ANA SƏHİFƏ / GÜNDƏM

BNA: Avtobuslarda gediş haqqı artırılmayacaq, saatlara görə dəyişə bilər

5559    |   2019-11-01 15:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Nəqliyyat Agentliyi (BNA) pik saatlarda paytaxtdaxili sərnişin daşıyan avtobuslarda gediş haqqının fərqli olması ilə bağlı yaranan anlaşmazlığa aydınlıq gətirib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə açıqlamasında bildirib ki, məlumat ictimaiyyət tərəfindən səhv anlaşılıb: "Marşrutlarda kart sisteminə keçid tam başa çatandan sonra gediş haqqının ödənilməsində müəyyən fərqliliklərin ola biləcəyini bildirmişəm. Yəni ortada hələ konkret nəsə yoxdu, sadəcə bu məsələ fikir olaraq söylənilib.

Bəzi KİV-lər bu açıqlamaya istinad edərək guya marşrut avtobuslarında gediş haqqının artacağı ilə bağlı məlumatlar yayıblar. Qiymət artımı ilə bağlı əsası olmayan bu məsələ insanlar arasında ciddi narahatlığa səbəb olub.

Bildirirəm ki, heç bir qiymət artımından söhbət getmir. Digər yandan qiymət tənzimlənməsi BNA, yox digər müvafiq qurum tərəfindən həyata keçirilir.

Səslənən fikirlərin izahına gəlincə bildirim ki, məsələn Türkiyənin İzmir şəhərində səhər 06:00-07:00, axşam 19:00-20:00 arasında ictimai nəqliyyatda tariflər 50 faiz azaldılır. Bu ildən tətbiq edilən bu təcrübənin məqsədi pik saatlarda daha çox insanın məhz ictimai nəqliyyatdan istifadəsinə nail olmaqdır.

Bizim də məqsədimiz insanların ictimai nəqliyyatdan istifadəsini stimullaşdıran bu cür təcrübələrdən istifadə etməkdir. Bir daha qeyd edirəm qiymətlərin artacağı ilə bağlı səslənən fikirlər yalandır".



İmza:

İki Emin, bir Korona - Kim haqlıdır?

DTX Xarici İşlər Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

Çindən gəlib Bakı Limanından keçən daha bir qatar Ankaraya çatıb

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Azərbaycanda daha 523 nəfər koronavirusa yoluxdu, 451 nəfər sağaldı, 9 nəfər öldü

İqtisadiyyat Nazirliyi icazələrin ləğv edilməsi ilə bağlı məsələyə aydınlıq gətirdi

Böyük Şor gölündən götürülən su nümunəsi ilə bağlı analizlərin nəticəsi məlum olub

Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxdu, 440 nəfər sağaldı, 8 nəfər öldü

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

BŞBPİ bir qadının polisə tabesizlik etməsini əks etdirən görünütüləri araşdırıb

Nazirlik bəzi şəxslərin 190 manat almaması ilə bağlı suallara aydınlıq gətirdi

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM

“Sumqayıt Texnologiyalar Parkı”nın Baş direktoru işdən azad olunub

Cahangir Əsgərov “Şərəf” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Əsir ömrü: Qarabağ, Dilqəm, Şahbaz...

Komitə: Auditin nəticələri əsasında tədbirlər keçirilir

Ədliyyə Nazirliyi: İşçilər və məhkumlardan 13 minədək test götürülüb, 18 nəfərdə virus aşkarlanıb

Azərbaycan Ordusunda koronavirusa yoluxma halı yoxdur - PA rəsmisi

Metronun bağlanmasının səbəbi açıqlandı

Nadir Zeynalov: Səhiyyə nazirinin səhhətində heç bir problem yoxdur

Azərbaycanın xaricdə xidmət aparan hərbçisi koronavirusa yoluxub

Nazirlər Kabineti yanında Operativ Qərargah brifinq keçirir - CANLI

SON XƏBƏRLƏR
2020-07-12
2020-07-11
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK