhürünü qoymuş mahnılara sintez eləməsinə, improvizəsinə necə baxırsınız? Bunlara tələbat varmı, yoxsa klassik ifalar olduğu kimi qorunub oxunmalıdır?

– İmprovizələroluna bilər, amma savadlı şəkildə. Deyək ki, Şövkət Ələkbərovanın ifasına müraciət edirlər, amma bunu elə etməlidirlər ki, o cür korifein dəsti-xəttinə, onunadınaxələl gəlməsin, onun ifa etdiyi, artıq möhürünü vurmuş mahnılar korlanmasın.Ümumiyyətlə, bəstəkarın musiqisi, şairin sözlərinə müdaxilə olunmamalıdır.Sadəcə, bir müğənni kimi ona çalar qatmaq olar.Məsələn, bir mahnınıbeşmüğənni oxuya bilər; hərənin öz dəsti-xətti, öz səs tembri var. Amma improvizələr yerində olmalıdır.Artıq xalq arasında qəbul olunmuş, öz təsdiqini tapmış mahnılar korlanmamalıdır.Ona görə də bəzi tanınmış müğənnilər öz mahnılarının oxunmasına icazə vermirlər.Düz də edirlər, çünki mahnını korlayıb, gözdən salırlar.Mən indiyə kimi İlhamə Quliyevanın bir mahnısını oxumuşam: Faiq Sücəddinovun bəstələdiyi "Ayrılıq” mahnısını.Onun da xeyir-duasını almışam.Ümumiyyətlə, İlhamə xanımla, Tükəzban xanımla istər ölkədaxili, istərsə də xarici qasrtollarda çox olmuşam.O vaxt bölgələrə çox səfər olunurdu, xüsusilə məhsul bayramlarında, zəhmətkeş insanlar üçün konsert proqramları təşkil olunurdu. Müğənnilər üçün, onların səslərinə uyğun gözəl musiqilər yazılardı...

"İndi tamaşaçılar pisə əl çalırlar”

– Dediyiniz kimi o vaxt səhnə sırf xalq üçün nəzərdə tutulurdu.İllərin sənətkarı kimi, bugünkü Azərbaycan səhnəsini, musiqi mənzərəsini necə qiymətləndirirsiniz?

– Bu gün bütün sahələrdə inkişaf var. Bu inkişaf incəsənətdə də özünü göstərir, xüsusilə muğam sahəsində.Hamımız şahidiyik ki, milli muğam sənətimizə dövlət səviyyəsində necə qayğı göstərilir, Heydər Əliyev Fondu bu sahəni daim diqqətdə saxlayır.Ammaestradasahəsi üçün bunu deməzdim.Ələlxüsus da əvvəlki müğənnilər diqqətdən kənarda qalırlar.Olmazdımı ki, mənim kimi illərini səhnəyə vermiş sənətkarlara daha böyük qayğı göztərilsin?!2006-cı ildə Əbülfəs Qarayevin təqdimatında mənə Əməkdar Artist adı verilib.Amma mən bunu əslində 20ilbundan öncə almalıydım.Bu gün yerindən duran, dünən səhnəyə gələn müğənnilər bu ada layiq görülüblər.Sual yarana bilər ki, axı bi müğənnilərin xalqa, səhnəyə xidməti nə olub?Axı fəxri ad bu xidmətlərə görə verilir!Nə olsun ki, gözəl oxuyanlar var, mən də çox yaxşı oxuyuram.Hər halda Gülarə Əliyeva məni "Dan ulduzu”na boş yerə, nəyinsə xatirinə solist etməmişdi... 1990-cı ildə xalq artisti bəstəkar Tofiq Quliyev mənim haqqımda "Baku” qəzetində "Duşevnost” adlı məqalədə sənətimə böyük qiymət verdi.Onu da deyim ki, bu gün Azərbaycan tamaşaçısı ilə əvvəlki tamaşaçılar arasında da çox böyük fərq var. O vaxt tamaşaçılar çox diqqətli və tələbkar idilər.Amma indi tamaşaçılar pisə əl çalırlar.Bu, bir çox tamaşaçının səviyyəsizliyini göstərir.

– Yəni deyirsiniz ki, tamaşaçının zövqü korlanıb?

– Bəli. Bugünkü tamaşaçıya şou lazımdır, əsl incəsənət yox! Müğənni deyir ki, solo konsert verirəm. Əslində isə o, sponsor konserti verir. Biletlər də sponsorlar üçün satılır. Mən də vaxtilə solo konserlər vermişəm. Xədicə Abbasova ilə böyük səhnə paylaşmışam, bütün konsertlərimiz də anşlaqla keçib. O vaxt sponsorlar yox idi, amma konsert administratoru olurdu. Elə bir Azərbaycan ərazisi yoxdur ki, mən orda konsert verməyim. Mən vətənə, torpağıma, xalqıma bağlı müğənniyəm. Ən çox da əsgərlər üçün konsertlər vermişəm. Güllələrin altında qorxmadan səngərlərdə əsgərlərimiz üçün mahnılar oxumuşam.

– Bu gün də səhnə fəaliyyətiniz davam edirmi?

– Əlbəttə! Davamlı olaraq telekanallara çıxıram, mahnılarımı səsləndirirəm. Səsim də, özüm də formadayam.İctimai kanalda, ANS-də dəfələrlə çıxışlarım olub. Sadəcə, hər verilişə getmək istəmirəm. Bunu bəzən özündənrazılıq kimi qiymətləndirirlər. Amma belə deyil. Özümə, sənətimə hörmət qoyuram, çağırılan yerləri dəyərləndirirəm.

Mən artıq "Xalq artisti” adını almalıydım…

– Bu günün müğənnilərindən daha çox kimləri bəyənirsiniz?

– Dediyim kimi bu gün yaxşı oxuyan müğənnilər var: xüsusilə Azər Zeynalovu, Azərini, Könül Kərimovanı çox bəyənirəm. Ammaestradasahəsində, lirik janrda oxuyan gəncləri görmürəm.

Bu yaxınlarda bir sıra müğənnilər "Xalq artisti” adını aldı. Yəqin siyahıdan xəbəriniz var. Siz nə düşünürsünüz?

Daha yaşlı, daha təcrübəli, daha çox xidməti olan müğənnilər qala-qala gənclərə bu adların verilməsi məni narahat edir. Düzdür, gənclərə də qayğı və diqqət göstərmək lazımdır, amma birinci əvvəlki nəsil qiymətləndirilməlidir. Mən özüm 2006-cı ildə "Əməkdar artist” adına layiq görüldüm, üstündən 13 il keçib, artıq "Xalq artisti” adını almalıydım, amma indi yerindən təzə durana bu adları verirlər.

Miri Yusif, Tünzalə, Röya... Nə düşünürsünüz bu müğənnilərin sənəti haqqında?

Röya gənclərin sevimlisidir, fanatları var, səsi də gözəldir, amma "Əməkdar artist” adını 1 il qabaq almışdı da. Tünzalənin nə müğənniliyi, nə də bəstəkarlığı mənə çatmır. Miri Yusifi də müğənni kimi qəbul etmirəm.

- Bu fəxri adlara başqa kimlər layiqdir sizcə?

- Xanəndə Sakif Məmmədov, rəhmətlik Mahrux Muradova heç bir ad almadan getdi, arzusu ürəyində qaldı, Qulu Əsgərov, Səxavət Məmmədov, Hüseynağa Hadıyev, Kəmalə Rəhimli, Səkinə İsmayılova... Bax bu adlar layiqdi.

- İndi müğənni kimi fəaliyyət göndərirsiniz?

- İndi işləmirəm, təqaüddəyəm.

- Toylara gedirsiniz?

- Yox, mən toy müğənnisi deyiləm. Ancaq dövlət tədbirlərində, qastrollarda çıxış etmişəm.

- Telekanallarımıza çıxırsınız bəs?

- Düz 3 ildir televiziyaya da çıxmıram. 3 il qabaq Mikayılın "Sevimli şou” verilişində çıxış etmişdim, ondan sonra bilmirəm niyə, heç bir kanal dəvət etmir, özüm dəfələrlə müraciət etsəm də.



Ulucay Akif 



İmza:

Ağsaqqal və ağbirçək məsləhəti hər zaman önəmlidir - MÜSAHİBƏ

Ermənilər Alban məbədini necə taladılar - VİDEO

Müəllimə 3 uşaqla küçədə qalıb - MÜSAHİBƏ

İradə Tuncay : "Aqil şuluq adamdır"

Röya gənclərin sevimlisidir, fanatları var, amma... - MÜSAHİBƏ

Araz Əlizadə Elşad Paşasoyun qarşısında aciz qaldı

“Mən irqçiyəm, türk oğlu türkəm...” - Mübariz Mənsimovla müsahibə

“Ona ev tikdirirdim, dedim ki, əsgərlikdən gələndə sürpriz edəcəm... - Şəhid əsgərimizin babası...

Vüqar Səfərli: İrəli sürülən qərəzli iddialar dövlətimizin media siyasətini gözdən salmaq məqsədi daşıyır

Mehriban Sadıqova: “Azərbaycanlı oğlan anası erməni olan o qızı alardımı?!”

“Qopmuş ayağımı da sürüyə-sürüyə dalımca gətirdim ki, bəlkə yapışdırmaq mümkün oldu”

"Ədalət" qəzetinin jurnalisti kikboksçu ilə döyüşdü

SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK